Madlen Olbrayt (, əsl adı Mariya Yana Korbelova, ; ) — ABŞ-nin ilk qadın dövlət katibi, siyasətçisi.

Həyatı Madlen Olbrayt 1937-ci ildə Çexoslovakiyanın "Praqa" şəhərində diplomat ailəsində anadan olmuşdur. Valideynləri 1941-ci ildə erkən uşaqlıq illərində, hələ Çexoslovakiyada olarkən yəhudilikdən katolikliyə keçmişdilər. Olbrayt ailəsi ilə birlikdə 1948-ci ildə Çexoslovakiyadan ABŞ-yə köçüb. Onun atası diplomat Cozef Korbel ailəsini Kolorado ştatının Denver şəhərində məskunlaşdırdı və 1957-ci ildə ABŞ vətəndaşı oldu. 1959-cu ildə "Uelsi" kollecini bitirmiş, politologiya sahəsində bakalavr dərəcəsi almışdır. 1968-ci ildə magistr dərəcəsini almışdır.1976-cı ildə isə Kolumbiya Universitetində fəlsəfə doktoru adına layiq görülmüşdür.

1978-ci ildən ABŞ Prezidenti C.Karterin hökuməti dövründə Milli Təhlükəsizlik Şurasının üzvü təyin edilmiş, 1984 və 1988-ci illərdə xarici siyasət məsələləri üzrə əlaqələndirici işləmişdir. 1982-ci ildən beynəlxalq münasibətlər üzrə professordur və Corctaun Universitetinin Xarici Siyasət Məktəbindəki "Qadınlar xarici siyasət xidmətində" proqramının direktorudur.

1989-cu ildən Milli Siyasət Mərkəzinin prezidentidir.

M.Olbrayt 1993-cü ilin fevralında Kabinetin üzvü statusunu almış və ABŞ-nin BMT-dəki daimi nümayəndəsi təyin edilmişdir.

1997-2000-ci illərdə prezident Bill Klintonun dövründə ABŞ-nin Dövlət katibi olmuşdur. Çex, polyak, rus və fransız dillərində sərbəst danışır. Həmçinin bax Ceyms O'Brayn İstinadlar

Kateqoriya:ABŞ dövlət katibləri Kateqoriya:ABŞ-nin qadın siyasətçiləri Kateqoriya:Kolumbiya Universitetinin məzunları Kateqoriya:ABŞ qadın diplomatları Kateqoriya:Xərçəng xəstəliyindən ölənlər Kateqoriya:ABŞ vətəndaşlıq hüququnu almış şəxslər Kateqoriya:XXI əsr ABŞ siyasətçiləri Kateqoriya:XX əsr ABŞ siyasətçiləri Kateqoriya:ABŞ-nin Roma katolikləri Kateqoriya:XX əsr ABŞ diplomatları Kateqoriya:Almanəsilli amerikalılar Kateqoriya:XXI əsr ABŞ qadınları Kateqoriya:Avtobioqrafiyalar Kateqoriya:Qadın ilkləri