Etimad telefonu () — Azərbaycan filmi.
Məzmun Filmdə gender probleminə toxunulmuşdur. Filmin qəhrəmanı Rəna (Fatimə İbrahimbəyova) gənckən zorlama qurbanı olur. Bu travma onun ömürlük faciəsinə çevrilir. İllər keçəndən sonra onun başına bu oyunu gətirən adamla (Fəxrəddin Manafov) rastlaşdıqda Rəna başına gələn hadisələri yalnız etimad telefonuna danışa bilir.
Film haqqında Film YUNESKO-nun sifarişi ilə çəkilmişdir. Filmin büdcəsi 12000 dollardır.
Filmin heyəti
Film üzərində işləyənlər Ssenari müəllifi: Rüstəm İbrahimbəyov Quruluşçu rejissor: Rüstəm İbrahimbəyov Quruluşçu operator: Nizami Abbas, Bağır Rəfiyev Bəstəkar: Cəfər Əliyev Səs operatoru: Əsəd Əsədov Montaj edən: Mirbala Səlimli Rejissor: Mirbala Səlimli, Rafiq Əliyev (II) Mahnı mətni: Ramiz Rövşən Rejissor assistenti: Oleq Namazov Fotoqraf-rəssam: Fikrət Əsgərov Musiqilərindən istifadə edilən bəstəkar: Mehriban Zəki Mahnı ifa edən: Mehriban Zəki ("Yağış yuyur, gün qurudur" mahnısı)
Rollarda Fuad Poladov — Fuad Nataliya Tağıyeva — Adelya Fəxrəddin Manafov — Farik Şükufə Yusupova — Leyla Cabir İmanov — Tahir Məbud Məhərrəmov — Mövlud Rafiq Əliyev (II) — Nəsir Səid Əhmədov — Sadıq R. Məmmədov — Sürücü Fatimə İbrahimbəyova — Rəna Mehriban Zəki — Lalə Mirbala Səlimli — Nadir A. Həsənov — Atamalı Füzuli Məmmədov (aktyor) — yol polisi Elnur İsmayılov — Elşən Nəriman Axundov
Həmçinin bax Azərbaycan filmlərinin siyahısı
Xarici keçid
Etimad telefonu (2001) — Azerikino.com myvideo.az-da izlə
Kateqoriya:2001-ci ilin filmləri Kateqoriya:Dram filmləri Kateqoriya:"İbrus" Studiyası Kateqoriya:Rusca filmlər