Anna və Kral () — 1999-cu ildə Endi Tennant tərəfindən çəkilən filmdir. Film ABŞ yazıçısı Marqaret Lendonun "Anna və Siamın Kralı" kitabı əsasında çəkilib. Filmin çəkilişi Malayziyada baş tutub. Bu film 2000-ci ildə Oskar mükafatının "Ən yaxşı kostyum" və "Ən yaxşı dekorasiya" kateqoriyaları üzrə və Qızıl Qlobus Mükafatının "Ən yaxşı mahnı" («How Can I Not Love You») və "Ən yaxşı saundtrek" kateqoriyaları üzrə nominasiyalara layiq görülmüşdür. Filmin icraedici prodüseri Pristsilla Condur.
Məzmun İngilis məktəb müəlliməsi Anna qərb tərəfindən daim sıxışdırılan Siama çatır. Ali məhkəmənin qərarı ilə Anna Kralın sarayına gəlir ki, onun 58 övladına ingilis dili və mədəniyyətdən dərs desin. Sonradan Anna başa düşür ki , kral Monqkutun qərblə münasibəti yaxşı deyil və bu səbəbdən Annaya qarşıdır. Lakin vaxt keçdikcə onların arasındakı münasibət dəyişir...
Rollarda Ad Rol Qeydlər Codi Foster Anna Loenouens Çou Yun-fat kral Monqkut Bay Lin Taptim Tom Felton Lui Loenouens Annanın oğlu Ceffri Palmer lord Con Bredli Anne Firbenk Ledi Bredli Key Siu Lim Şahzadə Pinklao kral Monqkutun qardaşı Rendall Duk Kim general Alak
Maraqlı faktlar "Anna və kral" filmi Taylandda qadağan edilmişdir.'Anna and the King' moviemakers appeal ban in Thailand Yoxlanılıb: 29 yanvar 2014 Filmin çəkilişi Tailandda qadağan edildiyindən, Malayziyada baş tutmuşdur. Bay Lin (rolu: Taptim) bu kinoya görə saçlarını kəsmişdir. Saçlarını kəsməmişdən əvvəl saçlarının uzunluğu 90 sm olmuşdu.
İstinadlar
Həmçinin bax ABŞ filmlərinin siyahısı
Xarici keçidlər
Filmi izlə (azərbaycan dilində)
Kateqoriya:Ədəbi əsərlərin ekranlaşdırılması Kateqoriya:Dram filmləri Kateqoriya:ABŞ filmləri Kateqoriya:İngiliscə filmlər Kateqoriya:Tailand haqqında filmlər Kateqoriya:XIX əsr haqqında tarixi filmlər Kateqoriya:1999-cu ilin ABŞ filmləri Kateqoriya:ABŞ-nin romantik dram filmləri Kateqoriya:İngilis dilində romantik dram filmləri Kateqoriya:Real hadisələr əsasında çəkilmiş filmlər Kateqoriya:ABŞ-nin komediya filmləri Kateqoriya:20th Century Fox filmləri Kateqoriya:ABŞ-nin tarixi filmləri Kateqoriya:ABŞ filmlərinin remeykləri Kateqoriya:Dil və tərcümə haqqında filmlər Kateqoriya:ABŞ romanlarına əsaslanan filmlər Kateqoriya:1990-cı illərin ABŞ filmləri Kateqoriya:1990-cı illərin ingilis dilli filmləri Kateqoriya:Dramlar Kateqoriya:Krallıq haqqında filmlər