Treysi Lordz () — ABŞ pornoaktrisası, prodüseri, rejissoru və müğənnisi. 1987-ci ildə pornokaryerasını başa vuraraq televiziya filmlərində rol almış və müğənnilik etmişdir.

Həyatı Treysi Lordz 7 may 1968-cı ildə Ohayo ştatında anadan olub. Əvvəlcə televiziya filmlərinə çəkilmiş, sonralar isə pornoqrafik filmlərdə rol alıb. Treysi ilk pornokaryerasına 1984-cü ildən başlayıb. Treysi Lordz 16–19 yaşlarında porno filmlərə çəkilib. Sonralar isə müxtəlif filmlərdə iştirak edib. Treysi 100-dən çox filmdə rol alıb. Məşhur filmləri arasında "What Gets Me Hot!", "Those Young Girl", "Talk Dirty To Me Part III" və "Tracy, I Love You" filmlərini göstərmək olar. Treysinin sonuncu pornoqrafik filmi olan 1987-ci ildə çəkilmiş "Tracy, I Love You" filmi onun başqa filmlərindən fərqli olaraq ABŞ ərazisində göstərilməsinə icazə verilir. Çünki Treysi əvvəlki pornoqrafik filmlərdə həddi-buluğa çatmamış yaşında olan zaman çəkilib. Treysi Lordz 2002-ci ildə Ceff Li ilə ailə həyatı qurub. 2007-ci ildə isə Treysinin oğlu olur. Onlar hal-hazırda Kaliforniyada yaşayırlar. Treysi Lordzun mahnılarından biri olan "Control" mahnısı Ölümcül döyüş filmində səslənmişdir.

Xarici keçidlər

Rəsmi sayt

İstinadlar

Kateqoriya:ABŞ pornoaktrisaları Kateqoriya:İrlandəsilli amerikalılar Kateqoriya:XX əsr ABŞ aktrisaları Kateqoriya:XXI əsr ABŞ aktrisaları Kateqoriya:ABŞ televiziya aktrisaları Kateqoriya:ABŞ erotik modelləri Kateqoriya:XXI əsr ABŞ yazıçıları Kateqoriya:ABŞ teatr aktrisaları