İbn Fəzl (; ) – Bərməkilər sülaləsinə mənsub Abbasi vəziri. XII əsrin əvvəllərində ilk kağız fabrikini yaradan dövlət xadimi.

İbn Fəzl Abbasi xilafətinin məşhur vəzirlər yetişdirən Bərməkilər nəslindədir. Əsl adı Yəhyadır. Yəhya ibn Fəzl və ya sadəcə əl-Fəzl adı ilə də tanınır. Atasının adı Xalid olduğu halda, sənədlərə adını "Fazilin oğulu" deyə qeyd edib.

Mosul valiliyi vaxtında özünü tanıdıb. Xəlifə Mehdi onu Bağdada çağıraraq, oğulunun yetişdirilməsini ona həvalə edib. Harun Azərbaycan valiliyinə təyin edildikdə (780), divan başçılığına gətirilib.

İbn Fəzl, Harun xəlifə olduqda vəzir təyin edilib. Ona geniş imkanlar verilib. 17 illik vəzirliyi əsnasında Abbasi xilafətinə böyük xidmətlər göstərib.

İbn Fəzlin heç şübhəsiz ən böyük xidməti, dünya tarixində ilk dəfə kağız fabrikini qurmasıdır. İohann Qutenberq 1450-ci ildə mətbəəni yaratmasına ilham verəcək kağız fabrikası 794-cü ildə Bağdadda qurub. Bu kağız fabrikinin yaradılması isə bütün dünyada yeni bir dövrün başlanğıcını qoyub.

Kağızın icad edilməsi üzərində olan iddialar Bəzi mənbələrdə kağızın ilk dəfə 105-ci ildə Çində tapıldığı qeyd olunur. Hətta daha əvvəl Şumerlərdə lövhə deyilən kərpic, misirlilərdə qamışdan hazırlanmış papirus və Yaxın Şərqdə dəridən hazırlanan perqamentə rast gəlindiyi bildirilir. Lakin bunların heç biri az tapılmasına və çox bahalı olmasına görə yayılmayıb. Buna görə də İslamın yaranmasına qədər insanlar düşündüyünü və bildiyini doğru-dürüst yazmaqdan məhrum olub.

Ancaq 751-ci ildə, Səmərqənddə yaşayan müsəlmanlar, çinlilərlə əlaqə yaradıblar. Onlardan kağız istehsalını öyrəniblər. Onların heç cür inkişaf etdirə bilmədikləri və yaya bilmədikləri kağız sənayesini canlandırıblar. Çinlilər kimi yalnız ipək baramasından deyil, zəyrək və pambıq lifindən zərif və ağ kağızlar emal ediblər və bunu yaymağa başlayıblar.

Xəlifə Mənsur (754–755) da bu vaxt dövlət idarələrində Misirdən idxal olunan papirusun istifadəsini qadağan edir, yerinə müsəlmanların gətirdiyi və inkişaf etdirdiyi pambıqdan hazırlanan ucuz kağızdan istifadəni əmr edir. Daha sonra vəzir İbn Fəzl də kağızı daha ucuz hazırlamaq və elmin yayılmasına yardım etmək məqsədiylə 794-cü ildə ilk kağız fabrikini yaradıb.

Nə çinlilərin ipəkdən hazırladığı kağızı, nə misirlilərin papirusu, nə qədim anadoluluların perqamenti, nə şumerlərin kərpici, yeni icad edilən bu kağız qarşısında duruş gətirə bilməyib.

Hətta bu barədə fransız filosofu Gustav le Bon kağızın yeni bir mədəniyyət başlanğıcı olduğunu bildirərək belə söyləyir:

İbn Fəzl bu müvəffəqiyyəti, kağız sənayesinin inkişafını təmin edib. Daha sonrakı illərdə Şamda və Liviyada kağız fabrikləri yaradılıb. Suriya, Misir, Tunis, İspaniya və nəhayət Avropa bir neçə əsr sonra bu qığılcımlardan faydalanıb.

Paris İslam İnstitutunun professorlarından olan Jacques Risler, "La Civilisaton Arabe" adlı əsərində,

– deyir. İlk kağız fabrikinin 794-cü ildə Bağdadda yaradıldığını söylədikdən sonra, onu 900-cü ildə Misirin istifadə etməyə başladığını, 1100-cü ildə Fəsə keçdiyini, Avropada həqiqi kağız üzərinə yazılan ən qədim sənədin Siciliya kralı Rogerin arvadı tərəfindən 1109-cu ildə yazıldığını bildirir.

Elm tarixi araşdırıcısı Will Durant da "Mədəniyyət Tarixi" adlı əsərinin "İman Çağı" hissəsində, kağız fabrikinin 794-cü ildə ilk dəfə Harun ər-Rəşidin vəzirinin oğulu Fazil tərəfindən yaradıldığını bildirir. Avropaya keçidini də belə izah edir:

Kağızın emalı, elmin yayılmasını asanlaşdırdı. Çoxlu sayda kitablar yazıldı, kitabxanalar yaradıldı. Kağız fabrikinin yaradılmasından keçən yüz il ərzində isə təkcə Bağdadda yüzdən artıq kitab dükanı açılmışdı.

Həmçinin bax Kağız Kitab İohann Qutenberq

Mənbə

İstinadlar

Xarici keçidlər