thumb|Məxfi MKULTRA sənədləri MKUltra layihəsi () və ya Monarx layihəsi () — ABŞ-nin Mərkəzi Kəşfiyyat İdarəsinin gizli proqramının məxfi layihəsinin kod adıdır. Layihənin məqsədi şüurun idarə edilməsi vasitələrini, məsələn agentlərin verbovkası və dindirmələr zamanı informasiya çıxarmaqda psixotron kimyəvi vasitələrin insana təsirinin nəticələrini öyrənmək idi.
Proqram 1950-ci illərin əvvəlindən 60-ı illərin sonuna kimi açıq, sonra isə gizli fəaliyyət göstərib. Mərkəzi Kəşfiyyat İdarəsi bilərəkdən 1973-cü ildə MK-ULTRA layihəsinin əsas fayllarını məhv etdi.Prepared Statement of Admiral Stansfield Turner, Director of Central Intelligence. ParaScope. Bu da 1975-ci ildə Amerika Konqresinə təcrübənin fəaliyytini öyrənmək işində əngəl yaratdı. Təcrübə altında olanlara kimyəvi maddə yeridilir və elektrik cərəyanı vasitəsilə komatoz vəziyyətə çatdırılandan sonra maqnit lentini dinləməyə məcbur edilirdi. Səs yazısında sadə komandalar dəfələrlə təkrar edilirdi. Məqsəd yaddaşın tam pozulması üzullarını kəşf etmək və şəxsiyyətin tam dəyişdirilməsi məsələsində irəliləyiş əldə etmək idi. Təcrübəni Allan Memorial İnstitutuna çox da böyük olmayan nasazlıqlarla, məsələn nevroz, ya da doğuşdan sonrakı depressiya kimi şikayəti olanlar üzərində qoyulurdu.
Məsələnin ictimailəşməsindən sonra yaranmış skandal parlament tədqiqatı aparmağa və sonunda insan üzərində aparılan hər hansı təcrübənin yazılı razılıq ilə alınmasına dair qanun qəbul edilməsinə təkan verdi.
Məqsədlər İnsanlardan daha çox informasiya almaq üçün insan beyninə müxtəlif maddələrin təsir edilməsi öyrənilirdi. Layihədə əsasən, aşağıdakılar tədqiq edilirdi: Yaddaş diskreditasiyası Yaddaşın iflası Seksual vərdişlərin dəyişilməsi İnformasiyanın metodu İnsanlarda asılılıq hissi yaratmaq
Layihəyə cəlb olunmuş alimlər Harold Aleksander Abramson Donald Eyuen Kameron Sidni Qottlib Harris İsbell Henri Marri Luis Colyon Vest
İstinadlar
Xarici keçidlər MK Ultra layihəsi / "MK-ULTRA"
Kateqoriya:Mərkəzi Kəşfiyyat İdarəsi Kateqoriya:Kod adları Kateqoriya:Zehin kontrolu Kateqoriya:Amerika Birləşmiş Ştatlarında insan hüquqlarının pozulması Kateqoriya:Qalmaqallar Kateqoriya:Mərkəzi Kəşfiyyat İdarəsi tərəfindən keçirilmiş əməliyyatlar