Azərbaycan Xalq Cümhuriyyəti Milli Şurası, Azərbaycan Milli Şurası () və ya Azərbaycan Şurayi-Milliyəsi () — Azərbaycan Xalq Cümhuriyyətinin 27 may 1918-ci ildən 17 iyun 1918-ci ilədək və yenidən 16 noyabr 1918-ci ildən 7 dekabr 1918-ci ilədək olan dövrdə mövcud olmuş ilk qanunvericilik qurumu. Seçkilər ilə formalaşan bir qanunverici quruluşdur.
Tarixi Zaqafqaziyadan seçilmiş deputatlar tərəfindən hakimiyyət orqanı kimi Tiflisdə 1918-ci ilin fevral ayında yaradılmış olan Zaqafqaziya Seyminin 26 may 1918-ci ildə son iclası keçirildi. Həmin seymdə Azərbaycan 44 deputatdan ibarət dörd müsəlman partiyası – Müsavat partiyası və ona qoşulan demokratik bitərəflər qrupu, Müsəlman Sosialist Bloku, Rusiyada Müsəlmanlıq "İttihad", Hümmət Partiyası (menşevik) partiyaları tərəfindən təmsil olunurdu. Ertəsi gün, mayın 27-də, keçmiş Seymin Müsəlman fraksiyası tərəfindən fövqəladə iclas çağrildi. İclası keçirməkdə məqsəd — yaranmış siyasi vəziyyəti müzakirə etmək idi və keçmiş Zaqafqaziya Seyminin müsəlman fraksiyasının bütün üzvləri Azərbaycanın istiqlaliyyətini elan edərək müstəqil dövlət yaratmaq, Azərbaycanın idarə edilməsini öz üzərlərinə götürmək, Müvəqqəti Milli Şura yaratmaq qərarına gəldilər. Mayın 28-də Tiflisdə keçmiş Qafqaz Canişininin sarayında Azərbaycan Milli Şurasının ilk iclası keçirildi.
Milli Şura Cənub-Şərqi Qafqazda müstəqil Azərbaycan Xalq Cümhuriyyəti qurulması barədə qərar qəbul etdi, müstəqillik haqqında Akt — İstiqlal bəyannaməsi qəbul etdi. Tarixi iclasda Milli Şuranın aşağıdakı üzvləri iştirak etmişlər:
Həsən bəy Ağayev, Mustafa Mahmudov, Fətəli xan Xoyski, Xəlil bəy Xasməmmədov, Nəsib bəy Yusifbəyli, Mir Hidayət bəy Seyidov, Heybətqulu bəy Məmmədbəyli, Mehdi bəy Hacınski, Əli Əsgər bəy Mahmudbəyov, Aslan bəy Qardaşov, Sultan Məcid Qənizadə, Əkbər ağa Şeyxülislamov, Mehdi bəy Hacıbababəyov, Məmməd Yusif Cəfərov, Xudadat bəy Məlik-Aslanov, Rəhim bəy Vəkilov, Həmid bəy Şahtaxtinski, Firidun bəy Köçərli, Camo bəy Hacınski, Şəfi bəy Rüstəmbəyli, Xosrov bəy Sultanov, Cəfər Axundov, Məhəmməd Məhərrəmov, Cavad bəy Məlik-Yeqanov və Hacı Səlim Axundzadə.
Səsvermədə 24 nəfər müstəqilliyin lehinə səs vermiş, iki nəfər (Sultan Məcid Qənizadə və Cəfər Axundov) bitərəf qalmışlar Altı bənddən ibarət olan bəyannaməni Azərbaycan Milli Şurasının üzvlərindən Həsən bəy Agayev, Fətəli Xan Xoyski, Nəsib bəy Yusifbəyli, Camo bəy Hacınski, Şəfı bəy Rüstəmbəyli, Nəriman bəy Nərimanbəyli, Cavad bəy Məlik-Yeqanov və Mustafa Mahmudov imzalamışdılar.
Müvəqqəti Milli Şuranın Sədri vəzifəsinə Məhəmməd Əmin Rəsulzadə (Müsavat Partiyası Mərkəzi Komitəsinin sədri), onun müavini isə doktor Həsən bəy Ağayev seçildilər. İcra Komitəsinin sədri vəzifəsinə isə Fətəli xan Xoyski seçildi.[Azərbaycan cümhuriyyəti (1918–1920), "Elm" nəşriyyatı, Bakı, 1998, 336 s.]
Həmin iclasda Milli Şura ilk Müvəqqəti hökumətin yaradılması haqqında qərar qəbul etmişdir.
Milli Şura və ilk hökumət 1918-ci il iyunun 16-da Tiflisdən Gəncəyə köçmüş, noyabrın 16-dan dekabrın 7-sinədək – yəni ilk Parlamentin açılışınadək Bakıda fəaliyyətini davam etdirmişdir.
Hökumət
1918-ci il may ayının 28-də Milli Şuranın birinci iclasında Azərbaycanın müstəqil dövlət elan olunması haqqında tarixi qərar qəbul edildi. Həmin iclasda yeni demokratik dövlətin yaranması faktını hüquqi cəhətdən təsbit edən "Azərbaycanın istiqlaliyyəti haqqında Akt" qəbul edildi. Bir saatlıq fasilədən sonra iclas öz işinə yenidən başladıqda, ilk Azərbaycan hökumətini təşkil etmək haqqında tapşırıq almış Fətəlixan Xoyski müvəqqəti hökumətin tərkibini elan etdi: Nazirlər Şurasının sədri və Daxili İşlər naziri — Fətəli xan Xoyski; Maliyyə naziri və Xalq Maarifi naziri — Nəsib bəy Yusifbəyli; Xarici İşlər naziri — Məmmədhəsən Hacınski; Yollar naziri, Poçt və Teleqraf naziri — Xudadat bəy Məlik-Aslanov; Ədliyyə naziri — Xəlil bəy Xasməmmədov; Əkinçilik naziri, Əmək naziri — Əkbər ağa Şeyxülislamov; Hərbi nazir — Xosrov bəy Sultanov; Ticarət və Sənaye naziri — Məmməd Yusif Cəfərov; Dövlət Nəzarəti naziri — Camo bəy Hacınski.Искендеров M.C. Из истории борьбы коммунистической партии Азербайджана за победу Советской власти. Баку, 1958, с.345
Buraxılması 1918-ci il dekabrın 7-də Azərbaycan Xalq Cümhuriyyətinin qanunverici orqanı olan Parlamentin işə başlaması ilə Milli Şuranın fəaliyyətinə xitam verildi.Zaqafqaziya Seymininin Müsəlman fraksiyası və Azərbaycan Milli Şurası iclaslarının protokolları 1918-ci il,"Adiloğlu" nəşriyyatı, Bakı, 2006, 216 səh. (Azərbaycan Respublikasının Milli Arxiv idarəsi)
İyunun 16-da Gəncəyə köçən Azərbaycan Milli Şurasının və Hökümətinin tərkibinə etimadsızlıq siyasi böhrana səbəb olmuşdu. Azərbaycanın Osmanlıya ilhaq edilməsinin tərəfdarı olanlar Milli Şuranın və Hökümətin işini pozmağa çalışırdılar.
Yaranmış mürəkkəb siyasi şəraitdə Azərbaycanın dövlət müstəqilliyini qoruyub saxlamaq naminə Milli Şuranın buraxılması qərara alındı. Qərarda deyilirdi ki, Azərbaycanın ağır daxili və xarici vəziyyətini nəzərə alaraq, bütün hakimiyyət Fətəli xan Xoyskinin sədrliyi ilə təşkil olunan hökumətə verilir və bu hökumət öz hakimiyyətini qısa müddətə çağırılmalı olan Müəssislər Məclisindən başqa heç kəsə güzəştə getməməlidir.
Mayın 27-də Azərbaycan Milli Şurası təsis olunmuş, iyunun 17-də isə fəaliyyətini müvəqqəti dayandırıb, 6 aydan gec olmayaraq Müəssislər Məclisi çağrılmaq şərti ilə, bütün qanunverici və icraedici hakimiyyəti Müvəqqəti hökumətə vermişdir.
Parlamentli respublika idarəçiliyinin hüquqi norma və qaydalarına sadiq qalan Fətəli xan Xoyski hökuməti, eyni zamanda, Müəssislər Məclisinin çağırılması üçün hazırlıq görməyə başladı. Bu məqsədlə xüsusi komissiya yaradıldı. Milli Şuranın qərarından hələ 6 ay keçməmiş, hökumətin təkbaşına hakimiyyəti davam etdirmək səlahiyyəti olduğu halda Fətəli xan Xoyskinin təşəbbüsü və müraciətinə əsasən, 1918-ci il noyabrın 16-da Azərbaycan Milli Şurası yenidən fəaliyyətə başladı. Hökumətin sədri Fətəli xan Xoyskinin təklifi ilə Azərbaycan Milli Şurası Müəssislər Məclisi çağırmaq işini öz üzərinə götürdü.
Azərbaycan Milli Şurasının 1918-ci il noyabrın 19-da Məhəmməd Əmin Rəsulzadənin sədrliyi ilə keçirilən iclasında Azərbaycan Milli Şurası həmin il dekabrın 3-də Müəssislər Məclisinin- geniş tərkibli Azərbaycan Parlamentinin çağırılması haqqında qanun qəbul etdi və öz fəaliyyətini dayandırdı.
Üzvləri ÜzvFotoFraksiya (Partiya)Başlama tarixiBitmə tarixi<center>Abbasqulu Kazımzadə (1882–1947)<center><center>120x120px|alt=<center>Müsavat və demokratik bitərəflər qrupuMüsavat Partiyası27 may 19187 dekabr 1918 <center>Asəf bəy Şıxəlibəyov (1886–?)<center><center>120x120px|alt=<center>Müsavat və demokratik bitərəflər qrupuMüsavat Partiyası3 dekabr 1918 <center>7 dekabr 1918 <center>Aslan bəy Əli ağa oğlu Qardaşov (1866–1920)<center> <center>120x120px|alt=<center>Müsavat və demokratik bitərəflər qrupuMüsavat Partiyası27 may 19187 dekabr 1918 <center>Aslan bəy Ağalar bəy oğlu Səfikürdski (1881–1937)<center><center>120x120px|alt=<center>Müsəlman Sosialist Bloku27 may 19187 dekabr 1918 <center>Bağır bəy Kərbəlayı Əsgər oğlu Rzayev (1891–1927)<center><center>120x120px|alt=<center>Müsəlman Sosialist Bloku27 may 19187 dekabr 1918 <center>Camo bəy Süleyman bəy oğlu Hacınski (1888–1942)<center><center>120x120px|alt=<center>Müsəlman Sosialist Bloku27 may 19187 dekabr 1918 <center>Cavad bəy Rza bəy oğlu Məlik-Yeqanov (1878–1937)<center><center>120x120px|alt=<center>Müsavat və demokratik bitərəflər qrupuMüsavat Partiyası27 may 19183 aprel 1919 <center>Cəfər Hacı Şeyx Həsən oğlu Axundov (1878–1931)<center><center><center>Hümmət Partiyası27 may 19181 iyun 1918 <center>Əhməd bəy Ömər oğlu Pepinov (1893–1938)<center><center>120x120px|alt=<center>Müsəlman Sosialist Bloku27 may 19187 dekabr 1918 <center>Əkbər ağa İbrahim oğlu Şeyxülislamov (1891–1961)<center><center>120x120px|alt=<center>Hümmət Partiyası27 may 19187 dekabr 1918 <center>Əli Əsgər bəy Hacı İbrahimxəlil bəy oğlu Mahmudbəyov (1875–1968)<center><center>120x120px|alt=<center>Müsavat və demokratik bitərəflər qrupuMüsavat Partiyası27 may 19187 dekabr 1918 <center>Əlixan Qadoeviç Qantəmir (1886-1963)<center><center>120x120px|alt=<center>Müsəlman Sosialist Bloku27 may 19187 dekabr 1918 <center>Əlimərdan bəy Ələkbər bəy oğlu Topçubaşov (1862–1934)<center><center>120x120px|alt=<center>Müsavat və demokratik bitərəflər qrupuBitərəf27 may 19187 dekabr 1918 <center>Fətəli xan İskəndər xan oğlu Xoyski (1875–1920)<center><center>120x120px|alt=<center>Müsavat və demokratik bitərəflər qrupuBitərəf27 may 19187 dekabr 1918 <center>Firidun bəy Əhməd bəy oğlu Köçərli (1863–1920)<center><center>120x120px|alt=<center>Müsavat və demokratik bitərəflər qrupuMüsavat Partiyası27 may 19187 dekabr 1918 <center>Hacı Səlim Mirzə İsmayıl Qasir oğlu Axundzadə (1872–1930)<center><center>120x120px|alt=<center>Müsavat və demokratik bitərəflər qrupuMüsavat Partiyası27 may 19187 dekabr 1918 <center>Heybətqulu Həbibulla oğlu Məmmədbəyov (1879–1937)<center><center>120x120px|alt=<center>İttihad Partiyası27 may 19187 dekabr 1918 <center>Həmid bəy Xəlil ağa oğlu Şahtaxtinski (1880–1944)<center><center>120x120px|alt=<center>Müsavat və demokratik bitərəflər qrupuMüsavat Partiyası27 may 19187 dekabr 1918 <center>Həsən bəy Məşədi Hüseyn oğlu Ağayev (1875–1920)<center><center>120x120px|alt=<center>Müsavat və demokratik bitərəflər qrupuMüsavat Partiyası27 may 19187 dekabr 1918 <center>Xəlil bəy Hacıbaba oğlu Xasməmmədov (1873–1947)<center><center>120x120px|alt=<center>Müsavat və demokratik bitərəflər qrupuMüsavat Partiyası27 may 19187 dekabr 1918 <center>Xosrov bəy Paşa bəy oğlu Sultanov (1879–1943)<center><center>120x120px|alt=<center>Müsavat və demokratik bitərəflər qrupuBitərəf27 may 19187 dekabr 1918 <center>Xudadat bəy Ağa bəy oğlu Məlik-Aslanov (1879–1935)<center><center>120x120px|alt=<center>Müsavat və demokratik bitərəflər qrupuBitərəf27 may 19187 dekabr 1918 <center>İbrahim ağa Paşa ağa oğlu Vəkilov (1853–1934)<center><center>120x120px|alt=<center>Müsavat və demokratik bitərəflər qrupuMüsavat Partiyası27 may 19187 dekabr 1918 <center>İbrahim bəy İsə bəy oğlu Heydərov (1879-1949)<center><center>120x120px|alt=<center>Müsəlman Sosialist Bloku27 may 19187 dekabr 1918 <center>İbrahim Məhərəm oğlu Əbilov (1881–1923)<center><center>120x120px|alt=| bgcolor="green" | |Hümmət Partiyası |27 may 1918 |7 dekabr 1918 |- | bgcolor="#E6E6FA" |<center>İslam bəy Qəbulzadə (1879–1920)<center> | bgcolor="#E6E6FA" |<center>120x120px|alt=<center> | bgcolor="#007CC2" |