Teyyub Arıx oğlu Quliyev () — Azərbaycan dilçisi, dil nəzəriyyəçisi, altayşünas, türkoloq.
Həyatı Teyyub Quliyev 1976-cı ildə Yevlax rayonunda doğulmuşdur. 1999-cu ildə Bakı Dövlət Universitetinin Filologiya fakültəsini fərqlənmə diplomu ilə bitirmişdir. 1999–2002-ci illərdə Azərbaycan Milli Elmlər Akademiyasının Nəsimi adına Dilçilik İnstitutunun Nəzəri və tətbiqi dilçilik şöbəsinin əyani aspiranturasında oxumuşdur. 2004-cü ildə "İltisaqi dillər və dil qohumluğu məsələsi (Altay dillərinin materialları əsasında)" mövzusunda namizədlik dissertasiyası müdafiə etmişdir. Azərbaycanda altayşünaslığa aid ilk elmi monoqrafiyanın müəllifidir. 2012–2013-cü illərdə Dilçilik İnstitutunun Nəzəri və tətbiqi dilçilik şöbəsinin, 2013-cü ildən 2016-cı ilə qədər Dil tarixi və dialektologiya şöbəsinin müdiri olmuşdur. 2016-cı ildən yeni yaradılmış Azərbaycan dilinin tarixi şöbəsinin aparıcı elmi işçisi işləmişdir. 2018-2022-ci illərdə Azərbaycan dilinin tarixi şöbəsinin müdiri vəzifəsində çalışmışdır. Hal-hazırda həmin şöbənin aparıcı elmi işçisidir.
Pedaqoji fəaliyyəti 2004-cü ildən Bakı Slavyan Universitetinin Türkologiya kafedrasında müəllim kimi fəaliyyətə başlamışdır. Hal-hazırda həmin kafedranın dosentidir.
Əsərləri Nəzəri dilçilikdə dillərin təsnifi prinsipləri. AMEA-nın Gənc Alimlərinin (aspirantlarının) materialları, Bakı, "Elm", 2001 Aqqlütinativ dillərin linqvistik xüsusiyyətləri. Tədqiqlər № 3, Bakı, 2002 Dillərin qohumluğunun əsas prinsipləri. Elmi axtarışlar, VII toplu, 2002 Altay dillərinin qohumluq prinsipləri. AMEA-nın Gənc Alimlərinin (aspirantlarının) materialları, Bakı, "Elm", 2003 Altay dillərində şəxs və mənsubiyyət kateqoriyası. Tədqiqlər № 4, Bakı, 2003 Altay dillərinin qohumluğu məsələsi, Bakı, "Nurlan", 2006 (monoqrafiya) Türk dillərinin tarixi-müqayisəli leksikologiyası məsələləri, II cild.Karluq qrupu türk dillərinin leksikası. Bakı, "Nurlan", 2008 (kollektiv monoqrafiya) Altay dillərində cins kateqoriyası. BSU-nun Elmi əsərləri, Dil və ədəbiyyat seriyası № 2, Bakı 2006 Müasir dilçilikdə monogenez problemi. Filologiya məsələləri, Bakı, "Nurlan", 2010 Folklor terminləri. Bakı, "Nurlan", 2010 Müasir dilçilikdə monogenez problemi. Filologiya məsələləri, Bakı, "Nurlan", 2011 Azərbaycan dilçiliyi müntəxabatı, I cild, Bakı, "Abis Alarco" çap evi, 2013 Qohum dillərdə leksik paralellik. Tədqiqlər 1, Bakı, "Elm və təhsil", 2013. Altay dillərində feilin funksional formaları. Dilçilik İnstitutunun əsərləri, Bakı, № 1, 2013 Monogenez məsələsi elmlərin qovuşuğunda. BSU-nun Elmi əsərləri, Bakı, № 2, 2013 Azərbaycan dilinin digər altay dilləri ilə müqayisəsi. Bakı, BSU, Ümummilli lideri Heydər Əliyevin 91 illik yubileyinə həsr olunmuş "Azərbaycanşünaslığın aktual problemləri" adlı Beynəlxalq konfransın materialları, 05–07 may 2014-cü il. Altayşünaslığa skeptik baxışın tarixi. AMEA Dilçilik İnstitutunun əsərləri, 2015, № 1 İltisaqi dillərdə şəkilçilərin tipoloji müqayisəsi. Dil və ədəbiyyat, BDU, Beynəlxalq elmi-nəzəri jurnal, 4 (96), Bakı, 2015 Bir daha skeptik altayşünaslar haqqında. Filologiya məsələləri, Bakı, "Elm və təhsil", 2015 Müqayisəli-tarixi metod və protodillərin müqayisəsi. Tədqiqlər , Bakı, "Elm və təhsil", 2015 I şəxs əvəzliyinin təkinin müqayisəli tipologiyası. I Türkoloji Qurultayın 90 illiyinə həsr olunmuş "Türkoloji elmi-mədəni hərəkatda ortaq dəyərlər və yeni çağirişlar" mövzusunda Beynəlxalq konfransın materialları (II hissə) Bakı, 14–15 noyabr 2016-cı il Dünya dillərində işarə əvəzliklərinin homogenliyi məsələsi. Dilçilik İnstitutunun əsərləri, № 1, Bakı, 2016ə Sual əvəzliklərinin genetik və tipoloji müqayisəsi. Международная научно-практическая конференция "Литература и художественная культура тюркских народов в контексте Восток-Запад", Казань, 18–19 ноября 2016 Sazın-sözün varisi. Bütöv Azərbaycan, № 27(311), 27 oktyabr 2016 Şəxs əvəzliklərinin genezisi və tipologiyası (II və III şəxs əvəzlikləri). Dilçilik İnstitutunun əsərləri, № 1, Bakı, 2017, səh.35–43 Azerbaijani language and nostratic theory. International Scientific Journal Theoretical & Applied Sciences. Technology and Education. Philadelphia, USA, 2017, 06 (50), səh.167–172 Nəsiminin dilində bəzi əvəzliklərin müvaziliyi. İmadəddin Nəsiminin poetik dili və Azərbaycan ədəbi dilinin tarixi məsələləri. İ.Nəsiminin 650 illiyinə həsr olunmuş Respublika Elmi Konfrasının Materialları. Bakı, “Elm”, 2019, s.40-45 Müasir Azərbaycan dilində somatik ifadələrin mənbələri. ELMİ İŞ beynəlxalq elmi jurnal, XV cild, 1 sayı, Bakı, 2021 (impakt faktorlu), səh. 43-47. Koreya-Azərbaycan II humanitar forumu. Bakı-Seul. 27 noyabr 2021-ci il. s. 19-27 Koreya və türk dillərində leksik paralelliklər. Koreya və Azərbaycan dilində). Nizami Gəncəvi və Azərbaycan dili. Azərbaycan məktəbi. Elmi-nəzəri, pedaqoji jurnal, 2021, № 2(695), səh. 96–101 Azərbaycan dilində qrammatik halların ifadə formaları (diaxronik müşahidə). Heydər Əliyevin dil siyasəti və ana dilinin müasır problemləri” mövzusunda Respublika Elmi Konfransının materialları. Bakı, 2023, s. 244-249 Azərbaycan dilinin protodillərlə leksik müqayisəsi. Dilçilik araşdırmaları. Elmi jurnal, № 2, Bakı, 2023, s. 45-57 Azərbaycan dilində məkani-qrammatik hallarin tarixi inkişafi. Azərbaycanşünaslığın aktual məsələləri (tədqiqat, elmi diskurs, beynəlmiləlləşmə). Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş XIV Beynəlxalq Elmi Konfransın materialları. I cild. Bakı, 2023, s. 576-579 Türk mənşəli arxaizmlər lüğəti (XIII-XVIII əsrlər Azərbaycan yazılı abidələri əsasında). I cild. Bakı, “Elm və təhsil”, 2023 (Dos.X.Heydərova ilə birgə) Türk mənşəli arxaizmlər lüğəti (XIII-XVIII əsrlər Azərbaycan yazılı abidələri əsasında). III cild. Bakı, “Elm və təhsil, 2024 (Dos. X.Heydərova və başqaları) M.Füzulinin dilində işlənən bəzi sual əvəzlikləri. Məhəmməd Füzuli – 530. “Məhəmməd Füzuli poeziyasının dili və üslubu” mövzusunda Respublika konfransı . 2024, 17 oktyabr, s. 61-70
İstinadlar
Xarici keçidlər
Kateqoriya:Azərbaycanlı alimlər Kateqoriya:Azərbaycan alimləri Kateqoriya:Azərbaycan dilçiləri Kateqoriya:Azərbaycanlı dilçilər Kateqoriya:Azərbaycan türkoloqları Kateqoriya:Azərbaycanlı türkoloqlar Kateqoriya:Yevlax rayonunda doğulanlar Kateqoriya:Dilçilər