Nindza tısbağalar ( və ya TMNT) — Nindza tısbağalar seriyasının ilk filmi. 1990-cı ildə irlandiyalı rejissor Stiv Barron tərəfindən çəkilmişdir. Filmin distribütori New Line Cinema kinokompaniyasıdır.

Məzmun

Nyu-York ştatının kanalizasiyasına kolba düşmüşdür. Bu kolbanın içindəki radioaktiv maddə dağılmışdır. Kanalizasiyada yaşayan 4 tısbağa radioaktiv maddə qidalanan zaman onlarda mutasiya gedir. Tısbağalar getdikdə böyüyür və mutant tısbağalara dönürlər. Mutant tısbağaları başqa bir mutant siçovul – sensey Splinter tapır. Splinter onları böyüdür və tərbiyə edir. Həmçinin, onlara döyüş sənətinin sirlərini öyrədir. Splinter həmin döyüş sənətlərinin sirlərini kiçik yaşlarında müəllimindən öyrənmişdir. Müəlliminin isə sevdiyi şəxs var idi. Lakin cütlüyün bir-birinə münasibətindən xoşlamayan Oroku Saki (və ya Şreder) onu öldürür. Bu zaman Splinter ona müqavimət göstərərək üzündə çırmaq izi qoyur. Lakin əvəzində bir qulağını itirir. Baş verən hadisədən sonra Splinter söz verir ki, müəlliminin intiqamını ondan mütləq alacaqdır.

Nyu-York şəhərində çoxlu oğurluq hadisələri baş verir. "Channel 3" televiziya kanalının müxbiri Eypril O’Nil küçə oğrularının hücumuna məruz qalır. Bu zaman hər tərəf qaranlıq olur. İşıq yananda isə oğruların hamısının əlləri bağlı olur. Bu zaman Eypril kanalizasiya qapağının yanına bir qılın görür və onu özü ilə birlikdə aparır. Əslində, qılınc tısbağalara məxsus olur.

Tısbağalar günlərin birində gecə vaxtı fəaliyyətlərini davam etdirən zaman küçə oğrularından biri olan Keysi Consla rastlaşırlar. Keysi Cons onlara müqavimət göstərir və qaçmağı bacarır. Bu müddətdə Eypril həyat yoldaşı ilə boşanma ərəfəsində olur. Onların övladı Denni Penninqton valideynlərindən xəbərsiz oğru bandasına qoşulmuşdur. Bandanın başçısı isə Şrederdir. Bu banda cavan yaşlı yeniyetmələ nindzalığı və oğruluq etməyi bacarığını öyrədir.

Tısbağalar Eyprilin evinə gəlirlər. Eypril tısbağalardan çəkinsə də, bir müddət sonra onlara qarşı yaxşı münasibət bəsləməyə başlayır. Tısbağalar isə daha çox pitsa yeməyi xoşlayırlar. Lakin bir gün Eyprilin evinə nindza bandası hücum edir. Dörd tısbağa, Eypril və onlara kömək üçün yetişən Keysi Cons evi tərk etməyə məcbur olurlar. Kanalizasiyaya geri dönən zaman tısbağalar Splinterin burada olmadığını görürlər. Onlar başa düşürlər ki, müəllimlərini nindza bandası oğurlayıb.

Splinter qaranlıq otağa salınır. Burada Denni ilə rastlaşır. Splinter ona öz barəsində hər şeyi danışmağa başlayır. Bu vaxtda tısbağalar döyüş qabiliyyətlərini artırmağa çalışırlar və bu məqsədlə məşqlərə başlayırlar. Məşqlərini bitirdikdən sonra Splinterin ruhu ilə əlaqə yaradırlar. Bu isə onlarda qələbə inamını daha da artırır. Bu müddətdə Şreder onların hücum edəcəyini başa düşür. Keysi Cons Eyprilə aşiq olur. Bir müddət keçdikdən sonra Keysi Denninin nindza oğrular bandasına qoşulduğundan xəbər tutur. Keysi nindzalardan birini məğlub edərək, onun paltarını geyinir və bandaya daxil olur. Bu müddətdə Denni Splinteri dustaq edildiyi otaqdan xilas etməyə çalışır. Lakin Şrederin baş köməkçisi olan Tatsu heyət üzvləri ilə onun qarşısını alır. Bu zaman Keysi onlara yetişir və Tatsunu məğlub edir. Keysi heyət üzvlərinə ailələrinin burada yox, evlərində, valideynlərinin yanında olduğunu bildirir.

Nəhayət, tısbağalar Şreder ilə rastlaşırlar. Onlar Şreder ilə döyüşürlər. Lakin Şrederin öhdəsindən gələ bilmirlər. Onların güclü olmalarına baxmayaraq Şreder tısbağaların hər birini məğlub etməyi bacarır. Bu zaman qəflətən tısbağaların müəllimi Splinter peyda olur. Şreder maskasını çıxarır və ona hücum edir. Lakin Şreder onun öhtəsindən gələ bilməyərək məğlub olur. Artıq baş verən hadisələr geridə qalmış və tısbağalar uğurlu fəaliyyətlərinə davam etməyə hazırlaşırlar.

Rollarda Aktyor/aktrisa Rol Qeydlər Kevin Kleş Splinter həm səsləndirən, həm də canlandırandır Li Coş Peys Rafael həm səsləndirən, həm də canlandırandırDevid Formen Leonardo səsləndirən: Brayan Toçi Mişlen Sisti Mikelancelo səsləndirən: Robbi Rist Leyf Tilden Donatello səsləndirən: Kori FeldmanCudit Hoak Eypril O’Nil Televiziya müxbiridir Elias Koteas Keysi Cons Küçə oğrularından biridirMaykl Törni Denni Penninqton Çarlz və Eyprilin oğludur Ceyms Saito Oroku Saki Şredder və ya Oroku Saki, səsləndirən: Devid MakÇaren Tosisiro Obata Tatsu Şrederin baş köməkçisi, səsləndirən: Maykl MakKonnohi Sem Rokuell yoxdur Şrederin dəstəsinin başçısıdırCey Pitterson Çarlz Penninqton Eyprilin həyat yoldaşı və Denninin atası (məzmuna görə Çarlz və Eypril boşanırlar)

Maraqlı faktlar Tatsu rolunu ifa edən Toşiro Obata Şinkendo və Şinokan Aykido növü ustadır.

İstinadlar

Xarici keçidlər

TMNT I on the Official Ninja Turtles website. TMNT movie soundtrack information at the Official Ninja Turtles website.

Nindza tısbağalar Nindza tısbağalar

Həmçinin bax

Kateqoriya:1990-cı ilin filmləri Kateqoriya:Nindza tısbağalar Kateqoriya:İngiliscə filmlər Kateqoriya:Müstəqil ABŞ filmləri Kateqoriya:ABŞ-nin superqəhrəman filmləri Kateqoriya:Nindzalar haqqında filmlər Kateqoriya:Ata-oğul münasibətlərindən bəhs edən filmlər Kateqoriya:İngiliscə müstəqil filmlər Kateqoriya:Şimali Karolinada çəkilmiş filmlər Kateqoriya:Nyu-York haqqında filmlər Kateqoriya:İntiqam haqqında ABŞ filmləri Kateqoriya:ABŞ-nin komediya filmləri Kateqoriya:1990-cı illərin ABŞ filmləri Kateqoriya:1990-cı illərin ingilis dilli filmləri Kateqoriya:New Line Cinema filmləri Kateqoriya:Komikslərə əsaslanan bədii filmlər Kateqoriya:ABŞ komikslərinə əsaslanan filmlər Kateqoriya:İngilis dilində döyüş komediya filmləri Kateqoriya:ABŞ-nin döyüş komediya filmləri Kateqoriya:Golden Harvest filmləri Kateqoriya:Döyüş sənəti elmi fantastika filmləri