Yuri Konstantinoviç Kuznetsov () — sovet futbolçusu, futbol məşqçisi, SSRİ-nin əməkdar idman ustası (1962). Futbolçu karyerasında hücumçu mövqeyində çıxış etmişdir.
Bioqrafiya 2 avqust 1931-ci ildə məşhur bakılı futbolçu, 1930-40-cı illərdə "Temp" və "Dinamo" komandalarının məşqçisi olmuş Konstantin Petroviç Kuznetsovun ailəsində anadan olub. Futbol oynamağa Bakı çempionatında çıxış edən "Trudovıye Rezervı" klubunun gənclər komandasında oynamaq ilə başlayıb. Daha sonra Kirovabadda Bədən Tərbiyəsi Texnikumunda oxuyub və həmin zamanlarda yerli "Dinamo" klubunda oynayıb. 1952—1955-ci illərdə "Neftyannik" Bakının "B" komandasında çıxış edib. 1955-ci ildə SSRİ millisinin ikinci komandasında oynayıb. Yuri 1955-ci ilin əvvəlində "Torpedo" Moskva klubunda oynamaq üçün dəvət alıb, lakin imtina edib və Bakıya qayıdıb. Həmin ilin avqust ayında isə "Dinamo" Moskva klubuna transfer olub. Çoxsaylı zədələr səbəbindən 4-5 mövsüm ərzində yalnız 22 matç oynayıb və 13 qol vura bilib. Kuznetsov 1955, 1957 və 1959-cu illərdə SSRİ çempionu olub. 1959-cu ildə cəmi 6 oyun keçirib və 5 qol vurmasına baxmayaraq çempionatın ən yaxşı mərkəz hücumçusu seçilib. 1960-cı ildə Bakıya qayıdıb və karyerasının sonuna qədər — 6 mövsüm burda çıxış edib.
SSRİ-də mövsümün 33 ən yaxşı futbolçusu siyahısında 2 dəfə yer alıb: 1955 — 3-cü yer, 1959 — 1-ci yer.
1955-ci ilin fevralında Kuznetsov SSRİ milli futbol komandasına düşməsi ilə Azərbaycan futbolu tarixində ilkə imza atıb. 1955-ci ilin fevralında Hindistan yığması ilə 2 yoldaşlıq görüşünə çağırılan Kuznetsov I liqadan milliyə çağırılan ilk oyunçu kimi adını SSRİ futbol tarixinə də yazdırıb. Həmin vaxt "Neftçi" aşağı divizionda oynayırdı. 1955-ci ilin avqust-sentyabr aylarında SSRİ yığmasının heyətində 3 rəsmi oyunda meydana çıxan Kuznetsov 3 qol vurub. Kuznetsov həm millidə, həm də "Neftçi"də həmyerlisi Ələkbər Məmmədovla gözəl tandem təşkil edib.
Kuznetsov məşqçilik karyerasında "Dinamo" (1966-69, 1977-78), Polşanın "Qvardiya" (1970-71) və "Neftçi" (1988) klubunun baş məşqçisi olub. O, həmçinin "Dinamo" FK İdman Mərkəzində məşqçi və müavin vəzifələrində çalışıb.
4 mart 2016-cı ildə vəfat etmişdirУмер трехкратный чемпион СССР по футболу Юрий Кузнецов .
Nailiyyətləri SSRİ-nin əməkdar udman ustası: 1962
Ədəbiyyat
Fuad Məmmədov-Paşabəyli. Золотые парни "бронзового" года: форвард от Бога // Yuri Kuznetsov İstinadlar
Xarici keçidlər Rusiya milli futbol komandasının saytında profili
Kateqoriya:SSRİ futbolçuları Kateqoriya:Azərbaycan futbolçuları Kateqoriya:Neftçi PFK futbolçuları Kateqoriya:Dinamo Moskva FK futbolçuları Kateqoriya:Neftçi PFK məşqçiləri Kateqoriya:SSRİ-nin əməkdar idman ustaları Kateqoriya:2016-cı ildə vəfat edənlər Kateqoriya:Azərbaycan futbol məşqçiləri Kateqoriya:SSRİ milli futbol komandasının oyunçuları Kateqoriya:SSRİ Yüksək Liqası futbolçuları Kateqoriya:SSRİ futbol məşqçiləri Kateqoriya:Bakılı futbolçular Kateqoriya:Azərbaycanın kişi futbolçuları Kateqoriya:Futbol hücumçuları