Birillik yem bitkilərinin aralıq, təkrar və qarışıq əkini qısametrajlı sənədli filmi rejissor Ruslan Şahmalıyev tərəfindən 1986-cı ildə çəkilmişdir. "Azərbaycanfilm" kinostudiyasında istehsal edilmişdir. Elmi-kütləvi film respublikada sənaye əsasları üzrə intensiv surətdə inkişaf etdirilən heyvandarlığın möhkəm yem bazası ilə təmin olunmasına həsr edilmişdir.
Məzmun Elmi-kütləvi film respublikada sənaye əsasları üzrə intensiv surətdə inkişaf etdirilən heyvandarlığın möhkəm yem bazası ilə təmin olunmasına həsr edilmişdir.Aydın Kazımzadə. Azərbaycan kinosu — 2 (filmlərin izahlı kataloqu (1898-2002)). Bakı: 2003, səh. 250
Filmdə mal-qaranın qidalı yemə tələbatını ödəmək üçün bir sıra müsbət keyfiyyətli birillik dənli, paxlalı bitkilərin becərilməsini genişləndirməyə xüsusi diqqət yetirilməsindən danışılır. Filmdə bu bitkilərin aralıq, təkrar və qarışıq əkinləri ətraflı şəkildə izah olunur. Kinolentdə eyni zamanda birillik yem bitkilərinin aralıq, təkrar və qarışıq əkini barədə Azərbaycan Elmi-Tədqiqat Yemçilik, Çəmənçilik və Otlaqlar İnstitutunun bölmə və laboratoriyalarında aparılan tədqiqat işləri əsas yer tutur.
İstinadlar
Mənbə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 332.
Həmçinin bax Azərbaycan filmlərinin siyahısı 1986-cı ilin Azərbaycan filmləri 1980-ci illər Azərbaycan filmlərinin siyahısı
Kateqoriya:1986-cı ilin filmləri Kateqoriya:1986-cı ilin Azərbaycan filmləri