"Bohemiyalı" (, ) — fransız akademik rəssamı Vilyam Buqronun 1890-cı ildə işlədiyi rəsm əsəri. Əsərdə Sena çayının kənarında oturmuş ayaqyalın qız təsvir edilmişdir. Əlində violonçel tutmuş qızın arxasında Paris Məryəm Ana kilsəsi görünür. Qız sağ əli ilə dizinə dirsəklənmiş və paltarının qolu violonçelin bir hissəsini örtmüşdür. Qızın sağ tərəfində isə ağcaqayın ağacı vardır.

Buqro bu əsər üçün istifadə etdiyi modeli, başqa bir əsərində - "Çoban qız" əsərində də istifadə etmişdir.

Əsər 2004-cü ildə Christie's auksionunda Minneapolis İncəsənət İnstitutu tərəfindən alınmışdır.

İstinadlar

Kateqoriya:Vilyam Buqronun rəsm əsərləri Kateqoriya:1890-cı ildə çəkilmiş rəsm əsərləri Kateqoriya:Uşaq rəsmləri Kateqoriya:Paris Notr-Dam kilsəsi Kateqoriya:Kətan üzərində yağlı boya ilə çəkilmiş rəsmlər