Avqustun 5 günü (, ) — Gürcüstan-ABŞ birgə istehsalı olan 2008-ci ilin avqust ayında baş vermiş Rusiya-Gürcüstan müharibəsi haqqında çəkilmiş bədii film. Gürcüstanda film «Haqq yolunda mübarizə» adı altında nümayiş etdirilmişdi və demək olar ki, bütün KİV-də geniş şəkildə ictimaiyyətə təqdim olunmuşdu. Gürcüstanın Diaspora işləri üzrə Dövlət Naziri Mirza Davitayanın bildirdiyinə görə, «qısa zaman içərisində heç bir filmə izləyicilər tərəfindən belə geniş maraq hələ olmamışdı». Onun sözlərinə görə, Google axtarış sisteminin verdiyi statistik məlumatlar onu göstərir ki, film, hələ Gürcüstan premyerasına 1 həftə qalmış artıq 134 min nəfəri maraqlandırmışdı. Filmə maraq əsasən Gürcüstan və Rusiya əhalisi göstərmişdi. Bundan başqa, Gürcüstanda filmə maraq elə yüksək idi ki, hətta 2009-cu ildə vizyona girmiş «Avatar» filminin reytinqini də ötmüşdü.
Demək olar ki, istehsal başladıqdan və nümayişinə qədər olan müddət ərzində, film həm Gürcüstan, həm də Rusiyada tənqidlərə məruz qalmışdı. Gürcüstan tənqidçiləri (ilk növbədə müxalifət nümayəndələri və jurnalistlər) film istehsalına tənasübsüz surətdə yüksək pul vəsaitlərinin xərclənməsini və onu müşaiət edən reklam kompaniyasına (o zaman üçün ən bahalı Gürcüstan film proyektlərdən biri idi) işarə edirdilər. Rusiyalı tənqidçilər və gürcüstanlı müxalifətçilər müharibə hadisələrin qərəzli canlandırdırılması iddiası ilə filmi tənqid etmişdilər. Onların fikrincə, belə bir film Gürcüstan hakimiyyətinin özünü beynəlxalq siyasi aləmdə reklam etmə kompaniyası üçün ehtiyac olduğundan ərsəyə gətirilmişdi.
Məzmun
Film İraqda baş verən hadisələr zamanı, gürcü koalisiya qüvvələrinin kontingent dəstəsinin amerikalı müxbir Tomas Andersin həyatını xilas etməsi ilə başlayır. Həmkarlarının birinin ölümündən sonra, Anders Los-Ancelesə qayıdır, lakin onun Tbilisidə yaşayan köhnə dostları Gürcüstanın şimal sərhəddində gözlənilən böyük hərbi münaqişə ilə bağlı ona məlumat verirlər və bundan sonra Tomas operator yoldaşı Sebastian Qants ilə hadisə cərəyan edən yerə gəlir və Gürcüstanın həyatına qərq olaraq, onların adət-ənənələri ilə dərindən tanış olurlar.
Bu zaman bölgədə Rusiya və Gürcüstan arasında müharibə yetişməkdədir. Əvvəlcə osetinlər, sonradan isə rus qoşunları Gürcüstan ərazisinə atəş açırlar. Gürcüstan sərhəddinə rus ordu və donanması hərəkət edir. Lakin prezident Saakaşvili ölkəni təxribatlara uymamağa çağırır. Bir bələdçi ilə görüşmək üçün Cənubi Osetiyaya istiqamət götürən Anders və Qants yerli toy mərasiminin necə raket hücumuna məruz qaldığına şahid olurlar. Təsirə məruz qalmış sakinləri yardım göstərərkən, baş qəhrəmanlar Tatiya adlı gürcü qızı və bir neçə yaralını Qoridə yerləşən hərbi qospitala daşıyırlar. Lakin Tatiya jurnalistləri onun qohumlarını tapmaq üçün Cənubi Osetiyaya qayıtmağa razı salır.
Avnevi şəhərinə gəldikdə, qəhrəmanlar oraya rus qoşunlarının daxil olmasını görürlər. Sakinləri küçələrə qovurlar, bir əsgər (Mikko Nousiyanen) polis rəisini və bələdiyyə başçısını tələb edir. Onun tələblərini heç kim qulaq asmadığını görən əsgər yaşlı bir qadının ayağını güllələyir. Sonradan tapılan bələdiyyə başçısı və polis rəisinin boğazını kəsirlər, cəsədlərini isə yandırırlar. Bundan sonra qarət və soyğun başlanır. Əsgərlər evləri qarət edirlər və kütləvi şəkildə dinc sakinləri öldürürlər. Rus vertolyotları əhali içərisində qarışıqlıq yaradaraq, atəş açırlar. Bütün bunları jurnalistlər çəkirlər.
Bu qırğın zamanı bir neçə sakin istixanalarda gizlənir. Rus əsgərlərindən biri (Mixail Qomiaşvili) onları görür, lakin görməməzliyə vurur. Sonra, gizlənmiş sakinlər haqqda digər əsgərlər xəbər tuturlar və onları güllələməyə hazırlaşırlar; jurnalistlər onların diqqətini cəlb etməyi qərara alırlar. Əsgərlər onları əsir götürərək, Rusiya qərargahına aparırlar.
Qərargahda qəhrəmanları bölürlər. Rus polkovniki Demidov (Rade Şerbeciya) şahmat oyunu zamanı Anders ilə söhbət edir. Qantsı isə kənddə qırğına rəhbərlik edən həmin döyüşçü dindirir. Məlum olur ki, o, Rusiya tərəfindən cəlb edilmiş, Daniel adında muzdlu kazak komandiridir.
Gözlənilmədən qərargaha Rezo Avalianinin komandanlığı altında gürcü qoşun dəstələri daxil olur. Gürcülərin köməyi ilə qəhrəmanlar rus ordusunun hərəkətləri qeyd olunmuş fleş kartla birlikdə kənddən qaça bilirlər. Daniil özünün snayper tüfəngi ilə jurnalistləri vurmağa çalışır, amma atəş nəticəsində yerli qız həlak olur.
Bu zaman, Saakaşvili ilə keçirilən görüşdə Gürcüstan hökuməti bu vəziyyətin ümidsiz olması qənaətinə gəlir: Gürcüstana 40 min rus işğalçı qrupu daxil olub, bütün qərb KİV-ləri Rusiya tərəfindədir, beynəlxalq ictimaiyyətsə münaqişənin birbaşa müdaxilə etməyərək, mənasız görüş və iclaslar təşkil etməyə üstünlük verəcək. Putin şəxsən orduya başçılığı öz üzərinə götürərək «Saakaşvilini yumurtalarından asacağını» bildirir. Rusiya atəşkəsi pozmaqda davam etməsinə baxmayaraq, Saakaşvili lazımsız itkilərin qarşısını almaq üçün qoşunlarına müqavimət göstərməməyə əmr edir.
Jurnalistlər və Avaliani dəstəsi Tbilisi ətrafında son müdafiə xətti yaratmaq üçün Qoridən çəkilən orduya qoşulurlar. Onlar Andersin xəbər agentliyinin ofisiylə əlaqə yarada bilirlər və peyk ötürücüsünü əldə edirlər. Ancaq bu vaxt şəhəri rus qoşunları atəşə tuturlar. Bu döyüşdə Hants yaralanır, Anders isə Daniil ilə əlaqə yarada bilir; o artıq Tatiyanı girov götürüb və mübadiləyə razıdır. Onlar Qorinin mərkəzindəki Stalin heykəlinin yanında görüşürlər. Daniil qızı buraxır və fleşi əldə edir. Lakin fleş kart boşdur, Anders onun içindəki məlumatları artıq Qərbə göndərməyi bacarıb. Birdən Daniil Andersi öpür, sonradan isə onu öldürməyə çalışır. Lakin onun özünü kənddə qırğın zamanı bir neçə mülkini gizlədən əsgər gülləliyir.
Bu zaman şəhərə saysız-hesabsız rus tankları yaxınlaşır. Tankçılar sağ qalmış gürcü əsqərlərini dairəyə alırlar, lakin polkovnik Demidon «qətlləri sona çatdığını» bildirərək, əsqərləri sağ qoyaraq, onların getməsinə imkan yaradır.
Tbilisiyə Polşa, Ukrayna, Litva, Latviya və Estoniya prezidentləri gəlir. Gürcüstan Parlamenti önündə keçirilən mitinq vaxtı Saakaşvili çıxış edərək bildirir ki, «işğalçı güvvələr bizim qapımızın önündədirlər. Bu imperiya çox güclüdür, lakin bizim daha qiymətli bir şeyimiz var, bu da bizim azadlığa olan sevgimizdir». Prezidentlər birləşirlər, ətrafda yığılan insanlar isə əl çalırlar.
Andersin reportajı «Human Rights Watch» -a çatdırılaraq məşhurlaşır. Lakin atəşkəs və ölkəni tərk etmə bəyanatlarına baxmayaraq, rus ordusu Qoridə qalmağa davam edir. Film Gürcüstanın bir neçə sakinin ölü və ya itkin yaxınları haqqında söylədikləri qısa məlumatları ilə sona çatır.
Xəbərdarlığın sonu
Yaradıcılar
Çəkiliş qrupu Rejissor — Renni Harlin Prodüserlər — Papuna (Mirzə) Davitaya, Renni Harlin, Liz Kern, Kristofer Lendri, Corc Lasku, Avi Liani, Den Maskiarelli, Koba Nakopiya, Nikki Stangetti İcraçı prodüserlər — Maykl Flenniqan, Giorgi Gelovani, David İmedaşvili, Sindi Kuypers Ssenari müəllifləri — Mikko Alan, Devid Bettl Bəstəkar — Trevor Rebin Operator — Çekko Vareze Rəssam — Enni Sperlinq, Tea Teliya Montaj — Brayan Berdan Kostyum üzrə rəssam — Elvis Devis
Rollarda +Rollarda Aktyor Rol Rupert Frend Amerikalı reportyor Tomas Anders Riçard Koyl Amerikalı operator Sebastian Ganz Vel Kilmer hollandiyalı jurnalist Endi Qarsiya Gürcüstanın Prezidenti Mixeil Saakaşvili Emmanuel Şriki Tatia Hizer Qrem Miriam Eysner Conaton Şek Rezo Avaliani
Film adı Çəkiliş üçün hələ hazırlıq dövründə filmin adı olmadığından, film haqqda ilk xəbər başlıqlarında onu sadəcə «Renni Harlin layihəsi» və ya «Rusiya-Gürcüstan müharibəsi haqqda film» () adlandırmışdılar. Sonralar ABŞ-də filmin işçi adı «Qanlı avqust» (), Gürcüstanda isə — «Sakartvelo» () verilmişdi. Çəkiliş layihəsi mərhələsində film «Gürcüstan» () adı ilə tanınmağa başlamışdı. (ilk promo plakat məhz bu ad altında çap olunmuşdu), bu ad ilə film 2010-ci ildə Kann kino festivalında nümayiş edilmişdi.
2010-cu ilin sentyabr ayının sonunda filmin adı yenidən dəyişərək «Avqustda 5 gün» () sonradan isə, «Avqustun 5 günü» () formasına çevrilmişdi. Fransada film «Müharibə durumu» () adı ilə yayımlanmışdır. Yaponiyada nümayiş etdirilməsi məqsədilə filmin adı qısaldırılaraq «5 gün» () adı altında seyircilərə təqdim olunmuşdu. Məhz bu ad bir sıra yapon saytlarında istehza obyektinə çevrilmişdi. 29 iyun 2011-ci ildə ABŞ premyerasından öncə internetdə filmin yeni posteri və 3-cü treyleri (artıq beynəlxalq «5 Days of War» adı altında) nümayiş edilmişdi.
Filmin yaradılması İdeya və konsepsiyası
2008-ci il Rusiya-Gürcüstan müharibəsindən sonra, həmin ilin payız aylarında o vaxt Gürcüstan Parlamentinin üzvü Mirzə Davitaya və filmin gələcək prodüseri David İmedaşvili Santa Monika şəhərində keçirilən American Film Market kinobazarında iştirak etmək məqsədilə yola düşürlər. Onların məqsədi gürcü baxış nöqtəsini əks etdirə bilən bir rejissor tapmaq idi. Daha sonralar, Davitaya bu hadisələri yada salarkən etiraf edirdi ki, o Davidlə birgə səmimi şəkildə bu mövzu ilə maraqlanan və münaqişə barədə film çəkməyə razı olan çoxlu sayda müxtəlif insan tapılacağına inanırdılar. Lakin, vəziyyət kifayət qədər fərqli görünürdü, çünki Davitayanın da dediyinə görə onlar «bu industriyanın necə çalışdığını anlamırdılar». Elə orada onlar təsadüfən artıq kommunistik Rumıniyada böyümüş və kifayət qədər təcrübəli film prodüseri sayılan Corc Lasku ilə görüşürlər. O, real hadisələrə əsaslanan bir ssenari əsasında çəkiləcək film layihəsində iştirak etmək barədə razılığa gəlir. Ssenari ilə az tanınan müəllif Devid Bettl məşğul olmağa qərar verdi. Bu layihə onun karyerasında ilk tam formatlı kommersiya filmi idi. Tezliklə Lasku layihədə iştirak etmək üçün o zaman yaradıcı böhranında olan məşhur rejissor Renni Harlinə təklif sürür, Harlin də çəkiləcək filmin rejissoru olmağa öz razılığını bildirir. Filmin çıxışından sonra, müsahibələrindən birində Harlin söyləyirdi ki, özünə uyğun layihələrin axtarışında olarkən, o tarixi film janrında çəkilişlərə başlamaq istəyir, lakin layihənin maliyyələşdirmə prossesi onu təmamilə qanə etmirdi (digər bir müsahibədə isə Mannerqeym filmi haqqda açıqlama verir). Bu layihənin həyata keçirilə bilinməyəcəyini anlayan Harlin dərin depressiyaya düşür , buna əsas bir səbəb də yenə maliyyə problemləri idi. Və məhz bu ərəfədə Cənubi Osetiya münaqişəsi barədə öz aralarında söhbət edən prodüserlə tanış olan Harlin, bu proektə cəlb olunma haqqda təklif alanda çox sevinir və tezliklə həmçinin onu da öyrənir ki, bu münaqişə bir çox insanlara qaranlıq mövzu sayılır. Daha sonralar Harlin etiraf edir ki, ona o zaman bir neçə təklif irəli sürülmüşdü, lakin o həqiqətən «inandığını» seçir.
Bundan sonra, Harlin internetdə bu konflikt barədə lazımi məlumatlar yığaraq özü üçün daha bir izah tapır – dünyada yaşayan insanlar əslində bu münaqişə haqqında öyrənmək marağında deyillər, elə post-sovet ölkələri barədə olduğu kimi. Onun sözlərinə görə, o Finlandiyalı ssenari müəllifi və özünün yaxın dostu Mikko Alanla birgə BMT, Avropa Birliyi və Human Rights Watch-un müstəqil ekspertlərin hesabatları tədqiq etmiş və Gürcüstan qaçqınlarının, siyasətçilərin və jurnalistlərin həyat hekayələrini dinləyir. Harlin ssenari müəllifi Devid Bettlin orijinal versiyası əsasında filmin ağ-qara variantını yaradır. Araşdırmanın növbəti mərhələsi birbaşa ziddiyyət, konflikti müşahidə edən bir jurnalistlə danışmaq məqsədilə Harlinin Gürcüstana səfəri ilə başlayır. Orada da o müharibəni şəxsən görən gürcülərlə — «bədənində yaralar, gözlərində isə yaşlar olan insanlarla» söhbət etmək imkanı yarandı. Yığılan məlumatlar Harlinin film çəkilişləri üçün artıq lazımi miqdarda idi. Bundan başqa o sonralar dəfələrlə etiraf etdiyi kimi, bu filmin çəkilişləri razı olmağının bir səbəbi də onun bir vaxtlar Sovet İttifaqı ilə müharibə etmiş Finlyandiyada doğulması müəyyən burada bir rol oynamışdır.