Varlılar da ağlayır () — Meksikada 1979-cu ildə istehsal olunmuş telenovella.

Məzmunu

Marianna Vilyareal atasını itirəndən sonra, ögey anası onu evdən qovur. Böyük bir sərvətin varisi olduğundan xəbərsiz olan bu biçarə qız səadəti üçün paytaxta gəlir. Sadəlövh Mariannanın başına min cür müsibətlər gəlir. Bütün Latın Amerikan seriallarında olduğu kimi, bu dəfə də baş qadın qəhrəmanı kişilər aralarında bölə bilmirlər.

Təsiri

"Marianna" serialı dünya miqyasında da serial sektorunun inkişafında bir trampilin rolunu oynadı. Hazırda serial bazarında özünəməxsus yer tutan Türkiyədə də o vaxtlar bu serial geniş izlənilirdi, hətta bir neçə faciəyə belə səbəb olmuşdu. Bu barədə Orxan Pamuk "Qar" romanında yazıb:

Qarsda dindar qızlar baş örtüsü geyindiklərinə görə universitetə buraxılmırlar. Artıq qızlardan bəziləri intihar etmişdir. Qarsa jurnalist kimi gəlmiş K.A. intihar etmiş qızlardan birinin ailəsi ilə söhbət zamanı öyrənir ki, qız intihardan qabaq " Marianna" serialına baxıb, bundan sonra otağına keçib intihar edib. Yəqin ki, sevgisi uğrunda mübarizə aparan Mariannanın cəsarəti ilə özünün çarəsizliyini müqayisə etdikdən sonra çıxış yolunu intiharda görmüşdü bədbəxt qızcığaz.

İstinadlar

Mənbə

Qızları intihara sövq edən serial — Marianna ESSE

Kateqoriya:Meksika filmləri Kateqoriya:1979-cu ilin filmləri Kateqoriya:1970-ci illərin filmləri