Bakı qalası qısametrajlı sənədli televiziya filmi rejissor Tofiq Mirzəyev tərəfindən 1969-cu ildə çəkilmişdir. Azərbaycan Televiziyasında istehsal edilmişdir.

Məzmun "Bu mənim şəhərimdir". Film aparıcının bu sözləri ilə başlanır. Sonra tamaşaçılar Bakının görməli yerlərinə seyrə çıxır, qoruq muzeyi olan Bakı qalası-İçəri şəhəri gəzir, qədim Şirvanşahlar sarayı ilə tanış olur, xarici səyyahların İçəri şəhər haqqında təssüratlarını dinləyirlər.Aydın Kazımzadə. Azərbaycan kinosu — 2 (filmlərin izahlı kataloqu (1898-2002)). Bakı: 2003, səh. 118

Filmdə "Qaya" vokal kvartetinin ifasında müxtəlif mahnılar səslənir.

Filmin üzərində işləyənlər Ssenari müəllifi: Tofiq Mirzəyev Rejissor: Tofiq Mirzəyev Operator: Faiq Aslanbəyov

İstinadlar

Həmçinin bax Azərbaycan filmlərinin siyahısı 1969-cu ilin Azərbaycan filmləri 1960-cı illər Azərbaycan filmlərinin siyahısı

Kateqoriya:1969-cu ilin filmləri Kateqoriya:1969-cu ilin Azərbaycan filmləri