Azərbaycan günü filmi rejissor Vladimir Yeremeyev tərəfindən 1935-ci ildə çəkilmişdir. Azərfilmdə istehsal edilmişdir. Oktyabrın XVIII ildönümünə həsr olunmuş reportajda respublika zəhmətkeşlərinin bir günlük fəaliyyətindən söhbət açılır.

Məzmun Oktyabrın XVIII ildönümünə həsr olunmuş reportajda respublika zəhmətkeşlərinin bir günlük fəaliyyətindən söhbət açılır.Aydın Kazımzadə. Azərbaycan kinosu — 2 (filmlərin izahlı kataloqu (1898-2002)). Bakı: 2003, səh. 26-27

İlk epizodlar iqtisadiyyat mövzusundadır. Tamaşaçılar burada gənc neftçilər və taxılçıların əməyi ilə tanış olurlar. Sonra onları Bakı qarnizonunun döyüşçüləri əvəz edir. Onlar idman-döyüş hazırlıqlarını nümayiş etdirirlər. Digər epizodlarda respublikamızın həyatı, mənzərəli yerləri, meyvə bağları, şəhər və kəndləri öz əksini tapmışdır.

Filmin üzərində işləyənlər Ssenari müəllifi: Vladimir Yeremeyev Rejissor: Vladimir Yeremeyev Operator: Vladimir Yeremeyev, Seyfulla Bədəlov, A. Qaryagin, İvan Manakov

İstinadlar

Mənbə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 53; 57.

Həmçinin bax Azərbaycan filmlərinin siyahısı 1935-ci ilin Azərbaycan filmləri 1930-cu illər Azərbaycan filmlərinin siyahısı

Kateqoriya:1935-ci ilin filmləri Kateqoriya:1935-ci ilin Azərbaycan filmləri