Laçın — Azərbaycan Respublikasının Laçın rayonunun Laçın şəhər inzibati ərazi dairəsində şəhər, Laçın rayonunun inzibati mərkəzi.
Birinci Qarabağ müharibəsinə qədər Bakı şəhəri ilə şose yolla ara məsafəsi 450 km, Xankəndi dəmir yolu stansiyası ilə ara məsafəsi isə 60 km olmuşdur.
18 may 1992-ci ildən Ermənistan Silahlı Qüvvələrinin işğalı altında olub. Qarabağ atəşkəs bəyanatına əsasən 26 avqust 2022-ci ildə Azərbaycanın nəzarətinə keçib. 27 may 2023-cü ildə Laçın şəhərinə 20 laçınlı ailə (97 nəfər) geri qayıdıb. Beləliklə şəhərə azərbaycanlı keçmiş məcburi köçkünlərin ilk köçü başlayıb.
Etimologiyası "Laçın" adı türk kökənlidir.Levitskaja, L. S.; Blagova, G. F.; Dybo, A. V.; Nasilov, D. M.; Pocelujevskij, Je. A. (2003), “ла:чын”, in Etimologičeskij slovarʹ tjurkskix jazykov [Etymological Dictionary of Turkic Languages] (in Russian), volume 7, Moscow: Vostočnaja literatura, page 6 Mahmud Kaşğaridə "laçin" kimi verilir. Türk dillərində göyərçin, bildirçin sözlərində olduğu kimi "laçın" sözündə də -çin "quş" adı düzəldən şəkilçidir. Sıldırımlı qayalara yalçın deyilir. Bu halda la və yal sözləri “uçurum”, “sıldırım” mənasını əks etdirir. Laçın “bərk şığıyan quş” kimi başa düşülə bilər. İkinci ehtimal da mümkündür: laçından yalnız başqa quşları ovlamaq üçün istifadə olunub. Belə quşa el arasında ley deyirlər. Laçın (leyçin) “quş ovlayan quş” kimi də başa düşülə bilər. Bu daha inandırıcı variantdır. M.Cümə yazır: “Cunday quşu laçınnan haçan bərabər gələ?” Çex dilində “laçın” anlamını ifadə edən söz (трезвый) “ayıq-sayıq” mənasını verir.
Tarixi Laçın əvvəllər Abdallar adlanıb, 1923-cü ildən şəhər statusu alıbПрезидиум Верховного Совета Азербайджанского ССР. "Азербайджанская ССР, Административно-территориальное деление на 1 января 1961-го года". Азербайджанское государственное издательство, Баку, 1961, стр. 8 və 1926-cı ildən Laçın adlandırılıb. 1930-cu ildə Laçın inzibati rayonu təşkil edilərkən Laçın şəhəri onun inzibati mərkəzinə çevrilib.
"Laçın" toponimi bir oykonim kimi 1924-cü ildən işlənir. Ona qədər isə bu ad "Yuxarı Laçın" adlı kəndin adında olub. Kiçik Qafqaz sıra dağlarının ən böyük silsiləsi olan Qarabağ yaylasının əsas zirvəsi ilə yanaşı Laçın adlı bir zirvə də var. Bu zirvə Yuxarı Qarabağ bölgəsində Böyük Kirs, Kiçik Kirs, Sarı baba zirvələri ilə üçbucaq təşkil edir. Bu zirvə Qarabağ sıra dağlarının mərkəzi hissəsində, onun cənub-qərbində yerləşir.
Araşdırmalar göstərir ki, "Laçın" adı coğrafi, tarixi və ədəbi mənbələrdə rast gəlinir. Laçın adı kəndlərin adında da rast gəlinir: Şuşada Laçınlar, Kəlbəcər rayonunda Laçın adlı kəndlər, Kəlbəcər rayonundakı Laçınqaya qalası və s.
Hind şairi Əmir Xosrov Dəhləvinin həyatından bəhs edən mənbələrdə onun atasının soyadında "Laçın" adı var. Onun adı: Əmir Mahmud Şəms Laçın. Tarixi mənbələrə görə, onun ata-babası Hindistana Orta Asiyanın işğalı ilə əlaqədar gəlmişlər. O zaman "Laçın" türk tayfası Türkmənistanın cənubunda Kopet dağında məskunlaşmışdılar. Hindistanda dövrünün ən böyük şairi Əmir Xosrov Dəhləvinin adında tayfasının adı göstərilmişdir.
"Laçın" türk tayfası XIII əsrin əvvəllərində Türkmənistanın cənubundakı ərazilərdə yaşayırdılar. Monqolların hücumu zamanı Laçın tayfalarının bir hissəsi Azərbaycana pənah gətirmişlər. Onlar Qarabağın yuxarı bölgəsində Xaçın məlikliyində, Xəlfəlidə, eləcə də Qarqarçay, Həkəriçay hövzələri yaxınlığında məskən salmışlar. "Laçın" türk tayfasının bir hissəsi isə Hindistanda sığınacaq tapmışdır.
Orta əsrlərdə Azərbaycanda Laçın qalası və Laçın şəhəri də olmuşdur. Qarabağda Laçın qalasının olmasını Kirakos Gəncəli qeyd etmişdir. O, yazır ki, Laçın Həsən Cəlalın qalalarından biri idi. Azərbaycanda orta əsrlərdə Laçın adlı şəhər də olmuşdur ki, bu şəhərdə pul kəsilirdi. Bu şəhər Çobani xanlarının zamanında daha da şöhrətlənmişdi.
Əhali İl Əhali Etnik qruplar Qaynaq1907145Əsasən tatarlar (azərbaycanlılar)Qafqaz təqvimi 1914 124 Əsasən tatarlar Qafqaz təqvimi 1926 435 37.7% türk (azərbaycanlılar), 25.3% kürd, 15.2% erməni, 13.1% rus Sovet siyahıyaalınması 1939 1,063 80.7% azərbaycanlı, 11.6% erməni, 6.4% rus Sovet siyahıyaalınması 1959 2,329 94.5% azərbaycanlı, 4.3% erməni 1% rus Sovet siyahıyaalınması 1970 4,990 95% azərbaycanlı, 2.7% rus və ukraynalılar, 1.1% erməni Sovet siyahıyaalınması 1979 6,073 99.1% azərbaycanlı Sovet siyahıyaalınması 1989 7,829 Sovet siyahıyaalınması 2005 2,190 ~100% erməni QDQR siyahıyaalınması 2015 1,900 ~100% erməni QDQR-in qiymətləndirməsi 2021 100–120 ~100% erməni 2022 100–120 ~100% azərbaycanlı Şəkilləri Erməni işğalından əvvəl
Erməni işğalından sonra
İstinadlar
Xarici keçidlər
Rusiya MN: Laçın SES-in fəaliyyəti bərpa olunub
Kateqoriya:Laçın rayonunun şəhərləri Kateqoriya:Azərbaycanın adı dəyişdirilmiş yaşayış məntəqələri