Arxalı dağlar filmi rejissor Adil Ələkbərov tərəfindən 1985-ci ildə çəkilmişdir. Film "Azərbaycanfilm" kinostudiyasında istehsal edilmişdir. Filmdə Qax rayonundakı Kirov adına kolxozun çobanı Milyaz Mirzəyev və onun başçılıq etdiyi komsomolçu-gənclər briqadasından bəhs edir.

Məzmun Filmdə öz sənətini sevən, ona bütün varlığı ilə bağlanan, zəhmətin qədrini bilən, onu qiymətləndirən bir insan haqqında-Qax rayonundakı Kirov adına kolxozun çobanı Milyaz Mirzəyev və onun başçılıq etdiyi komsomolçu-gənclər briqadasının işi haqqında söhbət gedir.Aydın Kazımzadə. Azərbaycan kinosu — 2 (filmlərin izahlı kataloqu (1898-2002)). Bakı: 2003, səh. 244

Festival və mükafat 1988-ci ildə Moskvada Ümumittifaq kənd təsərrüfatı filmləri kinofestivalında sənədli film ÜİXTNS-in gümüş Medalına layiq görülüb.

Filmin üzərində işləyənlər Ssenari müəllifi: E. Əsgərov, M. Krans Rejissor: Adil Ələkbərov Operator: Elxan Əliyev

İstinadlar

Həmçinin bax Azərbaycan filmlərinin siyahısı 1985-ci ilin Azərbaycan filmləri 1980-ci illər Azərbaycan filmlərinin siyahısı

Kateqoriya:1985-ci ilin filmləri Kateqoriya:1985-ci ilin Azərbaycan filmləri