Ağdaş rayonu — Azərbaycan Respublikasında inzibati – ərazi vahidi. Mərkəzi Ağdaş şəhəridir. Rayonun ərazisi Bərdə rayonu ilə 33 km, Yevlax rayonu ilə 30 km, Qəbələ rayonu ilə 10 km, Göyçay rayonu ilə 11,5 km, Ucar rayonu ilə 29 km, Zərdab rayonu ilə 11.5 km məsafədə həmsərhəddir.
Tarixi Ağdaş rayonu 8 avqust 1930-cu ildə təşkil olunmuşdur. Əlverişli təbii şəraiti olan Ağdaş ərazisində insanlar ən qədim zamanlardan məskunlaşmışlar. Qədim yunan müəllifi Strabon bu ərazilərdə insanların məskunlaşdığını, təsərrüfat fəaliyyəti ilə məşğul olduqlarını, Türyançayın orta və aşağı axarında yaşayan əhalinin bu çaydan təsərrüfat və gəmiçilik məqsədilə geniş istifadə etdiklərini qeyd etmişdir.
Təbii iqlim və torpaq şəraiti burada qədim dövrlərdən əkinçilik və maldarlığın yüksək inkişafı üçün əlverişli imkan və şərait yaratmışdır. Tarixən bu yerlərdə yüksək keyfiyyətli taxıl becərilmiş, meyvə yetişdirilmiş, ipəkçilik, sonralar isə pambıqçılıq geniş yayılmışdı.
Orta əsrlərin son dövrlərində Ərəş adlanan bu ərazi Şirvan bəylərbəyliyinin tabeliyində idi. Buranı "Sultan" titulu daşıyan feodal hakimlər idarə edirdilər. Sonralar Səfəvi-Osmanlı müharibələrində əldən-ələ keçən Ərəş sultanlığı xeyli zəiflədi və XVIII əsrin 50-ci illərində Şəki xanlığının vassalına çevrildi.
1795-ci ildə Sultanlıq ləğv edilərək Şəki xanlığına qatıldı. Çarizmin 1873-cü ildə Qafqazda həyata keçiridiyi inzibati islahata əsasən Yelizavetpol quberniyasının tərkibində Ərəş qəzası yaradıldı. Qəzanın ərazisi 3212,5 km². əhalisi isə 52371 nəfər idi. Ərəş qəzası 1926-cı ildə ləğv edilmiş, ərazisinin bir hissəsi Şəki, bir hissəsi – Ağdaş şəhəri və Ağdaş nahiyəsi, Göyçay qəzasına verilmişdi. Ağdaş rayonu ərazisi 1918-ci il may ayında ADR elan olunarkən erməni-bolşevik qüvvələrinin işğalı altında idi. Qafqaz İslam Ordusu Göyçay döyüşündə qələbə qazanaraq Ağdaşı işğaldan azad etmişdi. Həmin döyüşdə Qafqaz İslam Ordusuna 389 nəfərlik Ağdaş konüllülər dəstəsi dəstək verirdi.İstiqlal Yürüşü 1918 Ağayev Yusif, Əhmədov Səbuhi Bakı, "Altun Kitab", 2009, səh 84 1930-cu ildə Ağdaş rayonu yaradılır. Rayonun inzibati mərkəzi XVI əsrdə salınmış, 1900-cü ildən şəhər statusu daşıyan Ağdaş şəhəridir.
1999-cu il iyun ayının 4-də Ağdaşda orta güclü zəlzələ baş vermişdir. Zəlzələ nəticəsində insan itkisi olmasa da, 100-dən çox ev dağılmış, çoxlu sayda ev isə qəzalı vəziyyətə düşmüşdür. Lakin sonrakı illərdə bu evlərin bir çoxu əsaslı təmir edilmişdir. Zəlzələ nəticəsində dəyən iqtisadi ziyanın miqdarının 2,5 milyon dollar olduğu təxmin edilir.
Coğrafi mövqeyi Ağdaş rayonu Şirvan düzünün şimal-qərbində, Acınohur ön dağlığının cənubunda yerləşir. Səthi, əsasən, düzənlik, şimal hissədə dağlıqdır. Düzənlik hissədə Antropogen, dağlıq hissədə isə Neogen çöküntüləri yayılmışdır. Ərazisində gil çıxarılır. Rayonun ərazisindən Türyançay, cənub-qərb sərhədi boyu isə Kür çayı axır. Baş Şirvan kollektoru Ağdaş rayonu ərazisindən başlanır. Türyançayda su qovşağı yaradılmışdır. Rayonda, əsasən, boz-çəmən torpaqları yayılmışdır. Bitkiləri, əsasən, çöl və yarımsəhra tiplidir. Kür çayı sahilində tuqay meşələri, rayonun şimal hissəsində (Türyançay Dövlət Təbiət Qoruğunda) ardıc və saqqız ağaclarından ibarət seyrək arid meşələr vardır. Heyvanları: canavar, tülkü, çöldonuzu, quşlardan kəklik, turac, qırqovul, kərkəs, sürünənlərdən gürzə, kələz məskunlaşmışdır. Rayonun ərazisindən Bakı-Tiflis, Bakı-Qəbələ dəmir yolu, Bakı-Qazax şose yolu, Mingəçevir-Bakı elektrik ötürmə xətti keçir.
İqlimi Rayonun iqlimi düzənlik yerlərdə mülayim isti və quru-subtropikdir. Rayonda orta illik temperatur 14,2 dərəcədir. Orta temperatur yanvarda 1,2–1,4 °C, iyulda isə 25–27 °C-dir. İllik yağıntı miqdarı 300–450 mm-dir.
Yaşayış məntəqələri Rayonun yaşayış məntəqələrinin sayı 74-dür (1 şəhər, 2 qəsəbə, 71 kənd) +1. Ağdaş şəhəri2. Ləki qəsəbəsi3. Ərəb kəndi4. Kükəl kəndi5. Hüşün kəndi6. Xosrov kəndi7. Sadavat kəndi8. Birinci Aral kəndi9. İkinci Aral kəndi10. Şəmsabad kəndi11. Qarağan Saatlı kəndi12. Əmirmahmud kəndi13. Tofiqi kəndi14. Qarağan Şıxlar kəndi15. Qarağan Sədi kəndi16. Yuxarı Qəsil kəndi17. Bulaqotağı kəndi18. Qulbəndə kəndi19. Orta Qəsil kəndi20. Aşağı Qəsil kəndi21. Bəylik kəndi22. Şordəhnə kəndi23. Dəhnəxəlil kəndi24. Türyançay qəsəbəsi25. Yuxarı Ağcayazı kəndi26. Aşağı Ağcayazı kəndi27. Qolqəti kəndi28. Korarx kəndi29. Cüvə kəndi30. Qoşaqovaq kəndi31. Şəkili kəndi32. Ərəbocağı kəndi33. Pirkəkə kəndi34. Aşağı Zeynəddin kəndi35. Tatlar kəndi36. Yeniarx kəndi37. Mürsəl kəndi38. Şıxlı kəndi39. Qarasuqumlaq kəndi40. Aşağı Nemətabad kəndi41. Yenikənd kəndi42. Qəribli kəndi43. Yuxarı Nemətabad kəndi44. Aşağı Qobuüstü kəndi45. Qobuüstü kəndi46. Hacılar kəndi47. Qaradağlı kəndi48. Malay kəndi49. Cücük kəndi50. Gürcüva kəndi51. Pirəyir kəndi52. Nehrəxəlil kəndi53. Kotanarx kəndi54. Cardam kəndi55. Güvəkənd kəndi56. Əmirarx kəndi57. Binələr kəndi58. Davudlu kəndi59. Yenicə kəndi60. Orta Ləki kəndi61. Yuxarı Ləki kəndi62. Aşağı Ləki kəndi63. Hapıtlı kəndi64. Ovçulu kəndi65. Abad kəndi66. Qaradeyin kəndi67. Eymur kəndi68. Ərəbşəki kəndi69. Ağcaqovaq kəndi70. Pirəzə kəndi71. Qaraoğlan kəndi72. Ağzıbir kəndi73. Kotavan kəndi74. Xınaxlı kəndi
Əhalisi
1 yanvar 2026-cı il tarixə olan məlumatlara əsasən rayon əhalisinin sayı – 108053 nəfərdir. . Əhalinin sıxlığı – 1 km²-də 109 nəfərdir. Əhalisinin 34%-i şəhərdə, 66%-i kəndlərdə yaşayır. Rayon əhalisinin çoxu yerli əhalidən ibarətdir. Rayonda eyni zamanda çox sayda qaraçılar da məskundur.
Etnik tərkibi + Etnik quplar əhalinin Sayı (Nəfər) Azərbaycanlılar 50.141 (86,4%)Talışlar 27 (0,1%)Ruslar 2.386 (4,1%)Ermənilər 522 (0,9%)Ləzgilər 4.555 (7,8%)Gürcülər 19 (0,1%)Bütün rayon üzrə 58.064 (100%)
+Ağdaş rayonu : 1959-cu il siyahıya alması Etnik quplar əhalinin Sayı (Nəfər) Azərbaycanlılar 37.678 (93,1%)Talışlar – (-)Ruslar 982 (2,4%)Ermənilər 144 (0,4%)Ləzgilər 1.057 (2,6%)Gürcülər 8 (0,1%)Bütün rayon üzrə 40.466 (100%)
+ Ağdaş rayonu: 1970-ci il siyahıya alınması Etnik quplar əhalinin Sayı(Nəfər) Azərbaycanlılar 58.307 (96,9%)Talışlar – (-)Ruslar 535 (0,9%)Ermənilər 226 (0,4%)Ləzgilər 602 (1,0%)Gürcülər 20 (0,1%)Bütün rayon üzrə 60.172 (100%)
Ağdaş rayonu : 2009-cu il siyahıya alması Etnik qruplarƏhalinin sayı (nəfər)98.388 (99,7%)Talışlar - (-)Ruslar49 (0,04%)Ermənilər - (-)Ləzgilər105 (0,1%)Türklər31 (0,03%)Tatarlar4 (0,004%)Bütün rayon üzrə98599 (100%)
Tanınmış şəxsləri Səməd Abdullayev (1920–1943) — Sovet İttifaqı Qəhrəmanı Fariz Səfərov (1920–1964) — Sovet İttifaqı Qəhrəmanı Habil Əliyev (1929–2015) — tanınmış kaman ustası, Azərbaycan Respublikasının Xalq Artisti Munis Şərifov — tanınmış kaman ustası, Azərbaycan Respublikasının Xalq Artisti Fikrət Qoca — Azərbaycanın Xalq Şairi Muxtar Əfəndizadə — Azərbaycan şərqşünas alimi Məqsud Şeyxzadə (1908–1967) — Özbəkistanın Xalq Şairi Fuad Şıxıyev (1913–1977) — Odessa Milli Dənizçilik Universitetinin professoru, texnika elmləri doktoru Bəkir Nəbiyev (1930–2012) — Azərbaycan alimi, ədəbiyyatşünas, akademik Salih Salihov (1909–1976) — tibb elmləri doktoru, professor Muxtar Abduyev (1926–1979) — kənd təsərrüfatı elmləri doktoru, Professor İsmayıl Qəribov — kimya elmləri doktoru (1973), Professor (1974) Yaşar Səlimov — fizika-riyaziyyat elmləri doktoru (1988), Professor (1989). Xəzər İsayev — Azərbaycan Respublikası Milli Olimpiya Komitəsinin vitse-prezidenti, "Gömrükçü" İdman Sağlamlıq Mərkəzinin baş direktoru, Ədalətli Oyunların sədri Paşa Paşayev (1924--2000) - tanınmış meliorator. Gündüz Ağəmməd oğlu Səfərli — Vətən Müharibəsi Qəhrəmanı
İqtisadi xarakteristikası Sovet dönəmində Ağdaşın iqtisadiyyatında pambıqçılıq əsas yer tuturdu. Ağdaş rayonunun əlverişli coğrafi mövqeyi və təbii şəraiti hələ XIX əsrin sonralarında burada texniki bitkilərin əkilib-becərilməsinə və onların dünya bazarına çıxarılmasına imkan vermişdi. 1883-cü ildən Bakı-Tiflis dəmir yolu çəkildikdən sonra onsuz da əhəmiyyətli ticarət yollarının üstündə yerləşən Ağdaşda emal müəssisələri qurulmağa başladı. Məhsul tədarükü və xarici bazarlara daşınması, ticarətin və iqtisadiyyatın inkişafına səbəb oldu.
1887-ci ildə Poznan şirkətinin Lodz kontorunun müdiri Ramendik Ağdaşa gələrək burada pambıq alıcı məntəqələri açmış, pambığın ilkin emalı və qablaşdırılması üçün 4 ədəd kotton-çin dəzgahı və bir press qurmuşdu. Artıq 1897-ci ildə Ağdaşda kotton-çin maşınlarından ibarət 7 zavod fəaliyyət göstərirdi. Beləliklə, XIX əsrin ikinci yarısından başlayaraq Avropanın qabaqcıl toxuculuq mərkəzləri ilə əlaqə saxlayan Ağdaş XIX əsrin sonunda bütün Qafqazda pambıq istehsalı, emalı və satışının mərkəzinə çevrilmişdi. Qafqaz pambıqçılarının I Qurultayının 1904-cü ildə Ağdaşda çağırılması da bunu sübut edir. 1888-ci ildə Ağdaş bazarında 3100 pud pambıq satılmışdırsa, 1892-ci ildə bu rəqəm 28000 puda çatmışdı.
XIX əsrin 70-ci illərində fəaliyyət göstərən Ağdaş bazarında pambıqdan başqa digər ənənəvi məhsullar da satılırdı. XX əsrin əvvəllərində "Qafqaz" qəzeti yazırdı ki, "Ağdaş xaricə, Marsel və İtaliyaya göndərilən həm bütün xam ipəyi, həm də baramanı özündə cəmləşdirən mərkəzdir". 1886-cı ildə Ləkidə tikilmiş biyan kökü emalı zavodunda istehsal olunan lakritsa boyası Amerika və Fransaya ixrac edilirdi. Ağdaşda meyvəçilik də yüksək inkişaf etmişdi. 1900-cü ildə Ləki dəmiryol stansiyası vasitəsi ilə 69745 pud qoz-fındıq, 71017 pud digər müxtəlif meyvələr tədarük edilərək xarici bazarlara daşınmışdı.
Hazırda rayonun iqtisadiyyatının əsasını kənd təsərrüfatı təşkil edir, əkinçilik, meyvəçilik və heyvandarlıq inkişaf etmişdir. "Orelay" şirniyyat firması, "FA kom BİCA" MMC, Kükəl kərpic istehsalı zavodu, "Damla" un fabriki, "Arşınmalçı" tikiş-trikotaj müəssisəsi və s. kimi müəssisələr yaradılmışdır. Rayon ərazisində köhnə pambıqtəmizləmə zavodunun, süd zavodunun, respublika kənd təsərrüfatı texnikası birliyinin rayon şöbəsinin, yerli sənaye kombinatının, meşə təsərrüfatının binaları hələ də qalmaqdadır.
Mədəniyyət, təhsil və səhiyyə müəssisələri Azərbaycanda açılan ilk dünyəvi təhsil ocaqlarından biri — 25 oktyabr 1882-ci ildə Ağdaşda maarifçi Süleyman Qayıbov tərəfindən əsası qoyulan "Rus-tatar" məktəbi olmuşdur. O dövrdə Azərbaycanda fəaliyyət göstərən bu tipli 3 məktəbdən birinin məhz Ağdaşda açılması heç də təsadüfi deyildir. Çünki ondan əvvəl Ağdaşda yaxşı təhsil bazasına malik 20-yə qədər mədrəsə fəaliyyət göstərirdi. XX əsrin əvvəlində Ağdaşda "Nəşri-Maarif" cəmiyyəti, qiraətxana, "Səadət" qızlar məktəbi, "Darülirfan", "Ruşdiyyə" kimi tədris ocaqları fəaliyyət göstərirdi. Bu məktəbdə Muxtar Əfəndizadə, Hədiyyə xanım Məmmədzadə, Həsən Əfəndiyev kimi maarifçi ziyalılar çalışırdılar. Məhz belə marifçilik bazası üzərində sonralar Ağdaşda təhsilin səviyyəsi yüksək xətlə inkişaf etmişdir. Rayonda Pedaqoji məktəb, Tibb məktəbi, Kənd Təsərrüfatı texnikumu, Peşə məktəbləri açılmış, bəziləri bu gün də fəaliyyət göstərir.
Ağdaş mədəniyyəti və incəsənəti dərin köklərə malikdir. 10 aprel 1908-ci ildə Zülfüqar Hacıbəyovun yaxından iştirakı ilə Rəşid bəy Əfəndiyevin "Qan ocağı" adlı əsəri ilə fəaliyyətə başlayan Ağdaş teatrı rayonun mədəni həyatında böyük rol oynamışdır. 1940-cı ildə bu rayondan deputat seçilmiş Azərbaycan şairi Səməd Vurğunun təşəbbüsü ilə Ağdaş teatrına Dövlət Dram Teatrı statusu verilmiş, teatrın səhnəsində "Leyli və Məcnun", "Əsli və Kərəm", "O olmasın, bu olsun," "Arşın mal alan" kimi klassik əsərlər oynanılmışdır. 1960-cı ildən teatr Xalq Teatrı kimi fəaliyyət göstərir.
Maddi-mədəni irsi Hələ neçə yüz illər öncə tacirlər ticarət məqsədilə Ağdaşın ərazisindən tranzit dəhlizi kimi istifadə etmişlər. Rayon ərazisində karvansaraylar indi də qədim mədəniyyət abidələri kimi qalmaqdadır. Rayon ərazisində həmçinin tarix-diyarşünaslıq muzeyi də mövcuddur.
Ağdaşda orta əsrlərə aid tarixi abidələr, qala və müdafiə tikililərinin qalıqları var. Bunlardan ən mühümü XVIII əsrə aid edilən Surxay qalasıdır. Bu qala Türyançay dərəsi ilə Göyçay dərəsi arasında Kukəl kəndi yaxınlığında yerləşir.