Sofiya Jozeffi (; tam adı Sofiya Lvovna Lipkina (); 1906, Klintsı-1997, Hyuston, ABŞ) — Sovet sirk və kino aktrisası.

Həyatı Sofiya Jozeffi sirk artistləri ailəsində doğulmuşdur. Uşaq yaşlarından ailəsi ilə birgə sirk şoularında iştirak etmişdir. 1923-1934-cü illərdə Azərbaycan SSR və Gürcüstan SSR-də 10-a qədər filmə çəkilmişdir. Bunlardan ən məşhurları "Qız qalası əfsanəsi" və "Savur-məzar" filmləridir.

1930-cu illərin əvvəllərində Sofiya Lipkina-Jozeffi onu filmlərə çəkən rejissor Vaxnyanski ilə ailə həyatı qurmuşdur. 1992-ci ildə qızı ilə birlikdə ABŞ-yə mühacirət etmişdir.

Sonrakı aktrisalıq fəaliyyəti haqqında heç bir məlumat yoxdur.

1997-ci ildə dünyasını dəyişmiş, Texasdakı Hyuston şəhərində dəfn edilmişdir.

Filmoqrafiya Qız qalası əfsanəsi (film, 1923) (tammetrajlı bədii film) — Cəvahir və Gülnar

Mənbə София Жозеффи

Kateqoriya:SSRİ aktrisaları Kateqoriya:Texasda vəfat edənlər Kateqoriya:Səssiz film aktrisaları Kateqoriya:Rusiya aktrisaları Kateqoriya:XX əsr aktrisaları