Həmidə Ömərova () — Azərbaycan kino və teatr aktrisası, televiziya aparıcısı, Azərbaycan Respublikasının xalq artisti (2005), Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü (2006), dosent, Azərbaycan Kinematoqrafçılar İttifaqının (AKİ) İdarə Heyətinin üzvü (24 may 2021).
Həyatı Həmidə Ömərova 25 aprel 1957-ci ildə Bakıda anadan olmuşdur. 1975–1979-cu illərdə Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun aktyorluq şöbəsində təhsil almışdır. 1979–1993-cü illərdə C. Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında, 1992–1993-cü illərdə Azərbaycan Kinematoqrafçılar İttifaqında çalışmışdır. Filmlərə çəkilməklə yanaşı, 500-dən artıq bədii filmin dublyajı və səsləndirilməsində fəal iştirak etmiş, "Azərbaycan kinosunda feminizm", "ABŞ kinosu: 1895–1945-ci illər", "Amerika kino tarixi" kitablarını qələmə almışdır. Hazırda Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin "Kinoşünaslıq" kafedrasına rəhbərlik edir.
1986-cı ildən Azərbaycan Dövlət Televiziyasında "Retro" kinozalının aparıcısı, 2002-ci ildən "Kinoştrix" verilişinin ssenari müəllifi olmuşdur.
Şəfiqə ("Qızıl uçurum"), Çinarə ("Anlamaq istəyirəm"), Zümrüd ("Yol əhvalatı"), gəlin ("Vah!"), Zeynəb ("Babamızın babasının babası"), Telli ("Qorxma, mən səninləyəm"), Məleykə ("Üzeyir ömrü"), Afaq ("Nizami"), Şəfiqə ("Musiqi müəllimi"), Tamara ("Burulğan"), Nazlı ("Şirbalanın məhəbbəti"), Nuriyə ("Divlər zindanı", İran k/s), Nurzad ("Əzablı yollar"), Zivər ("Doğma sahillər"), xan qızı ("Dədə Qorqud oğuznamələri"), Elmira ("Dronqo") və s. obrazlar yaratmışdır.
Xatirəsi 2012-ci ildə Azərbaycan Televiziyasında Elvin Vəlimətovun rejissorluğu və Sevda Ağazadənin ssenari müəllifliyi ilə Həmidə Ömərovanın 55 illik yubileyinə həsr olunmuş "Həmidə Ömərova. Kinomuzun ilham pərisi..." adlı qısametrajlı sənədli film çəkilmişdir. Filmdə "Qızıl uçurum", "Anlamaq istəyirəm", "Yol əhvalatı", "Babamızın babasının babası", "Qorxma, mən səninləyəm", "Əzablı yollar", "Nizami", "Gümüşü furqon", "Bayramda yağış", "Burulğan", "Şirbalanın məhəbbəti" filmləri, "Dədə Qorqud oğuznamələri" bədii televiziya filmi və "Tənha durna uçuşu" film-tamaşasındakı kadrlardan istifadə edilmişdir.
Mükafatları və fəxri adları Azərbaycan SSR Lenin komsomolu mükafatı — 1986 "Azərbaycan SSR əməkdar artisti" fəxri adı — 31 dekabr 1987 "Azərbaycan Respublikasının xalq artisti" fəxri adı — 1 avqust 2005 Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü — 31 iyul 2006-cı ildən Cəfər Cabbarlı mükafatı — 2010Cəfər Cabbarlı mükafatı sahiblərinə təqdim olunub. apa.az, 16.04.2010. "Sənətkar" medalı (Azərbaycan Teatr Xadimləri İttifaqı) — 10 mart 2021 Azərbaycan Respublikası Prezidentinin Fəxri Diplomu — 13 dekabr 2023
Teatr səhnəsindəki rolları
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı Tamaşanın adı Rol Tarix Rejissor Müəllif Hasarın o üzü Humay 21 dekabr 2013 Bəhram Osmanov Əli Əmirli
Azərbaycan Teatr Xadimləri İttifaqı Tamaşanın adı Rol Tarix Rejissor Müəllif Stullar Semiramida 19 dekabr 2016 İlkin Mehdiyev Ejen İonesko
Filmoqrafiya Anlamaq istəyirəm (film, 1980) — Çinarə Arşınmalçı (film, 1985) Ata ocağı (film, 2017) — Şəfiqə Azərbaycan çayı (film, 2003) Babamızın babasının babası (film, 1981) — Zeynəb Bayramda yağış (film, 1985) — Pərvin Bir axşam... (film, 1985) Bir ailəm var (teleserial, 2013) Burulğan (film, 1986) Cərrahiyyə əməliyyatı (film, 1988) — Dilşad Doğma sahillər (film, 1989) — Zivər Dronqo (teleserial, 2002) — Elmira. Moskva, "NTV+" Əzablı yollar (film, 1982) Fikirləşmək lazımdır (film, 1980) Gecə qatarında qətl (film, 1990) Gümüşü furqon (film, 1982) Günaydın, mələyim! (film, 2008) Güzgü (film, 1990)(I) Həmidə Ömərova (film, 2003) Həmidə Ömərova. Kinomuzun ilham pərisi... (film, 2012) Humayın yuxusu (film, 1985) Kallıq (film, 1981) Qafqaz (film, 2007) — qaraçı qız Qəzəlxan (film, 1991) — Xanım Qızıl uçurum (film, 1980) — Şəfiqə Qorxma, mən səninləyəm — Telli Qorxma, mən səninləyəm! 1919 (film, 2013) Mən onun xoşuna gəlirəm (film, 1985) — Məhəbbət Məni izləyən müəmma (film, 2019) Müqəddəs oda yanaram (film, 1991) — Zəhra Musiqi müəllimi (film, 1983) — Şəfiqə Nizami (film, 1982) Ölsəm... bağışla (film, 1989) Otel otağı (film, 1998) Özgə ömür (film, 1987) Retro (veriliş) Susmuş vicdan (film, 2010) Şeytan göz qabağında (film, 1987) Şirbalanın məhəbbəti (film, 1991) — Nazlı Tənha durna uçuşu (film, 2003) — Gülgəz Təxribat (film, 1989) Ultionis Üzeyir ömrü (film, 1981) — Məleykə Vah!.. (film, 1980) — Fatma Yol əhvalatı (film, 1980) Zendane Div (film, 1993) (İran) — Nuriyə Zəli (film, 2003) Zaman adlı qatar (film, 2016) — Sənubər Ana və poçtalyon (2020) Marytale. İnklüziv möcüzələr (2025) Vaxtsız Sevgi(teleserial)
İstinadlar
Mənbə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C. Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923–2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 53. "Mən muzey arxivi olmaq istəmirəm" //Odlar yurdu.- London, 2009, yanvar.- səh. 16. "Sənətdə olan qadınların həyatı daha çətindir" //Kaspi.- 2011.- 25–27 iyun. Ömərova, H. "Təsadüfən aktyorluq sənətinə gəlmişəm": Həmidə Ömərova: "Məktəbdən qaçıb hind filmlərini izləməyə gedirdik": [Xalq artistinin müsahibəsi] //Üç nöqtə.- 2015.- 25 may.- S.4.
Kateqoriya:Azərbaycan aktrisaları Kateqoriya:Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüləri Kateqoriya:Azərbaycanın televiziya aparıcıları Kateqoriya:Ümumrusiya Dövlət Kinematoqrafiya İnstitutunun məzunları Kateqoriya:Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu ilə təltif edilənlər Kateqoriya:Azərbaycan Televiziyasının jurnalistləri Kateqoriya:"Cəfər Cabbarlı" mükafatı laureatları Kateqoriya:XX əsr aktrisaları Kateqoriya:SSRİ aktrisaları Kateqoriya:Azərbaycan film aktrisaları Kateqoriya:XXI əsr aktrisaları