Məzmun Bakıda öz pərəstişkarlarını itirən müğənni Ayan (Röya Ayxan) depressiyaya düşməmək üçün baş götürüb şəhəri tərk edir, İstanbula gedir. İstanbulda fotoqraf Muradla (İlyas Əhmədov) tanış olur. Ayanın keçmişindən xəbər tutan Murad, özünə bildirmədən ona yardım etməyə çalışır, onun şəkillərini çəkir. Ayan da Muradı sevməyə başlayır. Amma bir gün yenə hər şey dəyişir. Ayan jurnalların üz qabığında öz şəkillərini görür. Muradın onu aldadıb istifadə etdiyini zənn edir. Bunu növbəti xəyanət kimi qəbul edən Ayan yenidən Bakıya qayıdır. Amma bu dəfə başqa cür olur. O, öz doğma şəhərində məşhur müğənni kimi qarşılanır.

Film haqqında Film Şamil Məmmədovun xatirəsinə həsr olunmuşdur. Filmin bütün hüquqları S-Amd Studiyasına məxsusdur.

Filmin heyəti

Film üzərində işləyənlər Ssenari müəllifi: Əjdər Ulduz Quruluşçu rejissor: Ülviyyə Könül (Ülviyə Könül kimi) Quruluşçu operator: Laçın Allahverdiyev Montaj edən: Ramiz Hüseynov Vizual effektlər: Samir Fərzəlibəyov Bəstəkar: Vüqar Camalzadə Səs rejissoru: Teymur Abdullayev Redaktor: Lalə Cəfərova İnzibatçı: Emin İsrafilov (Emin İsrəfilov kimi) Rejissor assistenti: Fuad Osmanov Operator assistenti: Samir Əhmədov İşıq ustası: Anar Quliyev Səs operatoru: Zaur Məmmədov Qrim ustası: Kristina Filmin direktoru: Şamil Məmmədov

Rollarda Röya Ayxan — Ayan İlyas Əhmədov — Murad Nahidə Rostovskaya — Ayanın prodüseri Rüfət Nəzərov — Ayanın keçmiş sevgilisi Failə Orucova Elmar Bayram — sürücü Tural Əsədov — müxbir Fuad Osmanov — tədbirdəki adam

Həmçinin bax Azərbaycan filmlərinin siyahısı

Xarici keçid Filmi izlə

Kateqoriya:2007-ci ilin Azərbaycan filmləri Kateqoriya:Dram filmləri Kateqoriya:Məhəbbət filmləri Kateqoriya:Musiqili filmlər Kateqoriya:Ülviyyə Könülün filmləri