Milçək — 2006-cı ildə istehsal edilmiş Azərbaycan filmi.

Məzmun Filmdə hadisələr əsasən dəmiryol vağzalında baş verir. Baş obraz olan Kərimin (Elməddin Cəfərov) ən böyük məqsədi — atası kimi — milçək öldürməkdir. Və bu işinə görə özünü əsl qəhrəman hesab edir. Qısası, fılmdə əsas məna odur ki, boş işlə məşğul olanlar özlərini, əslində, ciddi, həyati məsələlərlə ilgili hesab edirlər.

Film haqqında Filmdə 24 aktyor iştirak etmişdir. Filmdə kompüter qrafikasından istifadə edilmişdir. Filmin başlanğıc mahnısı filmin məzmununa uyğun gəlmir. Mahnıda qatar barədə oxuyurlar, lakin filmdə qatardan söz belə düşmür.

Səhv Film genişekranlıdır. Lakin Kərim xəyala dalanda qəflətən ekran adi formatlı olur. Titrlərdə bir çox orfoqrafik səhvlərə yol verilmişdir.

Filmin heyəti

Film üzərində işləyənlər Ssenari müəllifi: Mikayıl Həsənli Quruluşçu rejissor: Asif Abramov Quruluşçu operator: Samir Həsənov Səs rejissoru: Aqil Əliyev İşıqçılar: Emin Yəhyayev, Qabil Yəhyayev Texniklər: Bəhram Bəhramov, Qabil Yəhyayev Qrim: Rəna Əliyeva Rejissor: Cəbrayıl Rzayev Operator: Yusif Şəfiyev Rejissor assistenti: Günel Quliyeva Montaj: Asif Abramov Qrafika: Tariyel Bağırzadə Bəstəkar: Vüqar Camalzadə Redaktor: Nazpəri Məmmədova İnzibatçılar: Canbala Babayev, Faiq Hacıyev İcraçı direktor: Mahir İbrahimov Filmin direktoru: Saleh Məmmədov Prodüser: Aydın Hacıyev Mahnı ifa edənlər: Elnarə Xəlilova, Cahangir Qurbanov Mətni oxuyan: Qorxmaz Əlili

Rollarda Elməddin Cəfərov — Kərim Könül Mehrəliyeva — Bağdagül İntiqam Soltan — Vəli Samir Həşimli — Əflatun Gülnaz Əliyeva — Bağdagülün anası Sona Babayeva — eynəkli qadın Vahid Əliyev — eynəkli kişi Ələsgər Məmmədoğlu — xəzinədar Sevinc Əliyeva — hamilə qadın Vüqar Bəxtiyar — qədeş Ramin Hacıyev — qədeş Asif Ağayev — yekəpər Mehmet Azak — türk ər Dilarə Mirzəbəyova — rusdilli qız İnna Butenko — rusdilli qız Kamran Coşqun — bığlı kişi Zaur Terequlov — yumşaq oğlan Ahilə Quliyeva — türkün arvadı Tərlan Fərzullayev — polis işçisi Canbala Babayev — polis rəisi Günəş Ağayeva — dilənçi İslam Rzaoğlu Nazpəri Məmmədova

Çəkilişə köməklik edən qurumlar Az.StarNet AF Hotel Akva Park İstirahət Mərkəzi

Həmçinin bax

Toy (film, 2005) Ailəm (film, 2006) Qonşular (film, 2006) Bacanaqlar

Xarici keçidlər

Kateqoriya:2006-cı ilin Azərbaycan filmləri Kateqoriya:Faciəvi komediya filmləri