Abbasov Bəhmən Kalış oğlu (Bəhmən Vətənoğlu) () — şair, Azərbaycan Yazıçılar Birliyinin üzvü (1998).
Həyatı Bəhmən Vətənoğlu 1932-ci il dekabrın 31-də Kəlbəcər rayonunun Seyidlər kəndində dünyaya gəlmişdir. Burada kənd orta məktəbini bitirdikdən sonra kolxozda çalışmış (1951-1955), kənd kitabxanasında müdir olmuşdur (1955-1960).
Azərbaycan Dövlət Universitetinin tarix fakültəsində (qiyabi) təhsilini davam etdirmişdir (1960-1965). Təyinatla Kəlbəcər rayonunun Lev kənd orta məktəbinə müəllim göndərilmişdir (1965-1970). Seyidlər kənd orta məktəbində direktor olmuşdur (1970-1993).
Qarabağ münaqişəsi dövründə ailəlikcə Gəncəyə köçüb orada məskunlaşmışlar. Bir müddət Kəlbəcər təhsil şöbəsinin metodisti işləmişdir (1993-2004).
Bədii yaradıcılığa orta məktəbdə oxuyarkən başlamışdır. İlk mətbu şeri "Dəyişməmişəm" 1958-ci ildə Kəlbəcər rayon qəzetində ("Yeni həyat uğrunda") dərc olunmuşdur. Respublika mətbuatında vaxtaşırı çıxış etmişdir. 1998-ci ildən AYB-nin üzvüdür. "Haqqa qardaş yaranmışam" (1985), "Allahsız dünya" (1992) "Vətən bizi bağışlamaz" (1995), "Qaldı ürəyimdə dağı dağların" (1997) şeir topluları nəşr olunmuşdur.Bəhmən Vətənoqlu 2004-cu il sentiyabrın 30-da beyninə qan sızaraq vəfat etmişdir. Gəncə şəhərində qələm dostları Qəmkeş Allahverdi, Sücaət uyuyan məzarlıqda torpaqa tapşırılmışdır.
Əsərləri "Haqqa qardaş yaranmışam" (1985), "Allahsız dünya" (1992) "Vətən bizi bağışlamaz" (1995), "Qaldı ürəyimdə dağı dağların" (1997) "Nə yaman aldatdın Bəhməni, dünya" Bir ömürün bir ili İnsanam insana yazığım gəlir Allahsız dünyaya gül vətənoğlu Ömrün yetmişindən yüzünə doğru Bəlkə bir də bitdim ək məni dünya
Mənbə Əli Uluxanlı. "Murovun başında qəbrim olaydı" (məqalə), Dünya qəzeti. 28 yanvar 2011-cu il. № 32-33, səh.15. Zakir Şəhriyaz, "Bəhmən həsrətiynən, Bəhmən eşqiynən", Bütöv Azərbaycan qəzeti, №42(174), 5-11 dekabr 2012-ci il. səh.7.
İstinadlar
Kateqoriya:Azərbaycan şairləri Kateqoriya:Azərbaycanlı şairlər Kateqoriya:Azərbaycan Yazıçılar Birliyinin üzvləri Kateqoriya:Kəlbəcər rayonunda doğulanlar Kateqoriya:Gəncədə vəfat edənlər