Raziyələr — Azərbaycan Respublikasının Quba rayonunun Çiçi kənd inzibati ərazi dairəsində kənd. Çiçi-Səbətlər bələdiyyəsinin tərkibindədir.

Toponimikası Rəzələr oyk., sadə. Dağətəyi ərazidədir. Yaşayış məntəqəsini Çiçi kəndindən çıxmış ailələr eyniadlı ərazidə salmışlar. Oykonim Razi- yələr variantında da qeydə alınmışdır. Kəndin adı “üzümlük, tənəklik” kimi izah edilir.Azərbaycan Toponimlərinin Ensiklopedik Lüğəti. Azərbaycan Milli Elmlər Akademiyası. Nəsimi adına Dilçilik İnstitutu. Şərq-qərb Bakı-2007. səh.427

Əhalisi 2009-cu ilin siyahıyaalınmasına əsasən kəndə 340 nəfər əhali yaşayır. Kənd əhalisi tatlardan ibarətdir.Azərbaycan Respublikası Əhalisinin Siyahıyaalınması. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. Bakı-2010. Səh.629

Həmçinin bax Quba rayonu

Xarici keçidlər Azərbaycan Respublikası Quba Rayon İcra Hakimiyyəti

İstinadlar

Kateqoriya:Quba rayonunun kəndləri