Eric Saade – livan əsilli isveçli müğənni və aparıcıdır. 2011 Avroviziya Mahnı Müsabiqəsində İsveçə 3-üncü yeri qazandırıb. Bu İsveçin bu yarışmada 1999-cu ildən bəri qazandığı ən yaxşı nəticədir.
İlk illəri Eric Saade 29 oktyabr 1990-cı ildə İsveçdə anadan olub. Onun atası fələstin əsilli Livan vətəndaşı, anası isə İsveç vətəndaşıdır. 4 yaşında onun valideynləri ayrılır. Eric 13 yaşında mahnılar yazmağa başlayır. 15 yaşına qədər futbolla məşğul olur. Bundan sonra uşaqlar arasında keçirilən "Joker" adlı musiqi yarışmasının qalibi olur. 2007-ci ildə İsveçdə gənclərdən ibarət yeni bir pop qrup yığılırdı. 15 nəfər arasından seçilən Eric tezliklə "What's Up!" adlı qrupa daxil olur. 2008-ci ildə bu qrupun "Pose" adlı albomu işıq üzü görür. Albomdan iki sinql çıxır. Bundan başqa qrup Disney kanalı ilə birgə layihələrdə çalışır. 2009-cu ildə Eric qrupu tərk edir və solo karyeraya başlayır.
Avroviziya Mahnı Müsabiqəsi Solo karyeraya başladıqdan sonra Eric ölkəsini 2010 Avroviziya Mahnı Müsabiqəsində təmsil etmək üçün "Melodifestivalen 2010"-a qoşulur. Erik final mərhələsində "Manboy" mahnısını ifa edir amma üçüncü yeri tutur. Həmin il İsveçi 2010 Avroviziya Mahnı Müsabiqəsində Anna Bergendal təmsil edir. 2011-ci ildə isə Eric ikinci dəfə "Melodifestivalen 2011"-ə qoşulur və birinci yeri tutaraq İsveçi 2011 Avroviziya Mahnı Müsabiqəsində təmsil etmək hüququ qazanır. 2011-ci ilin may ayında Eric Saade "Popular" mahnısı ilə İsveçi Avroviziya Mahnı Müsabiqəsində təmsil edir. İlk yarımfinalda 155 balla birinci olan Eric finala çıxır. Finalda 7-ci çıxış edən Eric 185 balla Ell & Nikki və Rafael Qualazzidən sonra 3-üncü yerə sahib olur. Bu nəticə İsveçin Eurovisionda 1999-cu ildən sonra ən yaxşı nəticəsidir.
Mükafatları İl Mükafat Kateqoriya İş Nəticə 2010 Scandipop Awards "Brightest New Hope for 2010" Erik Saade Marcel Bezençon Awards (Melodifestivalen) "Artistic Award" Manboy 2011 Scandipop Awards "Best Male" Erik Saade "Best New Artist" "Best Male Album" Masquerade "Best Album from a New Artist" "Best Male Single" It's Gonna Rain Manboy "Best Single from a New Artist" It's Gonna Rain Marcel Bezençon Awards (Melodifestivalen) "Press Award" Popular ESC Radio Awards "Best Song" "Best Male Artist" Erik Saade
Albomlar Albom Məlumat Çartlarda vəziyyət SWE MasqueradeReliz: 19 May 2010 Label: Roxy Recordings Format: CD 2 Saade Vol. 1Reliz: 29 June 2011 Label: Roxy Recordings Format: CD Saade Vol. 2Reliz: November 2011 Label: Roxy Recordings Format: CD
Mənbə Scandipop Awards ESC Radio Awards
Kateqoriya:İsveç müğənniləri Kateqoriya:XXI əsr müğənniləri Kateqoriya:"Avroviziya" iştirakçıları Kateqoriya:İsveçin "Avroviziya" təmsilçiləri