Comardlı — Qərbi Azərbaycanın (indiki Ermənistan Respublikası) Qarakilsə (Sisyan) rayonu ərazisində kənd. Əslində "Comərdli" kəndin adının nisbətən son dövrlərdə farslaşdırılmış variantıdır. Kəndin ilkin yerli adı isə "Comartlı" və ya "Comartlu" kimi olmuşdur.
Tarixi İrəvan quberniyasının Zəngəzur qəzasında, indi Qarakilsə (Sisian) rayonunda kənd.
Toponim comardlı türk tayfa adı əsasında əmələ gəlmişdir. Comardlı etnoniminin ilk komponenti "com" Azərbaycan dilinin Muğan şivələrində "tayfa, əqrəba mənalarında işlənir" (240, s.325). Etnotoponimdir. Qurluşca sadə toponimdir. Ermənistan prezidentinin 19. IV. 1991-ci il fərmanı ilə kəndin dəyişdirilib Tanahat qoyulmuşdur.
Coğrafiyası və iqlimi İrəvan quberniyasının Zəngəzur qəzasında, indiki Qarakilsə (Sisyan) rayonunda kənd. Rayon mərkəzindən 14 km cənub-qərbdə yerləşir. Qafqazın 5 verstlik xəriətsində qeyd edilmişdir
Əhalisi Kənddə 1873 - cü ildə 208 nəfər, 1886-cı ildə 244 nəfər, 1897-ci ildə 333 nəfər, 1908-ci ildə 410 nəfər, 1914 - cü ildə 405 nəfər azərbaycanlı yaşamışdırerm. Խորհրդային Հայաստանի բնակչությունը վերջին հարյուրամյակում (1831-1931) . Հեղինակ: Զավեն Կորկոտյան. Յերեվան: Մելքոնյան ֆոնդի հրատ, 1932.; rus. Население Советской Армении за последние сто лет (1831-1931) . Автор: Завен Коркотян. Ереван: Издательство «Мелконян фонд», 1932.; azərb. Son yüzildə Sovet Ermənistanının əhalisi (1831–1931). Müəllif: Zaven Korkotyan. İrəvan: «Melkonyan fond» nəşriyyatı, 1932. s.76-77, 146-147. 1916-1918-ci illərdə azərbaycanlılar qırğınlarla deportasiya olunmuşdur. İndiki Ermənistanda sovet hakimiyyəti qurulandan sonra sağ qalan kənd sakinləri öz kəndlərinə dönə bilmişdir. Burada 1922-ci ildə 87 nəfər, 1926-cı ildə 87 nəfər, 1931-ci ildə 149 nəfər, 1979 - cu ildə 860 nəfərErmənistan azərbaycanlılarının tarixi coğrafiyası, Bakı, «Gənclik», 1995. s.191 yalnız azərbaycanlı yaşamışdır. 1988-ci ilin noyabr ayında kənd sakinləri Ermənistan dövləti tərəfindən deportasiya olunmuşdur. İndi ermənilər yaşayır.
Tanınmış şəxsləri Həsən Əliyev - akademik, ekoloq. Hüseyn Əliyev (rəssam) - Azərbaycanın xalq rəssamı.
İstinadlar
Xarici keçidlər Comərdli kəndi
Həmçinin bax Comərdli soyqırımı Tanaat kilsəsi
Kateqoriya:Zəngəzur kəndləri Kateqoriya:Comardlı