İsfar Aydın oğlu Rzayev-Sarabski () — Azərbaycan pianoçusu, bəstəkar. 2009-cu ildə keçirilən pianoçuların Montrö Caz Festivalının qalibi. Azərbaycan Respublikasının əməkdar artisti (2010), "Zirvə" Dövlət Mükafatı laureatı (2010).
Həyatı 2 noyabr 1989-cu ildə Bakıda anadan olmuşdur. Məşhur Azərbaycan opera müğənnisi, aktyor, Şərq opera sənətinin əsasını qoyanlardan biri olan Hüseynqulu Sarabskinin nəticəsi. O, Bülbül adına orta ixtisas musiqi məktəbini, Bakı Musiqi Akademiyasını bitirmişdir. Hazırda Berklee College of Music-də təhsilini davam etdirir. O, dünyanın "Royal Albert Hall", "Queen Elizabeth Hall", "Miles Davis Hall", Jazz Club Vibrato, Jazz Club "Zinko", "The Konzerthaus", Jazz Club "Asphalt", Jazz Club "Duc des Lombards", Jazz Club "Porgy & Bess", Jazz Club "Bird’s Eye" ,"Teatre Apollo" kimi ən nüfuzlu konsert salonlarında çıxış etmişdir.
İsfar Sarabski İsveçrə, Norveç, Fransa, Rusiya, Gürcüstanda keçirilən festivallarda iştirak etmişdir. Eləcə də "Henkokun dostları" UNESCO-da "Jazz Day"-də iştirak etmişdir. 2012–2013-cü illərdə Amerikanın caz musiqisi fondu tərəfindən Nyu-Yorkda keçirilən qala konsertə dəvət olunmuşdur.
O, 2011-ci ildə moskvalı Aleksandr Maşin (zərb alətləri) və Makar Novikov (kontrabass) ilə bərabər "İsfar Sarabskinin triosu"nu yaradıb. İsfar Sarabskinin triosu Amerikanın və Avropanın bir çox festivallarında və konsertlərində iştirak etmişldir. İsfar Sarabski həm də Royal Philharmonic Concert Orchestra (Kral Filarmonik konsert orkestri), Oleq Lundstremin orkestri ilə bərabər – İgor Butman, Ben Williams, Mark Guiliana, Alan Hampton, Pat Senatore, Greg Swiller, Erik Klass, Christian Veber, Samuel Rohrer, Malcolm Creese, James Maddren kimi musiqiçilərlə də çıxış etmişdir.
İsfar Sarabski "Novruz", "G-Man", "Generation", "Edge", "Deja Vu", "Grustniy Vecher", "Last Chance", "Preludiya", "Agent", "Revival", "Eastern Market", "Now I’m Here", "In Transit to New York", "Buta", "Lullaby", "Limping Stranger", "Cobra Dance", "In Memory of V. Mustafazade" əsərlərinin müəllifidir.
18 iyul 2009-cu ildə İsfar İsveçdə keçirilən 43-cü Montrö Caz Festivalının qalibi olmuşdur.
Onun rəsmi veb saytı www.isfarsarabski.com
2019-cu ildə ABŞ səsyazma leyblı olan Warner Music Groupla müqavilə imzalayıb.
2022-ci ildə Fransanın Sete şəhərində açıq havada keçirilən illik "Jazz à Sète" festivalında Azərbaycanı təmsil etmişdir.
Mükafatları 6 may 2015-ci ildə, 6 may 2016-cı ildə, 1 may 2017-ci ildə, 9 may 2018-ci ildə, 10 may 2022-ci ildə, 6 may 2023-cü ildə və 9 may 2024-cü ildə Prezident Mükafatına layiq görülmüşdür.
Musiqi Isfar Sarabski — In memory of Vagif Mustafazade Isfar Sarabski playing "Novruz" at the 2009 Montreux Jazz Festival DJ Chin@ & Isfar Sarabski Azerbaijan Avenue Fashion TV
Albomları Planet (2021)
Filmoqrafiya Əlvida, Şmidt! (film, 2019) — Filmin bəstəkarı
İstinadlar
Xarici keçidlər Исфар Сарабский: "Обожаю зал, сцену, зрителей"
Kateqoriya:Azərbaycan cazmenləri Kateqoriya:Azərbaycan pianoçuları Kateqoriya:Bakıda doğulanlar Kateqoriya:Bakı Musiqi Akademiyasının məzunları Kateqoriya:XXI əsr pianoçuları Kateqoriya:Azərbaycan mədəniyyəti Kateqoriya:Azərbaycan Respublikası Prezidentinin mükafatı laureatları