Abbas mirzə Əbdülhüseyn mirzə oğlu Fərmanfərma () — İranın ədliyyə naziri.

Həyatı Əbdülhüseyn mirzə Fərmanfərmanın ikinci oğlu Abbas mirzə 1890-cı ildə Tehran şəhərində anadan olmuşdu. Hərbi təhsil almışdı. Salariləşkər ləqəbini daşıyırdı.

Abbas mirzə Həmədanın (1915–1916), Astrabadın (1918), Kirmanşahın (1918–1919) valisi olmuşdu. 1919-cu ildən 1920-ci ilədək Ədliyyə naziri vəzifəsində çalışmışdı. 1920-ci ildən 1921-ci ilədək ictimai işlərlə məşğul olmuşdu.

Ailəsi Abbas mirzə Izzətüssəltənə xanım Rzaqulu xan Nizamüssəltənə Mafi qızı ilə ailə qurmuşdu. Bəhram mirzə, Bəhmən mirzə adlı oğulları, Hümay xanım, Tacülmülk xanım, Izzətülmülk xanım, Mahirə xanım adlı qızları vardı.

İstinadlar

Mənbə

Həmçinin bax Qacarlar Əbdülhüseyn mirzə Fərmanfərma

Xarici keçidlər Qajarpages.cog, The Qajar (Kadjar) Pages

Kateqoriya:Qacar şahzadələri Kateqoriya:İran nazirləri Kateqoriya:İran parlamentinin üzvləri Kateqoriya:Təbrizdə doğulanlar Kateqoriya:Firuz-Fərmanfərmalar Kateqoriya:İran Qacarları