Qaynana və ya Qayınana — Rejissor Hüseyn Seyidzadənin filmi.Özbəkistan saytında "Qayınana" haqqında məqalə //Mədəniyyət.- 2015.- 16 yanvar.- S.14.
Məzmun Film mənəvi-məişət mövzusundadır. Buradakı hadisələr gənc bəstəkar Ayazın (Fuad Poladov) ailəsində baş verir. Ayazın anası Cənnətin(Nəsibə Zeynalova) iki gəlini ilə münasibəti filmin əsas süjet xəttini təşkil edir. Qayınana ilə gəlinlər arasında qarşılıqlı anlaşma, hörmət olmadığı üçün dedi-qoduların arası kəsilmir. Ailə konfliktləri getdikcə kəskinləşir. Əgər Ayazın dostu İlqar (İlham Namiq Kamal) onların köməyinə gəlməsəydi, kim bilir bu ailənin aqibəti necə olacaqdı… Adi həyat hadisələrindən, insanların gündəlik qayğılarından, ailə-məişət problemlərindən bəhs edən bu film həmçinin dövrümüzə yad olan köhnə adət-ənənələrin də zərərli tərəflərini ekranda açıb göstərir.
Film haqqında Musiqili film Məcid Şamxalovun eyniadlı pyesinin motivləri əsasında çəkilmişdir. Filmin sınaq çəkilişlərində Ayaz roluna namizəd kimi müğənni Hüseynağa Hadıyev və aktyor Ceyhun Mirzəyev, İlqar roluna namizəd kimi isə Fuad Poladov iştirak etmişdi.Bədəlov, N. "Bizim kino" [Hüseyn Seyidzadənin "Qayınana" filminin kadrarxası məqamları] //ANS TV.- 2016.- 12 mart. 2014-cü il martın 21-də təqdim olunan Özbəkistan müğənnisi Şahzadənin ifa etdiyi "Qaynona" mahnısının klipində "Qayınana" filmindən fraqment yer alıbNəsibə Zeynalova özbək klipində — Video. axar.az. 18 yanvar 2017-ci ildə Nəsibə Zeynalovanın anadan olmasının 100 illiyi münasibətilə Vyanada Azərbaycan Mədəniyyət Mərkəzində keçirilən ədəbi-bədii axşamda "Qayınana" bədii filmi ilk dəfə alman dilində subtitrlərlə nümayiş olunub.
Festivallar və mükafatlar 1)1979-cu ildə Aşqabadda XII Ümumittifaq kinofestivalı Bəstəkar Tofiq Quliyevə filmin musiqisinə görə Priz verilmişdir. Aktrisa Nəsibə Zeynalovaya Diplom verilmişdir.
Səhv Orfoqrafik: Titrlərdə filmin adı "Qaynana" yazılmışdır. Əslində "Qayınana" olmalıdır.
Filmin heyəti
Film üzərində işləyənlər Əsərin müəllifi: Məcid Şamxalov Ssenari müəllifi: Əjdər İbrahimov, Marqarita Maleyeva Quruluşçu rejissor: Hüseyn Seyidzadə Quruluşçu operator: Fikrət Əsgərov Quruluşçu rəssam: Nadir Zeynalov Bəstəkar: Tofiq Quliyev Səs operatoru: Marat İsgəndərov Rejissor: Ramiz Əliyev Operator: Amin Novruzov Montaj edən: Tahirə Babayeva Geyim rəssamı: Tatyana Əmirova Qrim rəssamı: V. Arapov Dekor rəssamı: Fikrət Ələkbərov Quraşdırılmış çəkilişlərin operatoru: Həmzə Əhmədoğlu Quraşdırılmış çəkilişlərin rəssamı: Gennadi Tişşenko Rejissor assistenti: Süleyman Əhmədov, Zəfər Murtuzov (Z. Murtuzov kimi) Rəssam assistenti: Y. Kirşner Operator assistenti: Nemət Rzayev, Yuri Varnovski Redaktor: Seyfəddin Dağlı, Ədhəm Qulubəyov Mahnıların mətni: Fikrət Qoca Musiqi redaktoru: Oqtay Zülfüqarov Mahnıları ifa edir: Flora Kərimova (Afət;Zərifə),Mirzə Babayev (Əli), Yalçın Rzazadə (İlqar), Akif İslamzadə (Ayaz) Baletmeyster: Rəfiqə Axundova, Maqsud Məmmədov Çalır: Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Komitəsinin Orkestri Dirijor: Tofiq Əhmədov, Eduard Qazarov Filmin direktoru: Gennadi Lapşuk İstifadə edilən mahnılar: "Sunny" (Boney M qrupu), "Good Golly Miss Molly" ("Creedence Clearwater Revival" qrupu) (titrlərdə yoxdur)
Rollarda Nəsibə Zeynalova — Cənnət İnarə Quliyeva — Afət; Zərifə İlham Namiq Kamal — İlqar Tanilə Əhmərova — Sevda Fuad Poladov — Ayaz Səfurə İbrahimova — Sədaqət Tələt Rəhmanov — Əli Kamil Məhərrəmov — alverçi Məmməd Sadıqov — Məşədi Kazım (şəkil) Sadıq Həsənzadə — dişi ağrayan Gümrah Rəhimov — yanğın söndürən N. Əliyev K. Dadaşov R. Həsənov Mayak Kərimov — İlqarın dostu Sədayə Mustafayeva — Minayə V. Quliyev Dadaş Kazımov — satıcı Sadıq Hüseynov — dişi ağrıyan Elxan Ağahüseynoğlu — dişi ağrıyan Sədaqət Zülfüqarova — dişi ağrıyan Hökümə Qasımova — dişi ağrıyan Ramiz Əzizbəyli — dişi ağrıyan Tofiq Əhmədov — dirijor Azad Dadaşov — satıcı
Filmi səsləndirənlər Ofeliya Sənani — Sevda (Tanilə Əhmərova) (titrlərdə yoxdur) Əminə Yusifqızı — Afət; Zərifə (İnarə Quliyeva) (titrlərdə yoxdur) Süsən Məcidova — Minayə (Sədayə Mustafayeva) (titrlərdə yoxdur) Ramiz Əzizbəyli — Alverçi (Kamil Məhərrəmov (titrlərdə yoxdur) Gülşən Qurbanova — Sədaqət (Səfurə İbrahimova) (titrlərdə yoxdur)
İstinadlar
Mənbə
Кино: Энциклопедический словарь / Гл. ред. С. И. Юткевич; Редкол.: Ю. С. Афанасьев, В. Е. Баскаков, И. В. Вайсфельд и др. — Москва: Советская энциклопедия, 1987. — стр. 383. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C. Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923–2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 193–194; 220.
Azərbaycan Milli Ensiklopediyası: Azərbaycan. Ramiz Məmmədov. Kino. Azərbaycan Milli Ensiklopediyası Elmi Mərkəzi, 2007.- səh. 814.
Xarici keçidlər
Məşhur "Qayınana"mızla bağlı tarixi müəmma 40 ildir hökm edən "Qayınana"
Kateqoriya:1978-ci ilin Azərbaycan filmləri Kateqoriya:Komediya filmləri Kateqoriya:Musiqili filmlər Kateqoriya:Hüseyn Seyidzadənin filmləri Kateqoriya:Ədəbi əsərlərin ekranlaşdırılması Kateqoriya:Mükafat alan Azərbaycan filmləri Kateqoriya:Pyeslərə əsaslanan filmlər Kateqoriya:SSRİ-nin komediya filmləri Kateqoriya:"Azərbaycanfilm" filmləri Kateqoriya:Azərbaycanca filmlər