Okulokardial refleks () — göz almasının massajı zamanıəməliyyatdan əvvəl göz daxili təzyiqin aşağı salınması məqsədi ilə həyata keçirilən və ya, antiqlaukomatoz əməliyyatdan sonra qeyri peşəkar səviyyədə həyata keçirilən göz almasının massajı xoşagəlməz hal kimi meydana çıxa bilər. Refleks göz almasına barmaq vasitəsilə möhkəm sıxarkən meydana çıxırreseptor aparatın qıcıq qapısından yuxarı həddə qıcıqlandırılması. Cavab reaksiyası sinir sisteminin simpatik və parasimpatik şöbələrinin fərdi uzlaşmasından asılıdır. Göz almasının sıxılmasına yönəlmiş qüvvə nə qədər artıq və intensiv olarsa, ekzaltasiya fazası bir o qədər aydın təzahür edər, həmçinin növbəti ifrat effekt fazası bir o qədər gec başlayar. İnsanların 62 %-də parasimpatik şöbə funksional daha davamlı olduğundan, adətən refleks zamanı ürək ritminin ləngiməsi (bir dəqiqədə 4-8 döyüntü) və arterial təzyiqin aşağı düşməsi müşahidə edilir. http://admo.org.az/site/?name=content&lang=1&smenu=289&content=194 Bu refleks yeni doğulan körpələr üçün xarakterikdir. Bunu uşaqların oftalmocərrahiyyəsi zamanı, xüsusən də çəpgözlüyün korreksiyası zamanı nəzərə almaq lazımdır. Bu refleksin nəticəsi bradikariya, qeyri-sinusial ritm, asistologiya və nadir hallarda isə ölüm ola bilər.

Xarici keçidlər

Kateqoriya:Reflekslər Kateqoriya:Əsəb sistemi xəstəliklərinin simptomları Kateqoriya:Oftalmologiya