İsgəndər bəy Məmmədkərim oğlu Hacınski () — Çar ordusunun zabiti, tarixçi, tərcüməçi və publisist.

Həyatı Mayor İsgəndər bəy Məmmədkərim oğlu Hacınski (1809-1878) 1835-ci ildən rus ordusunda qulluqda olmuş, Krım müharibəsində (1853-56) iştirak etmiş etmişdir. O, Rusiyanın 3-cü dərəcəli Anna və 2-ci dərəcəli Stanislav ordenləri, İranın 2-ci dərəcəli "Şiri-Xurşid" ordeni ilə təltif edilmişdir.

Qafqaz canişininin dəftərxanasında mütərcim (tərcüməçi) vəzifəsində çalışmışdır. Onun adı 1846, 1847 və 1848-ci illərə aid "Кавказский календарь" məcmuələrində həmin dəftərxanada çalışan mütərcimlər sırasında çəkilir.

Əsərləri Qubalı Fətəli xanın həyatı. Tərc.: F. Babyev; Red.: M. İsmayılov; Azərbaycan SSR Elmlər Akademiyası Tarix İnstitutu; Bakı: Azərbaycan SSR Elmlər Akademiyası, 1959

İstinadlar

Həmçinin bax

Kateqoriya:Azərbaycanlı hərbçilər Kateqoriya:Azərbaycan tarixçiləri Kateqoriya:Azərbaycanlı tarixçilər Kateqoriya:Azərbaycan publisistləri Kateqoriya:Azərbaycanlı publisistlər