Sədi Sani Qarabaği () — XIX əsr Azərbaycan şairi.

Həyatı Sədi Ocaqqulu oğlu Sani 1854-cü ildə Qarabağın Cavanşir qəzasının Cinli kəndində doğulmuşdur. Təhsilini Şuşada və Türkiyənin Amasiya şəharində Hacı Mir Həmzə Seyid Nigarinin yanında almışdır. "Məclisi-fəramuşan" şairləri və xüsusilə də Həsənəli xan Qaradaği ilə yaxınlıq və dostluq etmişdir.

Klassik üslubda, Azərbaycan və fars dillərində yazmış, ancaq bədii irsinin ancaq bir hissəsi qalmışdır.

Sadi Sani 1879-cu ildə 25 yaşında vəfat etmişdir.

İstinadlar

Kateqoriya:Azərbaycanlı şairlər Kateqoriya:Azərbaycan şairləri Kateqoriya:Azərbaycan dilində yazan şairlər Kateqoriya:XIX əsr şairləri Kateqoriya:Türk şairlər