Qasım xan Əli xan oğlu Vali (1850 – 1933) — Qacarlar dövlətinin hərbi və mülki xadimi, ordu generalı.

Həyatı

Qasım xan Əli xan oğlu 1850-ci ildə anadan olmuşdu. 1802-ci ildə Napoleon tərəfindən əsası qoyulan Hərbi məktəbini bitirmişdi. İran Kazak diviziyasında xidmət etmişdi. Ordu generalı rütbəsinədək yüksəlmişdi. Sərdari-Hümayun ləqəbini daşıyırdı. Qasım xan Vali ingilispərəst idi və Böyük Britaniya hökuməti tərəfindən dəstəklənirdi. Qasım xan Vali 1908-ci ildə Təbriz şəhərinin şəhridarı (meri) olmuşdu. Onun vaxtında şəhərə elektrik işığı çəkilmişdi. Litoqrafiyadan yüksək çap üsuluna keçilmişdi.

Qasım xanın Təbrizdə lampa zavodu, kiçik bir tütün fabriki, sabunbişirmə və gön-dəri müəsissələri vardı.

Ailəsi Qasım xan Vali İsmətəssəltənə xanımla ailə qurmuşdu. İbrahim xan, Əli xan adlı oğlanları vardı.

Qalereya

İstinadlar

Həmçinin bax İran Kazak diviziyası Təbriz şəhərinin başçıları Məhəmmədqasım xan Vali

Xarici keçidlər Black Coup Iran and the Rise of Reza Shah: From Qajar Collapse to Pahlavi Power - by Cyrus Ghani - p.140 The Zarrinkafsch (Bahman-Qajar) Family

Kateqoriya:Cənubi Azərbaycan tarixi Kateqoriya:İran generalları Kateqoriya:Azərbaycanlı generallar