Keyfiyyət tədqiqat metodları — sosial və davranış elmlərində ədədi informasiyaya əsaslanmayan tədqiqat üsullarının toplusudur. Bu tədqiqat növü sənədlərin, söhbətlərin, intervyuların məzmununu və baş vermiş hadisələri ətraflı şəkildə araşdırmağı nəzərdə tutur.

Müxtəlif mənbələrdə sosial və davranış elmlərinə aid tədqiqat metodlarının fərqli təsnifatlarına rast gəlinir. Psixologiya sahəsində aparılan keyfiyyət tədqiqatlarını digər sahələrdən fərqləndirmək üçün son dövrlərdə "psixoloji keyfiyyət tədqiqatları" () anlayışı meydana çıxmışdır. Bu metod adlarının çoxu şərti xarakter daşıyır, bir çox hallarda isə fərqli adlarla eyni metod nəzərdə tutulur.

Amerika psixoloqu D. Martin psixoloji keyfiyyət tədqiqatları kimi aşağıdakı üç əsas metodu göstərir:Wertz, Charmaz, McMullen. "Five Ways of Doing Qualitative Analysis: Phenomenological Psychology, Grounded Theory, Discourse Analysis, Narrative Research, and Intuitive Inquiry". 16-18. The Guilford Press: March 30, 2011. 1st ed. Print.

Təbii şəraitdə müşahidə Etnoqrafik tədqiqat Hadisənin öyrənilməsi (case study) Başqa mənbələr isə əlavə olaraq aşağıdakı metodları da qeyd edir: İştirakçı kimi müşahidə aparılması Məzmun analizi Fokus qrupu Qeyri struktur intervyu

Metodların qısa təsviri Təbii şəraitdə müşahidə aparılması () — bu metod ilk olaraq heyvanların davranışını öyrənmək üçün istifadə olunmuşdur. Daha sonra sosial psixoloqlar tərəfindən insan davranışlarına tətbiq edilmişdir. Obyektin təbii mühitində müşahidə olunması əsas prinsipi təşkil edir.Guba, E. G., & Lincoln, Y. S. (2005). "Paradigmatic controversies, contradictions, and emerging influences" In N. K. Denzin & Y. S. Lincoln (Eds.), The Sage Handbook of Qualitative Research (3rd ed.), pp. 191-215. Thousand Oaks, CA: Sage.

Etnoqrafik tədqiqat () — müəyyən bir sosial qrupun və ya mədəniyyətin təbii şəraitdə müşahidəsi ilə aparılan tədqiqat metodudur. Bu tədqiqatlar laboratoriya və ya sahə şəraitində həyata keçirilə bilər. Adətən qeyri struktur intervyularla müşayiət olunur.

İştirakçı müşahidə () — tədqiqatçının müşahidə edilən qrupa daxil olaraq, onların davranış və mədəni normalarını bir üzv kimi öyrənməsi metodudur. Bu metod etnoqrafiya ilə sıx bağlıdır və sosial qrupların daxili dinamikasını anlamağa kömək edir.

Məzmun analizi () — sənədlər, yazılı mənbələr, media materialları və qanunvericilik kimi mənbələrin sistemli şəkildə təhlili yolu ilə həyata keçirilən tədqiqat metodudur. Bu metod informasiya mənbələrinin mənasını çıxarmağa və sosial tendensiyaları müəyyən etməyə imkan verir.

Fokus qrupu () — bir qrup iştirakçının müəyyən mövzu üzrə fikir və münasibətlərinin müzakirə şəklində öyrənilməsi metodudur. Bu metod insanların fikirlərini sərbəst şəkildə ifadə etməsinə və gözlənilməz ideyaların meydana çıxmasına şərait yaradır.

Qeyri struktur intervyu () — sualların əvvəlcədən hazırlanmadığı, söhbət formasında aparılan müsahibə üsuludur. Bu intervyular şəxsin dərin düşüncələrini və motivasiyalarını araşdırmaq üçün istifadə olunur.

Hadisənin öyrənilməsi () — konkret bir hadisə və ya prosesin səbəbləri, hərəkətverici qüvvələri və nəticələrinin dərin təhlili məqsədilə aparılan tədqiqat metodudur. Bu metod bir çox sahədə, o cümlədən təhsil, psixologiya və siyasətdə geniş tətbiq edilir.

Bəzi mənbələrdə case study, field work və qualitative research ifadələri sinonim kimi işlədilir. Sosial tədqiqatçılar tərəfindən bu metodlar bəzən eyni məqsədlə paralel şəkildə istifadə olunur.Marshall, Catherine & Rossman, Gretchen B. (1998). Designing Qualitative Research. Thousand Oaks, CA: Sage.

İstinadlar

Mənbə Ə. S. Bayramov, Ə. Ə. Əlizadə. Psixologiya. Çinar-Çap. 2006 Д. Мартин. Психологические эксперименты, секреты механизмов психики. "Прайм-Еврознак" 2002 (D. Martin. Doing Psychology Experiments) A. Colman. Oxford Dictionary of Psychology. Oxford University Press. 2001

Xarici keçidlər Qualitative Philosophy C.Wright Mills, On intellectual Craftsmanship, The Sociological Imagination,1959 Participant Observation, Qualitative research methods: a Data collector's field guide Analyzing and Reporting Qualitative Market Research Overview of available QDA Software

Videolar

Kateqoriya:Psixologiya metodları Kateqoriya:Sosiologiya Kateqoriya:Bazar tədqiqatları Kateqoriya:Marketinq tədqiqatları