Didərgin ()— 2000-ci ildə macəra dramı janrında lentə alınmış film. Filmin rejissoru və prodüseri Robert Zemekisdir. Filmdə Tom Henks baş rolda FedEx-in işçisi kimi təyyarə qəzasından sonra kimsəsiz adada yaşamaq uğrunda mübarizə aparır. Film çox böyük uğur qazandı və yaratdığı obraza görə Tom Henks 73-cü Akademiya Mükafatları (Oskar) təqdimetmə mərasimində "Ən yaxşı aktyor" sahəsində nominasiya oldu. Ümumilikdə isə film iki Oskar mükafatına nominasiya göstərilmişdir.

Məlumat Baş rolu ifa etmək üçün Tom Henks 20 kq. arıqlamalı olub. Onun sıx saqqal uzatması üçün çəkiliş prosesində bir il fasilə edilib. Adada çəkilən səhnələrdəki səs effektinin böyük hissəsi çəkiliş prosesindən sonra uyğunlaşdırılıb. Zemekisin nail olmaq istədiyi ən böyük effekt tam sakitlik idi. Buna baxmayaraq, bəzən yaxınlıqdakı sörfinq komandasından gələn kənar səslərdən qurtulmaq mümkün olmayıb. Gecə səhnələrinin əksəriyyəti gündüz vaxtı çəkilib. Qaranlıq və gecə səması effektini sonradan əlavə ediblər. Çəkiliş prosesində istifadə edilən üç voleybol topundan biri hərracda 18 min 400 ABŞ dollarına satılıb. Filmin sonunda bütün tamaşaçıları açılmamış bağlamada nə olduğu maraqlandırır. Robert Zemekis bunun günəş batareyası ilə işləyən sukeçirməz mobil telefon olduğunu açıqlayıb. Film Fici adalarında lentə alınıb.

Obrazlar Tom Henks — Çak Noland rolunda Helen Hant — Kelli Frirs rolunda Nik Sirsi — Sten rolunda Cenifer Lyuis — Bekka Tviq rolunda Kris Not — Cerri Lovett rolunda Lari Vayt — Bettina Peterson rolunda Vins Martin — Albert "Al" Miller rolunda Ceffri Bleyk — Maynard Qrehem rolunda

Kateqoriya:2000-ci ilin filmləri Kateqoriya:Robert Zemekisin filmləri Kateqoriya:20th Century Fox filmləri Kateqoriya:ABŞ-nin milad filmləri Kateqoriya:ABŞ-nin həyatda qalma filmləri Kateqoriya:Aviasiya qəzaları və ya insidentləri haqqında filmlər Kateqoriya:Alan Silvestrinin film musiqiləri Kateqoriya:2000-ci illərin ABŞ filmləri Kateqoriya:2000-ci illərin ingilis dilli filmləri Kateqoriya:DreamWorks Pictures filmləri Kateqoriya:ImageMovers filmləri Kateqoriya:Playtone filmləri Kateqoriya:CJ Entertainment filmləri Kateqoriya:Təcrid olunmuşlar haqqında filmlər Kateqoriya:Təkbaşına sağ qalanlar haqqında filmlər Kateqoriya:2000-ci ilin ABŞ filmləri Kateqoriya:ABŞ-nin macəra dram filmləri Kateqoriya:Teen Choice Award mükafatının qalibi olmuş filmlər Kateqoriya:Los-Ancelesdə çəkilmiş filmlər Kateqoriya:İngilis dilində macəra dram filmləri Kateqoriya:Moskvada çəkilən filmlər Kateqoriya:Romantik filmlər Kateqoriya:Dramlar Kateqoriya:Texasda çəkilmiş filmlər Kateqoriya:1999-cu il haqqında filmlər Kateqoriya:Robert Zemekisin prodüseri olduğu filmlər Kateqoriya:2000-ci illərin dram macəra filmləri