Yel-Braun obsessiv-kompulsiv simptomlar cədvəli () Yel və Braun universitetlərində Veyn Qudman () və onun əməkdaşları tərəfindən işlənib hazırlanmışdır.Goodman W.K, Price L.H, Rasmussen S.A, et al. The Yale–Brown Obsessive–Compulsive Scale. I. Development, use, and reliability. Arch Gen Psychiatry 1989;46:1006–1011. PMID 2684084 Yel-Braun cədvəli xəstədə olan obsessiv və kompulsiv simptomların ağırlıq dərəcəsini müəyyən etmək üçün klinik vəsaitdir. Cədvəl obsessiv və kompulsiv simptomların ifadə formasından asılı olmayaraq onların ağırlıq dərəcəsini təyin edir. Y-BOCS cədvəli obsessiv-kompulsiv posuntuların (sarışan halların) ağırlıq dərəcəsini təyin etməklə müalicə zamanı pozuntunun kliniki dinamikasını müşahidə etmək imkanı verir.Rosario-Campos MC, Miguel EC, et.al The Dimensional Yale-Brown Obsessive-Compulsive Scale (DY-BOCS): an instrument for assessing obsessive-compulsive symptom dimensions. Mol Psychiatry. 2006 May;11(5):495-504 PMID 16432526 Bu cədvəl geniş yayılmış və əsaslı validizasiya olunmuş (effektivliyi təsdiq olunmuş) klinik vəsaitdir.Garnaat SL, Norton PJ. Factor structure and measurement invariance of the Yale-Brown Obsessive Compulsive Scale across four racial/ethnic groups J Anxiety Disord. 2010 May 24. PMID 20541907
İstinadlar
Xarici keçidlər Azərbaycan dilində sarışan hallar nevrozu testi Y-BOCS cədvəlinin klinik variantın nümunəsi
Kateqoriya:Psixiatriya Kateqoriya:Obsessiv-kompulsiv pozuntu