Gəraybəyli (əvvəlki adı: Qarabəyli) — Azərbaycan Respublikasının Ucar rayonunun Qarabörk kənd inzibati ərazi dairəsində kənd. 5 oktyabr 2001-ci il tarixli 191-IIQ saylı Azərbaycan Respublikasının Qanunu ilə Ucar rayonunun Qarabörk kənd inzibati ərazi dairəsi tərkibindəki Qarabəyli kəndi Gəraybəyli kəndi adlandırılmışdır.

Toponimikası Gəraybəyli kənd yaşayış məntəqəsi Gəraybəyli nəslinə mənsub ailələrin məskunlaşması nəticəsində yaranmışdır. Toponim Gəraybəy adlı şəxsin adı ilə əlaqədə yaradılmışdır. Digər adı isə Müskürlü olmuşdur. Müskürlü tayfa adıdır. Müskürlü kənd sakinlərinin təmsil olunduğu tayfanın adıdır. Həqiqətən də kəndin şimal-şərq qonşuluğunda indi də Müskürlü kəndi vardır. Toponim "Gəraybəylilər", "Gəraybəyligillər" mənasındadır.

Kənd İsmayıllı rayonunun Gəraybəyli kəndindən köçüb gəlmiş ailələrin burada məskunlaşması nəticəsində yaranmışdır.

Tarixi Kəndin indiki sakinləri əvvəllər hazırda İsmayıllı rayonunun Qaraməryəm tirəsinin (dağ adıdır) ətəyində məskunlaşmışlar. İndi də həmin kənd orada qalmaqdadır. Lakin 1883-cü ildən sonra yəni Bakı–Tbilisi dəmiryolu xətti çəkilib istifadəyə verildikdən sonra yaşayış tərzini daha da yaxşılaşdırmaq, Bakı şəhərinə, Tbilisiyə və digər yerlərə gedib gəlmək işini asanlaşdırmaq və başqa səbəblərə görə İsmayıllı rayonundakı Gəraybəyli kəndindən Ucar dəmir yolu stansiyası ətrafına əvvəlcə bir neçə ailə köçübgələrək Qarabörk kəndinin şimal–qərb tərəfində Ucar dəmir yolu stansiyasına yaxın məsafədə məskunlaşaraq indiki Gəraybəyli kəndi dəmir yolu stansiyasına yaxın məsafədə yerləşməklə kəndin çox hissəsi Ucar şəhərinə birləşmişdir.

Coğrafiyası və iqlimi Kənd Şirvan düzündə, aranda, Ucar rayon dəmiryolu stansiyasından 2–3 km şimal–şərqdə yerləşir.

Əhalisi Əhalisinin sayı 2009-cu ildə 1269 nəfər olmuşdur.Azərbaycan Respublikası əhalisinin siyahıyaalınması 2009-cu il. I cild. Bakı - 2010.

Mədəniyyəti Kənddə 1 kitabxana var.

Təhsil Kənddə sürücülük məktəbi mövcuddur.

İstinadlar

Həmçinin bax

Kateqoriya:Ucar rayonunun kəndləri