thumb|227x227px|Ağlama Divarı və ibadət edən Yəhudilər|alt= Ağlama divarı — Qüdsdə Məbəd dağının qərb tərəfində yerləşmiş qədim yəhudi məbədi divarının qalıqları. Qüdsdə olan yəhudilər üçün müqəddəs hesab edilən, Qüds məbədinin aşağı hissəsində qalmış qərb divarıdır. Buna görə Qərb divarı () adı ilə tanınır.A lm. Klagemauer, Fr. Mur des lamentations, İng. Wailing Wall.. Yəhudilərin, Süleymanın Qüdsdə tikdirdiyi Beyt-ül-Makdisdən qaldığına inandıqları və müqəddəs olaraq qəbul etdikləri divardır.

Yəhudilərin ha-Kotel ha-Ma’aravi (Qərb Divarı) dedikləri bu divar zamanla Xristianlığın təsiriylə "Ağlama Divarı" olaraq adlandırılmışdır. Təxmini olaraq 485 m uzunluğunda olan Ağlama Divarı, torpaq səviyyəsinin üstündə olan iyirmi dörd böyük daş cərgəsi ilə yerin altında qalmış olan on doqquz daş cərgəsindən meydana gəlmişdir. Hündürlüyü torpaq səviyyəsindən etibarən,18 m olub 6 metri məbəd sahəsinin səviyyəsini keçir. Daşlardan bəzilərinin uzunluğu 12 m, hündürlüyü 1 m, ağırlığı isə 100 tondan artıqdır.

Qalereya

İstinadlar Kateqoriya:Qüds Kateqoriya:İudaizm Kateqoriya:Qüdsdəki tarixi abidələr Kateqoriya:Məbəd dağı Kateqoriya:Divarlar

Kateqoriya:Asiyadakı dini tikililər Kateqoriya:İsraildə iudaizm Kateqoriya:Qədim şəhər (Yerusəlim) Kateqoriya:Roma İmperiyasında yəhudilər və İudaizm Kateqoriya:Tabernakl və Yerusəlim məbədləri Kateqoriya:Yerusəlim və Betlehəmdə status-kvo Kateqoriya:E.ə. I əsrdə tamamlanmış tikililər