Mirzələr — Azərbaycan Respublikasının Şuşa rayonunun Xəlfəli kənd inzibati ərazi dairəsində kənd. 1992-ci ildən 10 noyabr 2020-ci ilə kimi Ermənistan Silahlı Qüvvələrinin işğalı altında olmuşdur. İkinci Qarabağ müharibəsinin nəticələrinə əsasən imzalanmış 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanata uyğun olaraq Mirzələr kəndi Rusiya sülhməramlı qüvvələrinin nəzarətinə keçmişdir. 19–20 sentyabr 2023-cü ildə aparılan lokal xarakterli antiterror əməliyyatları nəticəsində Azərbaycan Respublikasının nəzarətinə qayıtmışdır.

Toponimikası Yaşayış məntəqəsi XIX əsrin əvvəllərində Mehdiqulu xana məxsus xəlfəli tayfasının mirzələr adlı nəslinin məskunlaşması nəticəsində yaranmışdır. Oykonim "Mirzənin nəslindən olanlar, mirzəgillər" mənasındadır. Kəndin yaxınlığında axan çay da Mirzələr çayı adlanır.

Tarixi

Coğrafiyası və iqlimi Kənd Qarabağ silsiləsində yerləşir.

İstinadlar

Həmçinin bax

Kateqoriya:Şuşa rayonunun kəndləri