thumb|right|300 px|Aleç buzlağı,İsveçrə

Buzlaq — dağ yamacı və ya dərə üzrə ağırlıq qüvvəsinin təsiri altında yavaş-yavaş hərəkət edən buz kütləsi. Buzlaq bərk yağıntıdan (qardan) o sahələrdə əmələ gəlir ki, il müddətində onun qalınlığı əriyən və buxarlanan sudan xeyli çox olur, daha doğrusu buzlaq iqlim qar sərhədindən yuxarıda, qarın toplanması üçün relyef formalarının əlverişli olduğu yerdə əmələ gəlir. Hidrosfer qütb ölkələrində dəniz səviyyəsində, mülayim və isti qurşaqlarda isə uca dağlarda qarlardan və buzlaqlardan ibarətdir. Yerin çoxillik və ya "əbədi" qar və buz olan təbəqəsi Kriosfer adlanır. Onu birinci dəfə 1923-cü ildə polyak alim А. B. Dobrovolski tətbiq etmiş.Məmmədov Q. Ş. Xəlilov M. Y. Ekoloqların məlumat kitabı. "Elm" nəşriyyatı. Bakı: 2003. 516 s.

Kriosfer right|300px|thumb|Kriosferin sərhədləri.

Kriosfer Yerin üç əsas təbəqəsinin qarşılıqlı təsiri nəticəsində əmələ gəlir: qar və buz yaranması üçün rütubət verən hidrosferin, bu rütubəti yayan və onu bərk fazada saxlayan atmosferin, səthində qar təbəqəsi əmələ gəlməsi mümkün olan litosferin. Bu okean — atmosfer — materik sisteminin vəsilələrindən biri iştirak etməsə daim qarlar da olmaz. Beləliklə, kriosfer qeyri-müntəzəm yayılmışdır. O yalnız qartoplanma şəraiti olan yerdə meydana gəlir. Lakin bu qeyri — müntəzəmlik hidrosferin vəhdətini və fasiləsizliyini gəstərir: su maye fazada ola bilməyən yerdə bərk fazada olur.σφαῖρα , Henry George Liddell, Robert Scott, A Greek-English Lexicon, on Perseus

Qar xətti thumb|300px|right|Qar xətti. Kotapaxi. And.

İqlim hadisəsi olan şaxtalı atmosfer isti qurşaqda böyük yüksəkliklərdə, mülayim enliklərdə bir qədər orta yüksəkliklərdə, qütb ölkələrində isə dəniz səviyyəsində olur. Onun qütb basıqlığı bərk Yerdəkinə nisbətən 5 km çoxdur. Krisoferin alt sərhədi qar xətti adı almışdır. Qar xətti o yüksəkliyə deyilir ki, orda il ərzində düşən bərk atmosfer yağıntısının miqdarı onun illik məsrəfinə bərabərdir və ya ildə nə qədər düşürsə, o qədər də əriyir.

Bu sərhəddən aşağıda il ərzində qar əriyə bildiyinə nisbətən az düşdüyündən, təbiidir ki, onun toplanması mümkün deyildir. Qar sərhəddindən yuxarıda temperaturun düşməsilə əlaqədar olaraq qar akkumuliyasiyası onun ablyasiyasından (əriməsindən) üstün olur. Burada daim qar toplanır. Təbiidir ki, qar xətti kimi yalnız qarın yaydakı aşağı kənarının mövqeyini qəbul etmək olar. Uzaqdan baxanda qara bürünmüş dağ yamaclarının aşağı sərhədi, yəni qar xətti nisbətən düz xətt kimi görünür. Həqiqətdə isə o olduqca əyri-üyrüdür.; maili yamaclarda qar çox qalandır, dik yamacların çökək yerlərində ləkə — ləkə qalır, qayalarda isə heç qalmır. Daimi qarların aşağı səviyyəsi ümumiləşdirmə metodu ilə təyin olunur: buna görə də onu xətt deyil, sərhəd adlandırmaq daha yaxşıdır.

Qar sərhəddinin yüksəkliyi və buzlaşmanın intensivliyi coğrafi enlikdən, yerli iqlimdən, məhəllin oroqrafiyasından və buzlaqların öz inkişafından asılıdır.

Müxtəlif enliklərdə qar xəttinin yüksəkliyi Qar sərhədinin yüksəklik enlik fərqləri havanın temperaturundan və yağıntının miqdarından asılıdır, yağıntı isə, məlum olduğu kimi zonal paylanır. Temperatur nə qədər alçaq, yağıntı nə qədər çox olsa qar toplanması və buzlaşma üçün bir o qədər əlverişli şərait yaranır, deməli, qar sərhəddi daha aşağı olur. Rütubətli ekvator iqlimində o, 4600–5000 m yüksəklikdədir. Quru tropik iqlimdə isə 5600 m-dək qalxır.

Qar sərhəddinin yüksəkliyində Yerin ekvatora nisbətən dissimmetriyası da təzahür edir; daha isti olan şimal yarımkürəsində tropik qurşaqlardan kənarda qar sərhəddi yüksəkdə, daha soyuq olan cənub yarımkürəsində isə alçaqda yerləşir. Frans — İosif Torpağında 86° şm. e-də onun yüksəkliyi 50–300 m arasında tərəddüd edir; Arktikada yalnız bir yerdə — Qrelandiyanın şimal — şərqində 82°şm. e.-də qar dəniz səviyyəsinə enir. Halbuki cənub yarımkürəsində bu səviyyəyə o, artıq 60–70 °C.e. arasında düşür. Cənubi Şetland adaları (62 °C.e.) həmişə qarla örtülüdür.

Enlik qurşaqları üzrə qar sərhədinin orta yüksəkliyi thumb|right|230px|Qar xətti yüksəkliyinin enlik qanunauyğunluğu Enliklər, dərəcə Şimal yarımkürəsi Cənub yarımkürəsiEnliklər, dərəcə Şimal yarımkürəsi Cənub yarımkürəsi04600-5026001100 10 4600 5000 60 1600 600 20 5200 5600 70 600 0 30 4900 4100 80 550 Materik buzlaşması 40 3900 2200 90 Okean

Buzlaqların formalaşması Yer səthində — dağlarda, yaxud qütb enlikləri düzənliklərində — sovrulub gətirilmiş qarlardan kiçik bir ləkə meydana gəlir. Sonra albedo artması və Günəş radiasiyasının xeyli hissəsinin itməsi, qar üzərində yüksək kondensasiya sayəsində yağıntı miqdarının artması və qar səthinin təsirindən temperaturunun ümumi düşməsi yolu ilə özü-özünə inkişaf edir. Antarktidadakı müşahidələr göstərmişdir ki, buz örtüyü öz üzərində temperaturu 25 °C aşağı sala bilər. Nəticədə hətta dəyişməyən iqlim şəraitində buzlaqlar artır və qar sərhədi enir. M. V. Tronovun göstərdiyi kimi, o, 200 −300 metrə enə bilər. Lakin sərhədin enməsi yalnız müəyyən həddə qədər mümkündür. Buz örtüyü xeyli qalın olduqda onun üzərində antisiklon yaranır, yağıntıların miqdarı kiçilir, deməli, buzlaq böyüməkdən qalır. Sonra isə, o, periferiyada əriməyə başlayır. Ərimə buz sahəsi iqlim və geomorfoloji şəraitinə uyğun kəmiyyətə çatana qədər davam edir.

Qarın buza çevrilməsi alt=|left|thumb|Qar dənəsinin frinə və sonda buzlaq buzuna (qletçer) çevrilməsi

Dağlarda qarın akkumulyasiyası əks proseslə — qarlı sahillərin boşalması ilə müşayiət olunmalıdır. Boşalma iki yolla baş verir: a) qar uçqunu ilə və b) qarın buza çevrilməsi və axması ilə.

Qar uçqunu dağ yamaclarından qoparaq öz yolundakı yeni qar kütlələrinini özü ilə aparan qar kütləsinə deyilir. Dikliyi 15° -dən artıq olan yamaclarda əmələ gələ bilər: 1) qar düşdükdən sonra ilk vaxtlarda onun yumuşaqlığı, 2) qarın alt horizontlarında temperaturun təziqdən yüksəlməsi və bunun nəticəsində qarın yamaca pis ilişməsi, 3) hava istiləşəndə qarın əriməsi nəticəsində suyunun yamacları islatması. Qar uçqunları böyük dağıdıcı qüvvəyə malikdir. Onların zərbə qüvvəsi 100 t/m²-ə çatır. Qar uçqunları bəzən böyük fəlakətlə nəticələnir.

Dağ relyefinin qar saxlayan formalarında, yaxud bütün relyefin qar altında qaldığı rayonlarda qar toplanır və firnə, sonra isə buzlaq buzuna çevrilir. Firn çox qalmaqdan sıxlaşan iri dənəli qara deyilir, bir — birinə birləşmiş buz dənəciklərindən ibarət olur. Onun sıxlığı 0,4-dən 0,7 q/sm³-ə qədərdir. Firn qatı lay-laydır: hər yağan qarın öz layı olur, bir lay digərindən sıx nazik qabıqla ayrılır. Alt qatlarda firn dənəli quruluşlu buzlaq (və ya qletçer) buzuna çevrilir. Buzun rəngi üstdə süd kimi ağdır, altda sıxlaşdıqca mavi olur. Qar və firn qatı altında əmələ gəlmiş buz elastik xassə alır, relyef üzrə buz dili, buzlaq və ya qletçer şəklində aşağı axır.Шумский П. Н. Основы структурного ледоведения. Петрография пресного льда как метод гляциологического исследования. — М.: Изд. АН СССР, 1955. — 492 с.

Buzlaqların quruluşu Hər buzlağın qidalanma sahəsi və axım sahəsi vardır. Kriosferdə yerləşən qidalanma sahəsində qar akkumulyasiya olur, sıxılaşır, firnə və buza çevrilir. Axım sahəsində buzlaq qar sərhədindən aşağı enir; burada ərimə yaxuda ablyasiya prosesi gedir. Buzlaq dilinin böyük hissəsi açıq buzlaq səthidir, kiçik hissəsinin üzəri süxur qırıntıları ilə örtülərək altda qalmışdır. Dağ buzlaqlarından ən uzunu Alyaskada Berinq və Habbard buzlaqlarıdır; onların uzunluğu 190 −120 km arasında dəyişir. Eni bəzi yerdə 16 km-ə çatır. Dağ buzlaqları xeyli qalındır. Alp dağlarınının uzunluğu 26,8 km olan ən böyük buzlağında — Böyük Aleçdə buzun qalınlığı 790 m-ə çatır. İslandiya Vatia-Yokul buzlağının qalınlığı 1036 m-dir. Adətən, dağ buzlaqlarının qalınlığı 200–400 m-ə yaxın olur. Antarktidanın və Qrenlandiyanın materik buzları müqayisəedilməz dərəcədə qalındır.

Buzlaqların hərəkəti Dağlıq ölkələrin əksəriyyətinin buzlaqları 20–80 sm/sutka və ya 100 −300 m/il sürətlə axır; yalnız Himalay dağlarının buzlaqlarının sürəti 2–3, bəzən 7 m/sutkaya çatır. Qrenlandiyanın və Antarktidanın buz qalxanlarında buzlar daha yavaş (3–30 sm/sutka) hərəkət edir. Ayrılmış buzlaqlar daha sürətlə irəlləyir. Buzun hərəkəti onun gövdəsində gərginlik yaradır və o, köndələn, uzununa və yan çatlar əmələ gətirir. Bəzən Günəş şüasının, yağışın və küləyin təsirindən əriməsi buzlağın səthində çala-çuxur əmələ gəlməsi ilə nəticələnir.Основы геологии Авторы: Н. В. Короновский, А. Ф. Якушова. ДВИЖЕНИЕ ЛЕДНИКОВ

Buzlaşma tsiklləri və buzlaqların təsnifatı Buzlaşmanın iqlim və geomorfoloji amilləri və onların ərazi uyğunluğu son dərəcə müxtəlif olduğundan buzlaqların formaları da olduqca çoxdur. Buna görə də buzlaqların çoxlu təsnifatının mövcud olması təəccüblü deyildir. Buzlaqları onların formasına və relyeflə qarşılıqlı əlaqəsinə görə qruplaşdıran morfoloji təsnifatlar geniş yayəlmışdır.

Buzlaşma tipi Yer qabığının şaxtalı atmosfer ilə təmas xarakterindən asılıdır. Əsasən iki böyük buzlaşma tipi ayrıd edilir: Materik və dağ buzlaşması. Materik buzlaşması şaxtalı atmosfer ya materik səthi ilə (Antarktida) və ya böyük ada səthi ilə (Qrenlandiya) təmas etdikdə olur. Dağ buzlaşması dağlar şaxtalı atmosferdə olduqda baş verir. Bu iki buzlaşma tipi arasında Arktika adalarına xas olan keçid tipi də vardır. Arktika adalarında həm dağ tipli buzlaqlar, həm də materik buzlaşması əlamətlərinə malik buz günbəzləri mövcuddur.

Amerika qlyasioloqu V. Q. Hobbsun işləyib hazırladığı təsnifat digər təsnifatlardan ehtimal ki, daha perespektivlidir. Bu təsnifatın əsasını buzlaşmanın mərhələli inkişafı təşkil edir. Buzlaşmanın öz-özünə inkişafı iqlim dəyişikliyi istiqaməti ilə uyğun gələn zaman buzlaq sahəsinin təkamülü V. Hobbsun fikrincə müəyyən tsikl keçir. Həmin tsikldə proqressiv və reqressiv fazalar və ya mərhələlər ayrıd edilir. Müəyyən ərazinin buzlaqları proqressiv mərhələdə genişlənir və yeni sahələri tutur. Yüksək yamaclarda əmələ gəlmiş kiçik qar yığınları böyüyür və dərələr üzrə enir. Sonra onlar bütün dərələri doldurur və qıraqlarından aşıb zirvələrdə qovuşur. Buzlaqların ucları dağətəyinə qədər enir və orada birləşir. Proqressiv mərhələnin axırında buz və qar bütün relyefi öz altına alır və yalnız ən dik və yüksək qayalar — nunataklar — buzun altından çıxır. Гляциологический словарь / В. М. Котляков. — Л.: Гидрометеоиздат, 1984. — 528 с. — 5600 экз.

Reqressiv mərhələdə buzlaşma deqradasiyaya uğrayır. Bu proses iqlimdən və digər coğrafi şəraitlərdən asılı olaraq müxtəlif yolla gedir: ya buzlaq qırıqlarından əriməyə başlayır, ya da ayrı-ayrı buz massivlərinə ayrılır. Buzlaşmanın yoxolma prosesində buzlaq sahəsi genişlənərkən yaranan eyni formalar əmələ gələ bilər (lakin əks qaydada). Buzlaşma üçün əlverişli olmayan şərait buzlaqları tez bir zamanda kiçildə bilmir, çünki onların öz ölçüsünü qoruyub saxlamaq qabiliyyəti vardır. Qoruyub saxlama inersiyası buzlağın əmələ gələ bilməyəcəyi şəraitdə mövcudluğunu təmin edir.

Eyni bir ərazidə buzlaşmanın bütün mərhələləri yalnız uzun geoloji vaxt ərzində izlənə bilər. Lakin bütün mərhələləri və hətta onların kiçik hissələrini eyni bir vaxtda Yerin müxtəlif sahələrində müşahidə etmək olar.

Aşağıda verilmiş təsnifatda V. Hobbs və S. V. Kalesnik tərəfindən işlənmiş prinsiplər əsas götürülmüş, buzlaqların digər xarakteriska materialları da nəzərə alınmışdır.

I sinif. İlk buzlaqlar. Onlar buzlaşmanın proqressiv mərhələsinin başlanğıcında meydana gəlir, sayca çox deyildir və bir-birindən geniş qarsız sahələrlə ayrılır. Axım sahəsi böyük deyildir və ya heç yoxdur. Bu sinfə dörd buzlaq tipi daxildir: thumb|Kar buzlağı Kar buzlaqları; karları tutur və adərən, qar xəttindən kənar çıxmır. Vulkan konusu buzlaqları; onların firn sahələri vulkanların kraterlərində və kalderlərində yerləşir, buzlaq dilləri ya onların hüdudlarından kənara çıxır və ya radial şəkildə hər tərəfə, lakin kiçik məsafədə yayılır.