Kuinsi Dilayt Cons (; ) — amerikalı musiqiçi, aranjmançı, musiqi prodüseri və truba ifaçısı. 28 dəfə Qremmi mükafatı laureatı və 80 dəfə nominantı, o cümlədən 1991-ci ildə "Grammy Legend Award" mükafatçısı, tarixdə ən çox satılan musiqi albomunun prodüseri.
Kuinsi Consla əməkdaşlıq edən məşhur müğənnilər arasında Rey Çarlz, Maykl Cekson, Frenk Sinatra, Din Martin, 2Pac, Marvin Gey, Stivi Uander, Vill Smit və bir çox başqaları var.
Həyatı
1960–1970-ci illər 1964-cü ildə Kuinsi Cons ilk dəfə Sidni Lümetin "Sələmçi" () filminə musiqi bəstələdi. Filmin uğurundan sonra Cons "Mercury Records"dan ayrıldı və Los-Ancelesə köçdü. Burada o, bir çox filmlərə musiqi bəstələdi, o cümlədən, "Nazik sap" () (1965), "Soyuqqanlılıq" () (1967), "İsti cənub gecəsində" (1967), "Makkennanın qızılı" (1969), "İtalyansayağı oğurluq" (1969), "Bob və Kerol, Ted və Elis" (Bob & Carol & Ted & Alice) (1969), "Sonuncu insan" () (1969), "Kaktus çiçəyi" (1969), "Qaçış" (1972) və s.
Bu dövrdə Kuinsi Consun yaratdığı ən məşhur musiqi əsəri onun "Big Band Bossa Nova" albomuna daxil olan "Soul Bossa Nova" mahnısı idi.
Bu dövr, həmçinin, 21 studiya albomunun, o cümlədən "Walking in Space", "Gula Matari", "Smackwater Jack" və "Body Heat" kimi uğurlu albomların buraxılması ilə də yadda qalmışdır.
Ölümü 2024-cü ilin 3 noyabr tarixində Los-Ancelesdəki evində vəfat edib.
İstinadlar
Xarici keçidlər
Kateqoriya:Emmi mükafatı laureatları Kateqoriya:Qremmi mükafatı laureatları Kateqoriya:Fəxri "Oskar" mükafatı laureatları Kateqoriya:ABŞ şairləri Kateqoriya:Ayvor Novello mükafatı laureatları Kateqoriya:İngilis mənşəli ABŞ şəxsləri Kateqoriya:"İncəsənət və ədəbiyyat" ordeni zabitləri Kateqoriya:Epic Records artistləri Kateqoriya:Interscope Records artistləri Kateqoriya:Columbia Records artistləri Kateqoriya:ABŞ mesenatları Kateqoriya:ABŞ film bəstəkarları Kateqoriya:ABŞ ritm-end-blyuz musiqiçiləri Kateqoriya:ABŞ trubaçıları Kateqoriya:XX əsr bəstəkarları Kateqoriya:XX əsr şairləri Kateqoriya:ABŞ hip-hop prodüserləri Kateqoriya:Hollandəsilli amerikalılar Kateqoriya:Almanəsilli amerikalılar Kateqoriya:Afroamerikalılar Kateqoriya:Musiqi