+video #WPWP
() — aləminin tipinin sinfinin dəstəsinin fəsiləsinin cinsinə aid heyvan növü.
Xüsusiyyətləri Çox vaxt onu ayrıca Eulabeia cinsinə aid edirlər. Bədən quruluşu qəşəngdir Uzunluğu 70–76 sm, kütləsi 1,9–3,2 kq olur. Boynu uzun və nazik, dimdiyi kiçikdir. Lələkləri qonurumtul-bozdur; açıq rəngli bədəninin yanlarında tünd zolaqlar var; başı, boynunun yanları, qarıncığı, quy ruğunun altı və üstü ağdır; təpəsində və peysərində eninə qonurumtul-qara zolaqlar var. Dimdiyi sarı, burunüstü sümüyü və burun dəlikləri qara, ayaqları narıncıdır. Orta və Mərkəzi Asiya dağla rın da, Cənub-Şərqi Altaydan Qərbi Mancuriyaya qədər, cənuba doğru Pamirə, Ladakx və Tibetə qədər məskunlaşmışdır. Dağ göllərinin sahillərində və onlara yaxın, 1000 m-dən 5000 m-ədək yüksəklikdə yerləşən çay vadilərində, həmçinin sarların və çalağanların yuvalarını tuta raq qayalarda, yaxud ağaclarda koloniyalarla yuvalayır. Hindistanın şimalında, Banqladeşdə və Myanmada qışlayır; Himalay dağları üzərindən, 9000 m-ədək yüksəklikdə uçub keçirlər. Bərk qaçır, yaxşı üzür və suya baş vurur. Əsasən quruda və suda tapdığı bitki mənşəli yemlə qidalanır. Monoqamdır. 3–5 (bəzən 7–8) yumurta qoyur; dişi fərd 28–30 gün kürt yatır. Balaları hər iki valideyn gəzdirir. Ət cəbalalar təqribən 2 aylığında uçmağı öyrənirlər. Dağ qazı asan əhliləşir və yaxşı çoxalır. BTMİ-nin "Qırmızı kitab"ına daxil edilmişdir.
İstinadlar
Həmçinin bax
Kateqoriya:Pakistan quşları Kateqoriya:Hindistan quşları Kateqoriya:Təhlükədə olmayan növlər Kateqoriya:Qırmızı kitaba görə az qayğı tələb edən növlər Kateqoriya:Avrasiya quşları Kateqoriya:Tibet quşları Kateqoriya:25–29 ID olan Taksonbar Kateqoriya:Con Latam tərəfindən adlandırılmış taksonlar Kateqoriya:1790-cı ildə təsvir edilən quşlar