Boşboğaz () — rejissor Vladimir Roqovoyun filmi.

Məzmun Kənd məktəbinin məzunu Pyotr Qoroxov yaşadığı Dyadkovo kəndindən Moskvaya – nüfuzlu iqtisadiyyat universitetinə daxil olmağa gəlir. Ali məktəbə daxil olmaq ona bir möcüzə sayəsində nəsib olur. Petyanı həmişə həyatda təsadüflər xilas edir. Əyalətdən olan oğlan digər tələbələrdən kəskin fərqlənir. Lakin buna baxmayaraq Pyotr digər tələbələrin əhatəsində qəbul olunur və qabaqcıllardan birinə çevrilir. Onun iki problemi olmasaydı, hər şey daha da yaxşı olardı – Nyu-Yorkdan olan gözələ olan cavabsız sevgisi və ingilis dilini bilməməsi...

Film haqqında Bu ekran əsərində Maqsud adlı bir azərbaycanlı tələbə obrazı yaradılmışdır. Filmdə həmin obrazı tanınmış Azərbaycan aktyoru Ötkəm İsgəndərov ifa etmişdir.

Filmin heyəti

Film üzərində işləyənlər Ssenari müəllifi: Sergey Bodrov Quruluşçu rejissor: Vladimir Roqovoy Operator: Vyaçeslav Yeqorov Rəssam: Mixail Fişqoyt Bəstəkar: David Aşkenazi

Rollarda Vadim Andreyev — Pyotr Qoroxov Nataliya Kaznaçeyeva — Anya Nikolay Denisov — Sanya Vladimir Şixov — Oqorodnikov Valentina Klyagina — Katya Ötkəm İsgəndərov — Maqsud Noris Polastre — Noris Yevgeni Karelski — Serebryakov Larisa Blinova — Sinyakina Yevgeniya Simonova — Romaşova Vadim Zaxarçenko

Mənbə Кино: Энциклопедический словарь / Гл. ред. С. И. Юткевич; Редкол.: Ю. С. Афанасьев, В. Е. Баскаков, И. В. Вайсфельд и др. — Москва: Советская энциклопедия, 1987. — стр. 355.

Kateqoriya:Rusiya filmləri Kateqoriya:Tammetrajlı bədii filmlər Kateqoriya:Komediya filmləri Kateqoriya:Rusca filmlər Kateqoriya:Vladimir Roqovoyun filmləri Kateqoriya:1978-ci ilin filmləri Kateqoriya:Maksim Qorki adına kinostudiyanın filmləri Kateqoriya:Moskva haqqında filmlər Kateqoriya:SSRİ-nin komediya filmləri Kateqoriya:Moskvada çəkilən filmlər