Aleksandr İvanoviç Voyeykov (; 20 may 1842, Moskva — 9 fevral 1916, PetroqradВоейков Александр Иванович — rus meteoroloq, klimatoloq və coğrafiyaşünas, kənd təsərrüfatı meteorologiyasının banisi, fəal vegeterianlıq təbliğatçısıБранг, Петер. Россия неизвестная: История культуры вегетарианских образов жизни от начала до наших дней / Пер. с нем. А. Бернольд и П. Бранг. — М.: Языки славянской культуры, 2006. — 568 с..
Həyatı Alkesandr Voyeykov 1842-ci ildə Moskva şəhərində anadan olmuşdur. Uşaqlıqdan valideynlərini itirmiş, əmisinin himayəsi altında yaşamışdır. Kiçik yaşlarından ingilis, fransız, alman dillərində sərbəst yazıb oxumağı bacarması onun elm sahəsində nailiyyətlər qazanmasında mühüm rol oynamışdır. Voyeykov 16 yaşında əmisi ilə birlikdə Türkiyə, Suriya, Fələstinə səyahət etmiş, ölkələrin iqlimi arasındakı fərqi hiss etməklə onda yer kürəsinin iqlimini öyrənmək arzusu yaranmışdır. O, 1860-cı ildə Peterburq Universitetinə daxil olmuşdur. Bir ildən sonra tələbə hərəkatı ilə əlaqədar olaraq universitet bağlanır. Ona görə də Voyeykov təhsilini Almaniyada tamamlamağa məcbur olur. 1865-ci ildə təhsilini başa vuraraq Rusiyaya qayıdır və öz ölkəsinin iqlimini öyrənməyə başlayır. Daha sonra XIX əsrin 70-ci illərində о, Qərbi və Cənubi Avropada, Şimali və Cənubi Avropada, Hindistanda, Seylonda, Yavada, Cənubi Çində, Yaponiyada olmuşdur. Nyu-York, Boston, Vaşinqton, Böyük Göllər, Qayalı dağlarda olduqdan sonra Amerikanın tropik meşələrinə yola düşməklə burada yerləşən ölkələrin iqlimini öyrənməklə yanaşı, xalqları ilə də yaxından tanış olur və yerli xalqların avropalılar tərəfindən kütləvi qırılmasının tarixini öyrənməyə çalışır.
Voyeykov Panamadan gəmi ilə Cənubi Amerikanın bütün sahillərində üzür, And dağlarına, Titikaka gölünə, Rio-de-Janeyro və bir sıra başqa yerlərə səyahət etməklə məlumatlar toplayır. Amazon çayının yuxarı axınında qızdırma xəstəliyinə tutuldğundan ekspedisiya yarımçıq qalır.
Voyeykov üçün Yava adasına səyahət daha əlamətdar olmuşdur. Ada haqqında zəngin təəssürata malik olan Voyeykov belə yazır: "Quru və yağıntılı dövrlərin bir-birini əvəz etməsi ancaq adanın şimal hissəsinin sahil zolağında aydın müşahidə edilir. Daxili hissələrdə uzunmüddətli yağış və quraqlıq yoxdur. İlboyu çiçəklər var, çay plantasiyalarında ilin bütün ayları, başqa sözlə 7–8 dəfə yarpaq yığılır, ilboyu yetişmiş və kol meyvələr var. Ümumiyyətlə, bitkilərin becərilməsində dövrlülük his olunmur".
Yaponiya səyahətində 3500 km yol qət edən Voyeykov hündürlükdən asılı olaraq bitki örtüyünü, həmçinin düşən yağıntıların miqdarını öyrənməklə ölkənin iqlim xüsusiyyətlərini xarakterizə etməyə müvəffəq olmuşdur.
O hətta 70 yaşında belə Orta Asiyaya səyahət etməkdə maraqlı olmuşdur.
Dünyanın bir çox ölkələrinin iqlimini öyrənməklə, toplanmış materiallara əsasən Voyeykovun 1884-cü ildə "Rusiyanın əsasında yer kürəsinin iqlimi" adlı əsəri işıq üzü gördü. Voyeykov bu əsəri meteoroloji stansiyaların müşahidələrinə əsaslanmaqla yanaşı, həm də şəxsi düşüncələrinə istinad edərək yazdığına görə yer kürəsinin iqlimini tam və düzgün verə bilmişdir. Bunla bağlı L. S. Berq belə yazır: "İqlimşünasların gələcəkdə qazanacaqları hər hansı bir nailiyyətə baxmayaraq Voyeykovun bu əsərinin oxunması həmişə vacib olacaqdır".
Voyeykov ilk dəfə olaraq bu əsərdə istiliyin, rütubətin və atmosferin ümumi sirkulyasiyasının müxtəlif iqlim hadisələrinin yaranmasında rolunu aydınlaşdırmışdır. О, ilk dəfə iqlim təsnifatında yer kürəsinin iki soyuq, iki mülayim, bir isti qurşaqlara bölünməsinin əsasını qoydu, təbiətin formalaşmasında onun rolunu izah etdi. Çayların iqlimin məhsulu olması, çay mənbələrinin formalaşmasında iqlimin rolu, yağıntılarla fauna və flora arasındakı qanunauyğunluqlar kimi elmi fikirlər də Voyeykova məxsusdur.
Alimin işlərinin ikinci hissəsi yer kürəsinin iri regionlarına həsr olunmuşdur. Uzaq Şimal, Tropik Amerika, Atlantik okeanı, Aralıq dənizi, Qafqaz, Şərqi Sibirə həsr olunmuş işlər buna misaldır.
Voyeykovun bütün həyatı Rus Coğrafiya Cəmiyyəti ilə bağlı olmuşdur. Onun təşəbbüsü ilə meteorologiya cəmiyyətinin tərkibində hava üzərində müşahidə aparmaq üçün könüllülərdən ibarət dəstələr yaradılmışdır. О, ilk dəfə olaraq Qara dəniz sahillərində çay və bir çox sitrus bitkilərinin becərilmə imkanlarının elmi izahını vermişdir. Alim yaradıcılıq dövründə 1700-dən artıq kitab və məqalə yazmış, Peterburq universitetində meteorologiya və fiziki coğrafiyadan mühazirələr oxumuşdur. 1910-cu ildə о, Peterburq Elmlər Akademiyasının müxbir üzvü seçilmişdir. 100 illik yubileyi ilə əlaqədar Peterburqdakı Baş Geofizika rəsədxanasına onun adı verilmişdir.
Əsərləri Rus dilində: "Климаты земного шара" (СПб., 1884, издано также с дополн. на немецком яз., Иена, 1887); "Распределение осадков в России" ("Записки Императорского русского географического общества", т. VI); "Снежный покров, его влияние на почву, климат и погоду" (т. же, т. XVIII); "Наши реки" (2 ст. в "Русской мысли" 1877–1878); "Путешествие по Японии" ("Известия Императорского русского географического общества", 1S77); "Климат области муссонов Восточной Азии" (т. же, 1879); "Новые данные о суточной амплитуде температуры" ("Изв. Общ. любит. естествозн.", т. XXXXI, 18 8 1); "Климатические условия ледниковых явлений" ("Зап. Минер. общ.", 1881); "Влияние топографических условий на средние температуры зимы, особенно при антициклонах ("Ж. Русск. физ.-хим. общ.", 1882); "О некоторых условиях распределения тепла в океанах и их отношениях к термостатике земного шара" ("Известия Императорского русского географического общества", 1883); "Способы воздействия человека на природу" ("Русское обозрение" 1892, кн. IV); "Климат и народное хозяйство" (в Сборнике "Помощь голодающим", изд. редакции "Русск. вед.", М., 1892).
İngilis dilində.: "Die atmospherische circulation" ("Ergänzungsheft Petermanns Mittheilungen", 38); "Klima von Ost-Asien" (1-я работа, доказывающая распространение области азиатских муссонов до Охотского моря и Забайкалья; в "Zeitschift. d. Oester. Ges. f. Meteor.", 1870); "Die Wald— u. Regenzonen d. Kaukasus" (там же 241, 1871); "Zur Temperatur von Ostsibirien" (I-е указание на более низкую температуру зимы в долинах Восточной Сибири сравнительно с горами как на нормальное явление, там же, 1871); "Die P assate, die tropischen Regen und die subtropische Zone" (там же, 1872); "Klimat von Inner-Asien" (там же, 1877); "Die Vertheilung der Wärme in Ost-Asien" (там же, 1878); "Grö sse der täglichen Wärmeschwankung, abhängig von Localverhältnissen" (там же, 1883); "R egenverhältnisse des malayischen Archipels" (там же, 1885); "Temperaturä nderung mit der Hohe in Bergländern und in der freien atmosphäre" ("Meteorolog. Zeitschr.", 1885); "Klimatol. Zeit— und Streitfragen" (там же, 1888).
Məqalələri "Известия Общества любителей естествознания"; "Записки Императорского русского географического общества"; "Известия Императорского русского географического общества", "Записки Минерал. общества", "Метеоролог. Вестнике, издаваемом Императорским русским географическим обществом" (1891), "Журнал Русск. физико-хим. общества", журн. "Сельское хозяйство и лесоводство", "Журнал Министерства народного просвещения", в "Трудах VIII съезда русск. естествоиспытателей", "Журналах Харьковсковского сельскохозяйств. общества" (за 1891), в сборнике "Речи и протоколы VI съезда русских естествоиспытателей и врачей" (СПб., 1880), в "Энциклопедическом словаре" (изд. Брокгауза-Ефрона, 1890), в котором Воейков с 1891 г. принял на себя редакцию отдела географии, в "Русской мысли", "Русском обозрении", в иностранных журналах: "Meteorologische Zeitschrift", "Z-t d. Ges. f. Erdkunde", "Z-t, f. wiss. Geogr.", "Geograph. Magaz.", "Bulletin de la Société de géographie", "Annales de géographie", "Nature" (Лондон), "Science", "Philosophical Magazine", "Monthly Weather Review", "Archives des sciences physiques et naturelles", "Americ. Meteor. journ.", "Quarterly Journal of the Royal Meteorological Society" (Лондон).
İstinadlar
Mənbə Бранг, Петер. Россия неизвестная: История культуры вегетарианских образов жизни от начала до наших дней / Пер. с нем. А. Бернольд и П. Бранг. — М.: Языки славянской культуры, 2006. — 568 с.
Xarici keçidlər Александр Иванович
Kateqoriya:Rusiya meteoroloqları Kateqoriya:Rusiya klimatoloqları Kateqoriya:Rusiya coğrafiyaşünasları Kateqoriya:Rusiya səyyahları Kateqoriya:Moskvada doğulanlar Kateqoriya:XIX əsr həkimləri Kateqoriya:XX əsr həkimləri