Əhməd ibn Fədlan ibn Abbas ibn Rəşid ibn Həmmad (ərəbcə: أحمد بن فضلان بن العباس بن راشد بن حماد) () — Ərəb diplomat və səyyahı.
Həyatı Əsl vəzifəsi divan katibliyi olan İbn Fədlan 921–923-cü illərdə xəlifə Müqtədir Billah (908–932-ci illər) tərəfindən İslamın təbliği üçün Volqa Bulqarlarının hökmdarı İlteber Almuş xana göndərilən müəllim və fəqihlərdən ibarət heyətə rəhbərlik etmişdir. Ona həmçinin xəlifə və vəzirinin məktublarını oxuma, göndərdikləri hədiyələri Almuş xana təqdim etmə vəzifələri də tapşırılmışdır. Əhməd ibn Fədlan Bağdaddan İranı və Orta Asiyanı keçməklə Volqaboyunadək marşrut qət etmiş və onun bu səyahəti öz əksini "Rihlə"sində tapmışdır. "Rihlə" (Kitab ilə Məlik əl-Saqəlibə) əsəri səfirin Volqa — Xəzər və Şimal xalqları ilə bağlı tarix elmi üçün xeyli əvəzsiz qeydləri ilə zəngindir.
Əhməd ibn Fədlan 922-ci ildə о, Volqanın sol sahilinə yerləşmiş Bulqariyaya gəlir, Ladoqa gölü ətrafında olur və 923-cü ildə vətənə qiymətli coğrafi məlumatlarla qayıdır. Fədlan bu əraziləri kəşf etməsə də Volqasahili, Orta Asiya xalqları və Xəzər dənizinə tökülən çaylar haqqında ətraflı məlumatları ilə seçilir.
Haqqında məlumat verdiyi xalqlar və ərazilər
Haqqında məlumat verdiyi ərazilər İran və Xorasan Mavəraünnəhr Xarəzm Türküstan
Haqqında məlumat verdiyi xalqlar Oğuzlar Peçeneqlər Başqırdlar Bulqarlar Ruslar Xəzərlər
Xarici keçidlər Ибн-Фадлан "Записка" о путешествии на Волгу Ибн Фадлан "Записка" о путешествии на Волгу, pdf — факсимильное воспроизведение издания 1939 года Risala: Ibn Fadlan’s embassy to the King of Volga Bulgaria (англ.) Ковалевский А. П. О степени достоверности Ибн-Фадлана
İstinadlar Ch. M. Fraehn. Die ältesten arabischen Nachrichten über die Wolga-Bulgaren aus Ibn-Foszlan’s Reiseberichte. — "Memoires de L’Academie Imper. Des. Sciences.", VI serie, 1823. Ковалевский А. П. Книга Ахмеда Ибн Фадлана о его путешествии на Волгу в 921–922 гг. Харьков, 1956. Путешествие Ахмеда Ибн-Фадлана на реку Итиль. Казань: 1992
Kateqoriya:Ərəb coğrafiyaşünaslar Kateqoriya:Ərəb səyyahlar Kateqoriya:İdil bulqarları Kateqoriya:Ərəb tarixçilər Kateqoriya:İslam tarixi Kateqoriya:Asiyanın tədqiqatçıları Kateqoriya:Diplomatlar Kateqoriya:İctimai sahədəki yazıçılar Kateqoriya:IX əsr ərəbləri Kateqoriya:X əsr ərəbləri Kateqoriya:X əsr yazıçıları