Peyk zavodu — Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin tabeliyindəki müəssisə.
Tarixi Çoxlaylı çap lövhələri istehsal edən "PEYK" zavodu 1993-cü ildə Fransanın M. U. P. İndustrie G. İ. E. konsorsiumunun iştirakı ilə tikilmişdir.
1993–2005-ci illər ərzində "PEYK" zavodu Dövlət Xüsusi Maşınqayırma və Konversiya Komitəsinin tərkibində olmuşdur.
2006-cı ildən "Peyk" zavodu Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin tərkibində fəaliyyət göstərir.
Sifarişçi ölkələr – Fransa, İngiltərə, ABŞ və ölkələrdir. Müəssisənin istehsal etdiyi məhsulların 95%-i xarici ölkələrə ixrac olunur.
Fəaliyyət sahələri "PEYK" zavodunun istehsalat fəaliyyətinin əsas istiqamətləri aşağıdakılardır:
Birüzlü, ikiüzlü və çoxlaylı (40 laya qədər) çap lövhələrinin istehsalı; Əyilgən çap lövhələrinin istehsalı; Sərt-əyilgən çap lövhələrinin istehsalı
Müəssisənin illik istehsal gücü 60 000 m² çap lövhəsi.
Texnoloji imkanları Müəssisənin əsas istehsalat sahələri:
"BARCO" işçi stansiyası; Fotoşablonların hazırlanması sahəsi; Pəstah sahəsi; Mexaniki sahə; Fotomexanika sahəsi; Qalvanik örtük sahəsi; Qoruyucu örtükləmə sahəsi; Setkoqrafiya sahəsi;
Müəssisənin köməkçi istehsalat sahələri:
Mikroiqlim sahəsi; Elektrik stansiyası; Təmir və texniki xidmət sahəsi; Təmizləmə qurğuları.
Mənbə
İstinadlar
Xarici keçidlər
Həmçinin bax
Kateqoriya:Azərbaycan Müdafiə Sənayesi Nazirliyi Kateqoriya:Müəssisələr Kateqoriya:Azərbaycan zavodları