Köçərli — Azərbaycan Respublikasının Tərtər rayonunun Köçərli kənd inzibati ərazi dairəsində kənd. thumb|300px|Cavanşir qəzası 1 Yanvar 1903-ci illər xəritəsi. Köçərli

Qarabağ düzündədir. Yaşayış məntəqəsi XIX əsrin əvvəllərində Qarabağda yaşamış 52 ailədən ibarət köçərli tayfasının məskunlaşması nəticəsində yaranmışdır. Köçərli tayfası isə mənşəcə qədim türk tayfalarından olan kocarlara mənsubdur. Karluk və uyğurların tərkibinə daxil olan koçarların adına VIII–IX əsrlərə aid Kucar adlı uyğur Şəhərinin adında da rast gəlmək mumkundur. Keçən əsrdə Ermənistan ərazisində Köçərli adlı yaşayış məntəqəsi qeydə alınmışdır."Azərbaycan toponimlərinin ensiklopedik lüğəti". İki cilddə. I cild. Bakı, "Şərq-Qərb", 2007.

Həmçinin bax

Köçərli Dəmiryol Stansiyası

İstinadlar

Kateqoriya:Tərtər rayonunun kəndləri