Fırıq — Azərbaycan Respublikasının Quba rayonunun Güləzi kənd inzibati ərazi dairəsində kənd. Güləzi bələdiyyəsinin tərkibindədir.

Toponimikası Fırıq oyk, sadə. Baş Qafqaz silsiləsinin yamacındadır. Yaşayış məntəqəsi XIX əsrin ortalarında Afurca kəndindən çıxmış ailələrin indiki yerdə məskunlaşması nəticəsində yaranmışdır. Tədqiqatçılara görə, oykonim er. "təriqət", "məzhəb", "kütlədən ayrılmış bir qrup" və ya "bölük" mənasında işlədilən fərəq sözü ilə bağlıdır. Firiq variantında da qeydə alınmışdır. Əslində, oykonim RSDFP-nın Bakı Komitəsi yanında bolşeviklərin qabaqcıl dağıstanlı fəhlələrlə birlikdə təşkil etdikləri Faruq (ədalət tərəfdarları) sosial-demokrat qrupunun (1907) adı ilə bağlıdır. Bu qrupa rəhbərlik edən Qazıməmməd Ağasıyevin və Müqtədir Aydınbəyovun adları da Azərb. toponimiyasında əks olunmuşdur.Azərbaycan Toponimlərinin Ensiklopedik Lüğəti. Azərbaycan Milli Elmlər Akademiyası. Nəsimi adına Dilçilik İnstitutu. Şərq-qərb Bakı-2007. səh.427

Əhalisi 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 109 nəfər əhali yaşayır. Kənd əhalisini tatlar təşkil edir.Azərbaycan Respublikası Əhalisinin Siyahıyaalınması. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. Bakı-2010. Səh.629

Həmçinin bax Quba rayonu

Xarici keçidlər Azərbaycan Respublikası Quba Rayon İcra Hakimiyyəti

İstinadlar

Kateqoriya:Quba rayonunun kəndləri