Antonov An-225 Mriya ( — "arzu"; NATO kod adı: Cossack — "Kazak") — dünyanın ən böyük yük təyyarəsi.
1984–1988-ci illərdə Ukrayna SSR-də Antonov konstruktor bürosu tərəfindən Kiyev Mexaniki Zavodunda istehsal edilmişdir. Təyyarənin ilk uçuşu 1988-ci il dekabrın 21-də baş tutmuşdur. Əsas məqsəd böyük raketlərin, kosmik gəmilərin daşınması olmuşdur.
Təyyarənin uzunluğu 84 metr , hündürlüyü 18,1 metr, qanadlarının ucları arasındakı məsafə 88,4 metrdir. Yük kabinəsinin eni 6,4, hündürlüyü 4,4, uzunluğu isə 43 metrdir. Heyətin sayı 7, sərnişin tutumu isə 88 nəfərdən ibarətdir. Təyyarənin maksimal qalxış çəkisi 640 ton olub.
Təyyarənin vurulması 27 fevral 2022-ci ildə Ukraynanın xarici işlər naziri Dmitro Kuleba Antonov An-225-in Rusiya-Ukrayna müharibəsi zamanı Rusiya ordusu tərəfindən vurulduğunu bildirdi. Lakin təyyarənin istehsalçısı Antonov, ekspertlərin yoxlaması başa çatana qədər təyyarənin texniki vəziyyəti ilə bağlı məlumat verə bilməyəcəklərini bildirib və təyyarənin Rusiya hərbi qüvvələri tərəfindən tamamilə məhv edildiyini təsdiqləməmişdi.
Daha sonra bu fakt öz təsdini tapdı. Vurulmuş təyyarənin şəkilləri internetdə yayıldı.
Ümumi göstəriciləri thumb|280px| Böyük təyyarələrin ölçüləri
Güc: 6 Boş ağırlıq: 285,000 kq Götürə biləcəyi ən çox yük: 250.000 kq Maksimum yüklü ağırlıq: 640.000 kq Yükləmə ölçüləri: 440 x 640 sm Uzunluq: 84 m Hündürlüyü: 18,1 m Qanadlar arasındakı məsafə: 88,40 m Qanad sahəsi: 905,0 m² Mühərrik: 6 × ZMKB Proqress D-18 turboreaktiv, hər biri 229 kN Qalxış məsafəsi: 3.500 m
İstinadlar
Mənbə Dünyanın ən böyük təyyarəsi
Kateqoriya:Antonov təyyarələri Kateqoriya:Ukrayna təyyarələri Kateqoriya:Nəqliyyat təyyarələri Kateqoriya:Rusiya–Ukrayna müharibəsi (2022–hazırda)